Xroniki qlomerulonefrit
Xroniki qlomerulonefrit nisbətən geniş yayılmış xəstəlik olub,
immun əsasda inkişaf edir. Yetkin yaşlarda xroniki qlomerulonefrit
kişılərdə daha muntəzəm təsadüf olunur. Etiologiya. Xəstəlik vaxtın-
da yaxşı müalicə olunmamış kəskin qlomerulonefritin xroniki hala
keçməsi və yaxud bəzi hallarda təsadüfən ilk dəfə xroniki hal aşkar
edilir (birincili-xronik nefrit). Belə vəziyyətdə əvvəllər gizli halda
keçirilmiş kəskin qlomerulonefrit nəzərdən qaçırılmış olur. Bəzi hal-
larda müalicə olunmamış hamiləlik nefropatiyası da xronik qlomeru-
lonefrit kimi aşkar olur. Xəstəlik üçün yumaqcıq aparatının zədələn-
məsi xarakterikdir, sonralar böyrəyin başqa strukturları zədələnir,
xəstəlik tədricən inkişaf edir, nefroskleroz və böyrək catışmazlığı
inkişaf edir.
Xroniki qlomerulonefrit çox vaxt müstəqil xəstəlik kimi meydana
çıxır, bəzən isə başqa xəstəliklərin (infeksion endokardit, qırmızı
qurd eşənəyi, hemorragik vaskulit və s.) klinik təzahürü kimi aşkar
olur. Bu zaman böyrək dəyişiklikləri xəstəliyin klinik mənzərəsinin
əsasını təşkil etməklə əsas xəstəliyin əlamətlərini kölgədə qoyur.
Belə hallar müxtəlif xəstəliklərin «nefritik maskası» kimi qeyd edilir.
Xroniki qlomerulonefrit sağalmamış kəskin qlomerulonefritdən
sonra və yaxud infeksion endokardit, birləşdirici toxumanın sistem
xəstəlikləri, sistem vaskulit fonunda inkişaf edir. Hazırda xroniki
qlomerulonefritin kəskin qlomerulonefritsiz, yəni birincili xronik
nefrit kimi təzahür etməsi qəbul olunmuşdur.
Patogenez. Böyrəklərin zədələnməsi iki mümkün variantda ola
bilər: immun və antitel. İmmunokompleks variantda kəskin qlomeru-
lonefritdə olduğu kimi baş verir. Əgər makrofaqal reaksiya (endote-
linin və mezangial hüceyrələrin hiperplaziyası) lazımi səviyyədə
deyilsə və immun komplekslər böyrəklərdən ifraz olunmursa, bu
prosesin xroniki hala keçməsinə və xroniki qlomerulonefritin inki-
şafına səbəb olur.
165
İkinci variantda bədənə antigenlər daxil olduqda ona qarşı antici-
simlər əmələ gəlir. Bu anticisimlər eyni zamanda yumaqcıqların əsas
zarına da çökür və fiksə olunur.
Bu əsas zarın zədələnməsinə səbəb olur, artıq o bədən üçün yad
zülal kimi antigen rolunu oynayır və ona qarşı autoanticisimlər
əmələ gəlir, bu anticisimlər də əsas zara fiksə olunurlar. Belə anti-
gen-anticisim kompleksinə kompliment də əlavə olunur. Bundan
sonra belə nahiyəyə miqrasiya etmiş neytrofillərin lizosimal fer-
mentləri əsas zara dağıdıcı təsirə başlayır. Eyni zamanda qanın lax-
talanma sisteminin aktivləşməsi nəticəsində zədələnmiş nahiyəyə
fibrinlər çökür. Yuxarıda təsvir olunan zəncirvari proses xroniki qlo-
merulonefritin immun əsasda daim dalğavari formada proqress et-
məsinə səbəb olur (kəskinləşmə və remissiya dövrləri müşahidə
olmaqla) və tədricən skleroza, hialinoza, yumaqcığın boşalmasına,
xroniki böyrək çatışmazlığına gətirib çıxarır.
Patoloji anatomiya. Xroniki qlomerulonefrit yumaqcıqların kapil-
lyar daxili zədələnməsi ilə xarakterizə olunur. Son illər punksion
biopsiyanın klinikada tətbiqi ilə əlaqədar olaraq xroniki qlomerulo-
nefritin morfoloji variantları öyrənilmişdir.
QN kliniko-morfoloji klassifikasiyası geniş yayılmışdır ki, bu
təsnifatın əsasında yumaqcıqlarda gedən morfoloji dəyişikliklər
durur və 5 formaya bölünür.
1. Yumaqcığın minimal dəyişiklikləri ancaq elektron mikroskopu
vasitəsi ilə müayinə nəticəsində aşkar edilir, işıq mikroskopu ilə
müayinə zamanı yumaqcıqlar intakt görünür. Bu morfoloji forma
uşaqlarda daha müntəzəm təsadüf olunur, amma yaşlı şəxslərdə də
müşahidə oluna bilər. Bu formanın kliniki ekvivalenti NS olub,
massiv ödemlər ilə xarakterizə olunur, lakin bəzi hallarda eritrosituri-
ya, arterial hipertenziya müşahidə oluna bilər. Bu formada patogene-
tik müalicə - xüsusən qlyukokortikoidlər daha effektiv olur, bəzən hət-
ta aparılan terapiya 1 həftəyə ödemin yox olmasına səbəb olur.
Xəstəliyin proqnozu kifayət qədər yaxşıdır, XBÇ az halda inkişaf edir.
|