181
-
Proteinuriyanın artması;
-
Hematuriyanın artması;
-
AT-nın
birdən yüksəlməsi;
-
Böyrək funksiyasının azalması, azotemiyanın qısa müddətdə
artması;
-
Damar daxili koaqulyasiya – yayılmış damardaxili laxtalanma
(YDL) –
sindromu;
-
EÇS artması;
-
Hiper -
α
2
– qlobulinemiya.
Simptomatik müalicə tədbirləri hipertoniya, ödemlər, sidik
sindromuna və s. qarşı aparılır.
Hematuriyanın çox təzahür etdiyi hallarda qan plazmasının fibri-
nolitik aktivliyinin artması müşahidə olunduqda
epsilon-aminokap-
ron turşusu tətbiq olunur. Hematuriyada həmçinin gicitkan cövhəri,
4-5 həftə ərzində təyin edilir.
Ödem sindromunda xəstələrə furosemid,
etakrin turşusu, veroşpi-
ron təyin edilir. Hipoproteinemiya fonunda ödemlər olduqda po-
liqlyukin, albumin, qan plazması vena daxilinə yeridilir.
Hipertenziv sindromda AÇFİ, angiotenzin II blokatorları, dopeqit,
beta-blokatorlar, prazozin, diazoksid, natrium-nitroprussid və s. tət-
biq edilir.
Xroniki qlomerulonefritin kəskinləşməsində sanatoriya-kurort müa-
licəsinin xüsusi rolunu qeyd etmək lazımdır. Əsasən Misirdə, Türkmə-
nistanda
yerləşən Bayram-Əli, Özbəkistanda Buxara şəhəri yaxınlığın-
da olan Sitora Moxi Xosa sanatoriyalarından və Krımın cənub sahillə-
rindən istifadə olunur. Quru, isti iqlim şəraitində periferik damarların
genişlənməsi, böyrək hemodinamikasının yaxşılaşması hesabına xəstə-
liyin gedişində müsbət dəyişikliklər baş verir.
Xəstələr bir neçə il, ardı-
cıl iki aya qədər bu sanatoriyalarda istirahət etdikdə və müalicə olduqda
müsbət nəticələr alınır.
Prognoz. Xroniki qlomerulonefritdə xəstənin yaşama müddəti
xəstəliyin forması və böyrəklərin fəaliyyətindən asılıdır.
Latent for-
182
mada proqnoz yaxşı, hipertonik və hematurik formada – ciddi, pro-
teinurik və qarışıq formalarda – pisdir.
Profilaktika. İlk növbədə kəskin qlomerulonefrit tam müalicə olun-
malıdır, bunun da əsası infeksiya ocaqlarının yox edilməsidir (iltihab-
lanmış badamcıqların çıxarılması, ağız boşluğunun sanasiyası). Xəstələ-
rin soyuqdəymədən qorunması, daim həkim nəzarətində qalması, yün-
gül
işə keçmək, vaxtında istirahət, pəhriz və s. məsləhətdir.
Dostları ilə paylaş: