Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə89/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   85   86   87   88   89   90   91   92   ...   186
Ağırlaşmalar.  Kəskin qlomerulonefritin gedişi ürək catışmazlığı, 
eklampsiya (ensefalopatiya) və  kəskin böyrək catışmazlığı (1% 
halda) ilə ağırlaşa bilər. 
Gedişi. Adətən nefritönü dövr vaxtında aşkar edilmir. Amma 
anginadan, yaxud vaksinasiyadan sonra xəstənin qan təzyiqi, bədən 
çəkisi və sidiyin müayinə  nəticələri nəzarət altına alınsa,  şübhəsiz 
xəstəlik erkən vaxtında aşkar edilə bilər.  
Xəstəliyin bütün klinik variantlarında sidikdə mütləq dəyişiklik-
lərin baş verməsi xarakterikdir. Xəstəliyin başqa  əlamətləri 1-2 
həftəyə, bəzən 3-4 həftəyə yox olursa, sidiyin dəyişiklikləri bir ilə 
qədər müşahidə oluna bilər. Bu müddət ərzində xəstələrdə mikrohe-
maturiya, proteinuriya və  bəzən silindruriya aşkar edilə bilər. Bir 
ildən sonra xəstədə  kəskin qlomerulonefritin bu və ya digər 
əlamətləri müşahidə olunduqda xəstəliyin xroniki nefritə keçməsi 
kimi qəbul olunur. 
Kəskin qlomerulonefritin tsiklik variantı  xəstənin tam sağalması 
ilə  nəticələnir. Atsiklik klinik variantlarda xəstəliyin kəskin başlan-
ma dövrü, ayrı-ayrı əlamətlərin zühur edib itməsi və s. heç bir qanu-
nauyğunluğa uyuşmur və xəstəlik çox vaxt xroniki formaya keçir.  
Son zamanlar kəskin qlomerulonefritdən 40-60% xəstələr sağa-
lırlar, qalanları xronik hala keçir və bəzi təsadüflərdə ölüm baş verə 
bilir (ölümün səbəbi beyinə qansızma, ağciyər ödemi, kəskin ure-
miya olur). 
Diaqnoz və differensial diaqnoz.  Xəstəliyin diaqnostik kriteriləri 
aşağıdakılardır – xəstəliyin streptokok infeksiyasından sonra kəskin 
başlanması, proteinuriya, makro- və mikrohematuriya, keçici arterial 
hipertenziya, ödemlər, sistem xəstəliyi, hipertoniya, proteinuriyanın 
anamnezdə olması. Şübhəli hallarda diaqnozun təsdiqlənməsinə böy-
rək biopsiyası və morfoloji  tədqiqat kömək göstərə bilər. 


 
160
Ultrasəs müayinəsində böyrəklərin ölçüləri normal, parenximanın 
«alabəzək» olması, sıx kölgəliyin zəif kölgəliklə növbələşməsi qeyd 
edilir. Kasacıq-ləyən sistemində  dəyişiklik qeyd edilmir. Kəskin 
qlomerulonefriti xroniki qlomerulonefritdən, pielonefritdən, birləş-
dirici toxumanın sistem xəstəliklərindən, böyrəkdaşı  xəstəliyi, böy-
rək vərəmi və s. xəstəliklərdən differensasiya etmək lazım gəlir. 
Kəskin qlomerulonefriti xroniki qlomerulonefritdən kəskin baş-
lanğıc və bütün əlamətlərin tezliklə itməsi fərqləndirir. Bəzən latent 
keçən xroniki qlomerulonefritin kəskinləşməsi də  kəskin başlayır, 
amma bu zaman xəstəliyin  əlamətləri tam keçmir (xüsusən sidik 
sindromu). Mürəkkəb hallarda böyrəyin punksion biopsiyası diaq-
nozu dəqiqləşdirməyə kömək edir. 
Kəskin qlomerulonefrit zamanı leykosituriya çox olduqda pielo-
nefritdən az fərqlənir, amma qlomerulonefritdə proteinuriya çox vaxt 
3%-dən artıq olur, ödemlər qeyd edilir. Bundan başqa pielonefritdə 
bel nahiyəsində ağrılar, hərarətinin yüksəlməsi, dizurik hallar təzahür 
edir. Pielonefritdə bakteriuriya «aktiv» leykositlərin tapılması, rent-
gen müayinəsində (ekskretor uroqrafiyada) kasacıq-ləyən sisteminin 
deformasiyası və radioizotop müayinədə böyrək funksiyasının asim-
metriyası qeyd olunur. 
Birləşdirici toxumanın sistem xəstəliklərinin kliniki təzahür for-
malarından biri də qlomerulonefritdir. Bu əsas qırmızı qurd eşənə-
yində müşahidə olunub lyupus nefriti adlanır. Bu zaman sidik, hiper-
tenziv və ödem sindromlardan başqa qırmızı qurd eşənəyi üçün 
xarakterik olan oynaq sindromu, dərinin, ürəyin zədələnməsi, immu-
noloji dəyişikliklər (böyrəyə qarşı antitellərin olması, qırmızı qurd 
eşənəyi hüceyrələrinin tapılması, RNT, DNT-yə qarşı antitellər) və 
xəstəliyin dinamikasını müşahidə etməklə düzgün diaqnoz qoymaq 
olar. Bəzən xroniki qlomerulonefrit, böyrək amiloidozu,  nefrotik 
sindrom ilə differensasiya etmək lazım olur (cədvəl 9). 
             
 
 


 
161
Cədvəl 9 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin