171
əlamətlər reqress etmir, əksinə arterial hipertenziya stabilləşir (bəzən
çox yüksək səviyyədə), ödemlər, hipoproteinemiya və hiperxolesterine-
miya müşahidə olunur. Morfoloji dəyişikliklər ekstrakapillyar xarakter
daşıyır, yumaqcıq epitelisi proliferasiya edir, «ayparalar» yaranır. Xəs-
təlik çox ağır keçir və 6 ayla 2 il arasında ölümlə nəticələnir.
Gedişi – xroniki qlomerulonefritin gedişində iki mərhələ ayrılır:
1.
Böyrək kompensasiyası mərhələsi – böyrəklərin azot ifraze-
deci funksiyası lazımi səviyyədə olur. Bu mərhələdə xəstələr uzun
müddət özünü yaxşı hiss edirlər.
2.
Böyrək dekompensasiyası mərhələsi
- böyrəklərin azot-ifraze-
dici fəaliyyəti aşağı düşür. Bu mərhələdə sidik sindromu az nəzərə
çarpır, ödemlər azalır, amma arterial qan təzyiqi yüksəlir, xəstələrdə
nefrosklerozla əlaqədar olaraq poliuriya, hipostenuriya, nikturiya baş
verir, yumaqcıq filtrasiyası aşağı düşür,
qanda sidik cövhəri, kreati-
nin, sidik turşusu, indikan artır, intoksikasiya əlamətləri ön plana ke-
çir, anemiya inkişaf edir və xroniki böyrək çatışmazlığının digər əla-
mətləri meydana çıxır.
Xəstəliyin birinci dövrü 20-40 ilə qədər çəkə bilər, amma ikinci
dövr 1-5 ildən artıq sürmür.
Diaqnoz və differensial diaqnoz. Xəstənin
anamnezində kəskin
qlomerulonefrit olduqda müvafiq klinik mənzərə əsasında xronik
qlomerulonefritin diaqnozu elə bir çətinlik törətmir, lakin hipertonik
və qarışıq formaların diaqnozu bir qədər çətin qoyulur. Müxtəlif
formalı qlomerulonefritləri xüsusi əlamətlərə görə ayırmaq mümkün-
dür. Sidik sindromunun təhlili dürüst diaqnozun qoyulmasına xüsusi
kömək
göstərir, amma sidiyi bir neçə dəfə müayinə etmək, o cümlə-
dən, kəmiyyət göstəricilərini tapmaqla yoxlamaq lazımdır. Bəzi hal-
larda radioizotop renoqrafiya, böyrək skanoqrafiyası, ultrasəs müayi-
nəsi, ekskretor və retroqrad uroqrafiya, punksion
biopsiya aparmaq
lazım gəlir (cədvəl 10).
Xroniki qlomerulonefriti, xüsusən onun kəskinləşmə dövrünü kəskin
qlomerulonefrit ilə differensasiya etmək lazım gəlir. Sidik sindromunun
davamlı olması, böyrək çatışmazlığının geri inkişaf etməməsi, 1-2 il
172
klinik əlamətlərin reqress etməməsi xroniki qlomerulonefritin olmasını
təsdiqləyir. Çox mürəkkəb halda böyrəyin punksion biopsiyası aparılır.
Xroniki qlomerulonefriti hipertoniya xəstələyi ilə differensasiya
etmək lazım gəlir. Xroniki qlomerulonefritdə sidik sindromu arterial
hipertenziyadan əvvəl aşkar edilir. Xroniki qlomerulonefritdə ürək əzə-
ləsinin hipertrofiyası az nəzərə çarpır, hipertonik
krizlər az müşahidə
olunur, ateroskleroz prosesinin intensivliyi az olur. Nefritin müxtəlif
formalarını oxşar xəstəliklərdən differensasiya etmək lazım gəlir.
Hipertonik və latent formalı qlomerulonefriti xroniki pielonefrit,
vazorenal hipertoniya ilə differensasiya etmək lazım gəlir. Sidiyin
çöküntüsündə eritrositlərin leykositlərdən çox olması, hər iki böyrə-
yin bir ölçüdə olması, kasacıq-ləyən sisteminin normal struktura ma-
lik olması xronik qlomerulonefritə işarədir.
Nefrotik formalı qlomerulonefriti amiloidoz,
diabetik qlomeru-
loskleroz, ürək çatışmazlığı, qaraciyər serrozundan ayırmaq lazımdır.
Nefrotik və sidik sindromu ilə yanaşı böyrək çatışmazlığının
olması xronik nefritin olmasını göstərir.
Bədəndə xroniki infeksiya ocağının aşkarlanması (ağciyərlərin
irinli xəstəlikləri, osteomielit, vərəm, revmatoid poliartriti və s.)
amiloidozun olmasını təsdiq edir.
Durğun böyrəklərin ürək çatışmazlığı zamanı əmələ gəlməsini
ödemlərin aşağı ətraflarda çox olması, qaraciyərin böyüməsi, anam-
nezdə ürək xəstəliyinin olması, ürək qlikozidləri ilə müalicədən son-
ra sidik sindromunun keçməsi təsdiq edir.
Cədvəl 10
Dostları ilə paylaş: