173
1 2
3
4
5
Hematuriya mikro,
bəzən
makrohematuriya
mötədil mikrohematuriya
mötədil
Albuminuriya mötədil mötədil
əhəm. (30%)
əhəmiyyətli
Silindruriya
az
miqdarda
mötədil (hialin)
bütün növ
silindrlər
bütün növ
silindrlər
Azotemiya
olmur
artan
azotemiya
olmur başlanğıcda
olmur
Hiperxolesterinemiya olmur
olmur
əhəmiyyətli
dərəcədə
əhəmiyyətli
dərəcədə
Hipoproteinemiya olmur
olmur
əhəmiyyətli
dərəcədə
əhəmiyyətli
dərəcədə
Anemiya
olmur
həqiqi yalançı
ola bilər
Göz dibi damarlarının
dəyişikliyi
olmur neyroretinit
az
təzahür edir
neyroretinit
Böyrəklərin
funksiyalarının
pozulması
uzun müddət qatı-
laşdırma fəaliyyəti
aşağı olur, amma
azot-ifrazetmə fəa-
liyyəti normal qalır
qatılaşdırma və
ekskretor fəa-
liyyətinin aşağı
düşməsi
oliquriya
qatılaşdırma
fəaliyyəti
saxlanmışdır
oliquriya
qatılaşdırma
fəaliyyəti
aşağı enir
Xəstəliyin gedişi və
nəticəsi
böyrək fəaliyyəti-
nin aşağı düşməsi
və hipertonin, azo-
telinin nefritə keçir
bəzən hiperto-
niya ilə ədaqə-
dər (infarkt-in-
sult) mümkün-
dür.
Son mərhə-
lədə uremiya
başlayır
qatılaşdırma funk-
siyası tədricən enir.
Ödemlər çəkilir.
Xəstəlik azotemik,
hipertonik nefritə
keçir
tədricən
uremiya
inkişaf
edir
Qaraciyər sirrozu zamanı ödem olmasına baxmayaraq arterial hi-
pertenziya, sidik sindromu olmur, anamnezdə qaraciyər xəstəliyi
göstərilir. Bütün mübahisəli hallarda punksion biopsiya aparılır.
Xroniki qlomerulonefritin diaqnozunda böyrək prosesinin aktiv-
liyinin təyin olunmasının xüsusi əhəmiyyəti vardır. Kəskinləşmənin
kliniki əlamətləri arterial hipertoniyanın meydana çıxması,
yaxud
yüksək qan təzyiqinin daha da yüksəlməsi, böyrəklərin funksiyasının
174
aşağı düşməsi, ödemlərin artması, damardaxili hemokoaqulyasiyanın
olmasıdır.
Laborator əlamətlərdən proteinuriya və hematuriya, nefrotik sind-
romun baş verməsi və yaxud daha da inkişaf etməsi, azot mübadilə-
sinin son məhsullarının artması kəskinləşmənin əlamətləri sayılır.
Son zamanlar sidikdə limfositlərin səviyyəsinə xüsusi
fikir verilir
(xüsusən T limfositlərinə) və xəstələrin sidik filtratını sağlam adamın
leykositləri ilə qarışdırdıqda LE hüceyrələrin əmələ gətirilməsinə də
xüsusi yer verilir.
Bəzən şişlərlə yanaşı nefrotik sindrom müşahidə olunur ki, bu
paraneoplastik nefropatiya adlanır. Belə hallar orta yaşlı və yaşlı
adamlarda müşahidə olunduqda şişin mümkünlüyü üçün müayinələr
aparılmalıdır.
Xronik qlomerulonefrit nəticəsində baş vermiş nefrotik sindro-
mun başqa mənşəli nefrotik sindromlardan differensasiya olunma-
sının xüsusi əhəmiyyəti vardır, çünki kortikosteroidlər, sitostatiklər
ancaq xroniki qlomerulonefritdə tətbiqi
məsləhətdir, başqa mənşəli
nefrotik sindromlarda xəstəliyə ziyandan başqa bir şey verə bilməz.
Xroniki qlomerulonefritin qırmızı qurd eşənəyi, bakterial endo-
kardit, hemarragik vaskulitdə də olmasını nəzərə alaraq bütün kliniki
məlumatların araşdırılması bu məsələnin şərhi nöqteyi-nəzərindən
aparılmalıdır.
Klinik diaqnozun açılışı. Xəstəliyin diaqnozu qlomerulonefritin
kliniki-anatomik formasına əsasən (biopsiyanın
nəticəsini göstər-
məklə) gedişinə, fazasına, böyrəklərin azotifrazetmə funksiyasına
görə və ağırlaşmaları açmaqla formalaşdırılır.
Müalicə. Əsasən üç yerə bölünür: pəhriz, rejim və dərmanlar.
Pəhrizin xəstəliyin müalicəsində xüsusi əhəmiyyəti vardır. Nefrotik
və qarışıq formalarda xəstələrdə ödem müşahidə olunduqda pəhrizdə
xörək duzunun gündəlik miqdarı 1,5-2,5 q-a qədər azaldılır. Hiperto-
nik formada xörək duzunun gündəlik miqdarı 4-5 q-a qədər olmalı-
dır. Başqa formalarda xəstələrdə ödem və arterial hipertenziya olma-
dıqda xörək duzunun pəhrizdə miqdarı norma daxilində saxlanılır.
175
Xəstələrə pəhriz stolu 7 və onun variantları 7a, 7b, 7c
məsləhət
görülür. Qidalanma keyfiyyətli olmaqla, vitaminlərlə (vitamin C, B
qrupu, A) zəngin olmalıdır. Zülalın miqdarına görə bu günə qədər
yeganə fikir yoxdur.
Bir qrup klinisistlər gündə hər kq bədən kütləsinə 2-2,5 q zülal
verməyi məsləhət görürlər, amma başqaları isə bu həddin 1 q-dan az
olmasını tövsiyə edirlər. Hər halda əgər
xəstələrdə xronik böyrək
çatışmazlığı yoxdursa, gündəlik zülal qəbulunu çox da azaltmaq
məqsədəuyğun deyildir. Hələ buraya gündə sidiklə itirilən zülalın
miqdarı da əlavə olunmalıdır. Məsələn, E.M.Tareyev gün ərzində
böyrəklərlə itirilən hər q zülala görə xəstəyə bir yumurta ağı verməyi
məsləhət görür. Amma son illərin tədqiqatları zülalın pəhrizdə
azaldılmasını tövsiyə edir.
Dərman müalicələri əsasən iki istiqamətdə aparılır: patogenetik və
simptomatik müalicə.
Klinisistlər qarşısında QN müalicə etdikdə
aşağıdakı məqsədlər durur:
- xəstəliyin aktivliyini və proqressiya
etməsini qiymətləndirmək
və təyin olunan müalicə vasitələrinin məqsədəuyğunluğunu təyin
etmək;
- böyrək zədələnməsinin geriyə inkişafına nail olmaq;
- nefritin proqressivləşməsini dayandırmaq, heç olmasa XBÇ-nin
inkişaf tempini zəiflətmək.
Dostları ilə paylaş: