Metilprednizalon ilə puls terapiya. Vena daxilinə 20-40 dəqiqə
ərzində 0,5-1,5 q metilprednizalon (və ya prednizalon) yeridilir.
Sonrakı 2 gün doza təkrarlanır, cəmi 3-4 q preparat yeridilir. Bu
üsul təhlükəsiz olsa da yüksək, ağır arterial hipertenziyada,
miokardit, kardiomiopatiyada əks göstərişdir.
Saxlayıcı terapiya. Yüksək doza ilə müalicədən sonra (əksər
halda 2 ay ərzində) doza 2 ay ərzində aşağı salınır (10-20 mq-a
qədər). QK yan təsir verdikdə sitostatik preparatlar verilir.
QK yan təsirləri kəskin (eyforiya, depressiya, yuxusuzluq, iştaha-
nın artması, psixoz, suyun bədəndə ləngiməsi, qlyukozaya olan tole-
rantlığın azalması) və xroniki (piylənmə, miopatiya, striyalar, dəri
atrofiyası, hirsutizm, katarakta, boyun inkişafdan qalması, osteopo-
177
roz, sümüklərin aseptik nekrozu, sümük sınığı, akne və infeksiyalar)
ola bilər. Kəskin yan təsirlər dərmanı kəsən kimi itir, xroniki təsirlər
isə uzun müddət davam edir.
Uzunmüddətli qəbuldan sonra QK-nin birdən kəsilməsi həyat
üçün təhlükəli olan adrenal krizə səbəb olur. Bunun səbəbi hipotala-
mo-hipofizar-böyrəküstü sistemin funksiyasının aşağı düşməsi olub,
ümumi halsızlıq, qızdırma, əzələ və baş ağrıları, tərləmə, hipotoniya,
isti ətraflar kimi əlamətlərlə aşkar olunur.
Sitostatik preparatlar. Siklofosfamid və xlorbutin alkilləşdirici
birləşmələr olub, qaraciyərdə aktiv metabolitə çevrilərək, nuklein
turşularını çarpaz birləşdirmə qabiliyyətinə görə zülal sintezi və hü-
ceyrə bölünməsi üçün lazım olan informasiya transkripsiyasını
pozur.
Siklofosfamid – yüksək dozada bədənin bütün hüceyrələrinin bö-
lünməsini pozur, xüsusən sümük iliyinin supressiyası nəticəsi daha
əhəmiyyətlidir.
Siklofosfamidin daxilə qəbulu. Adətən daxilə 2-2,5 mq/kq/gün
qəbul olunur. Ağır böyrək zədələnmələrində (sürətli proqressedən
QN zamanı), sistem vaskulitlərdə müalicə 3,5-4 mq/kq/gün doza ilə
başlanılır. Müalicənin məqsədi periferik qanda leykositlərin sayını
3500 hüceyrə/mkl-ə qədər (amma 3000 hüceyrə /mkl-dən az olma-
malıdır) və neytrofillərin sayını 1000-1500 hüceyrə/mkl-ə qədər
salmaqdan ibarətdir.
Leykositlərin sayı stabilləşdikdən sonra onların sayı ən azı 2
həftədə 1 dəfə təyin olunmalıdır. Siklofosfamidin yan təsirləri (öyü-
mə, qusma, ishal, alopesiya, infeksiya, leykopeniya) qısamüddətli
olur və dərman kəsildikdə itirlər, amma uzunmüddətli yan təsirləri
(sonsuzluğa səbəb olan cinsiyyət vəzilərinin çatışmazlığı, hemorra-
gik sistit, şişlər, xroniki infeksiyalar) keçməyə də bilir.
Siklofosfamidin vena daxilinə puls-terapiyası. Siklofosfamid 0,5-
2,0 q/m
2
bədən səthinə dozasında vena daxilinə yeridilir, 3 aydan
sonra yenidən təkrar edilir, 2 il ərzində davam etdirilir. Leykositlərin
178
miqdarı 8-12 günə 2000-3000 hüceyrə/mkl-ə qədər azalır. Bəzən
puls-terapiya rejimi ayda 1 dəfə də aparılır.
Xlorbutin. 0,1-0,2 mq/kq dozada təyin olunur. Gənc kişilərdə ≤ 0,2
mq/kq, qadınlarda və yaşlı şəxslərdə 0,15 mq/kq/gün dozada verilir.
Antimetabolitlər. Azatioprin DNT sintezi üçün lazım olan bütün
fermentləri inaktivləşdirir, hüceyrə bölünməsi tələb edən bütün
immun cavabları ləngidir. Azatioprin 1-3 mq/kq/gün dozada verilir,
leykositlərin miqdarı 5000 hüceyrə/mkl səviyyədə saxlanılır. Əsas
yan təsiri sümük iliyini supressiya edərək neytropeniyaya və infek-
siyaya səbəb olur. Başqa ağırlaşmalar sırasında anemiya, trombosito-
peniya, hepatit, dermatit, stomatit, alopesiya, mədə-bağırsaq pozğun-
luqları və şiş əmələ gəlmə təhlükəsinin artmasıdır.
Selektiv immunodepressantlar. Siklosporin A (SsA) göbələk
mənşəli tsiklik polipeptiddir. 1980-ci ildə sintez olunmuşdur.
Bədəndən qaraciyər, öd yolları ilə çıxarılır. Təsiri T-helperlərin
aktivliyini azaldır, İL-2 əmələ gəlməsini azaldır, sitotoksik T-hücey-
rələrin proliferasiyasını, B-hüceyrələrin də aktivliyini azaldır. Əsa-
sən transplantologiyada istifadə olunur. Son illər SsA tətbiqi steroid
müalicəsinə rezistent olan QN və yaxud steroidasılı nefrotik sind-
romda alternativ vasitə kimi istifadə olunur. Sonuncular sırasına lim-
fositlərin hiperproduksiyası ilə gedən minimal dəyişikliklərlə və
fokal-seqmentar qlomeruloskleroz ilə olan xəstələr aiddirlər (SsA
limfokinlərin hiperproduksiyasını ləngidir).
SsA tətbiqindən əvvəl böyrək biopsiyasının aparılması zəruridir,
çünki interstisiyanın sklerozu, kanalcıqların atrofiyası və damarların
zədələnməsi preparatın istifadəsinə maneə sayılır.
Böyüklər üçün SsA 5 mq/kq/gün, uşaqlar üçün 6 mq/kq/gün do-
zada istifadə olunur. QN formasından asılı olaraq 1-3 aydan sonra
proteinuriya azalır. Kreatininin qanda 30% yüksəlməsi zamanı SsA
dozasını 30-50% azaltmaq lazım gəlir. SsA ciddi yan təsirləri nefro-
toksiklik və arterial hipertoniyadır. Hipertoniyanın səbəbi yumaqcıq-
ların gətirici arteriyasının spazmıdır. Başqa yan təsirlər – gingivanın
179
hipertrofiyasıdır ki, bunun da müalicəsində azitromitsin və metroni-
dazol tətbiq edilir.
Takrolimus (FK-506) və mikofenolat – mofetil.
Takrolimus (FK-506) təsir mexanizminə görə SsA yaxındır,
selektiv olaraq CD4 T-helperləri ləngidir, sitokinlərin azad olmasını
azaldır, damar keçiriciliyi faktorunu tormozlayır.
Mikofenolat-mofetil inozin monofosfat dehidrogenazanın ingibitoru
olub, hüceyrələrdə quanozin nukleotidlərin ehtiyatının tükənməsinə sə-
bəb olur. T- və B- limfositlərin proliferasiyasını, anticisim əmələ gəlmə-
sini və sitotoksik T-limfositlərini inhibisiya edir. Əsasən transplantolo-
giyada və son zamanlar QN müalicəsində istifadə olunur.
Dostları ilə paylaş: |