169
məsi dövründə hipoproteinemiya, hiperxolesterinemiya, EÇS-in art-
ması və arterial qan təzyiqinin yüksəlməsi müşahidə oluna bilər. Bu
variantın morfoloji substratı mezangial-proliferativ dəyişikliklərdir.
2. Nefrotik qlomerulonefrit - başqa formalar arasında tezliyinə
görə ikinci yeri tutur (22% xəstələrdə aşkar edilir). Adından görün-
düyü kimi nefrotik sindromun təzahür əlamətləri aşağıdakılardır:
massiv ödemlər, böyük proteinuriya (gündə 3,5 q çox), hipoalbumi-
nemiya (selektiv proteinuriya nəticəsində baş verir), hiper – α
2
-
qlobuminemiya, hiperxolesterinemiya, hipertriqliseridemiya
ilə bir-
likdə müşahidə olunur. Ödemin əmələ gəlməsində əsasən qanın plaz-
masının onkotik təzyiqinin azalmasının rolu böyükdür. Ödemlər
tədricən artır, adətən səhərlər topuq və üzdə daha çox hiss olunur,
sonradan daimi olaraq gövdədə də müşahidə olunur, anasarka (assit,
hidrotoraks, hidroperikard) müşahidə olunur.
Sidiyin müayinəsində proteinuriyadan əlavə mikrohematuriya,
silindruriya, leykosituriya tapılır.
Arterial təzyiq xəstəliyin başlanğıcında nəinki artır, hətta aşağı
düşməyə meyl göstərir (hipovolemiya nəticəsində). Xəstəliyin gedişi
dəyişkəndir, kəskinləşmə dövründə proteinuriya və ödem meydana
çıxır, remissiya dövründə isə az
təzahür edən sidik sindromu
müşahidə olunur, 4-5 ildən sonra arterial təzyiq artır, xronik böyrək
çatışmazlığı yaranır.
Morfoloji dəyişikliklər membranoz, mezangioproliferativ, mezan-
giokapillyar, fokal-seqmentar qlomeruloskleroz şəklində olur.
3. Hipertonik qlomerulonefrit – xəstəliyin uzun müddət yeganə
əlaməti hipertonik sindromdur. Bu forma
nefritdə arterial təzyiqin
yüksəlməsinin səbəbi böyrəklərin yukstaqlomerulyar aparatının işe-
miyası nəticəsində renin-angiotenzin mexanizminin aktivləşməsi he-
sab olunur.
Tezliyinə görə bütün variantlar arasında üçüncü yeri tutur (21%
halda təsadüf olunur). Adətən hipertonik qlomerulonefrit latent ke-
çən kəskin qlomerulonefritin nəticəsi kimi qalır. Arterial qan təzyiqi
arabir yüksəlir, amma sonralar hipertoniya daimi xarakter daşıyır.
170
Çox zaman arterial təzyiqin yüksəlməsi soyuğa düşmə,
emosional
gərginlik nəticəsində baş verir. Sidikdə dəyişikliklər cüzi olur: pro-
teinuriya gündə 1q-dan artıq olmur, hematuriya az miqdarda təzahür
edir. Ürək-damar sistemi tərəfindən olan dəyişikliklər arterial hiper-
tenziyanın dərəcəsindən asılı olaraq nəzərə çarpır. Zirvə vurğusu
qaldırıcı olur, ürəyin nisbi hüdudları sola böyüyür, aorta üzərində II
tonun aksenti eşidilir, bəzi xəstələrdə çapma ritmi qeyd edilir. Ürək
çatışmazlığı inkişaf etdikdə kiçik dövranda durğunluq baş verir,
qanhayxırma, ürək astması və bəzən ağciyər ödemi də baş verir.
Xəstəliyin
gedişi adətən xoşxassəlidir, amma sonu xroniki böyrək
çatışmazlığı ilə nəticələnir. Bəzən xəstədə hipertoniyanın ağırlaşma-
ları – ürək çatışmazlığı, ürək əzələsinin infarktı, insult müşahidə olu-
nur. Göz dibi dəyişiklikləri (neyroretinit) arteriyaların daralması şək-
lində uzun müddət davam edir və xəstəliyin sonunda tor qişanın öde-
mi, qansızmaları və görmə siniri məməciyinin ödemi kimi təzahür
edir. Xəstəliyin morfoloji substratı mezangial-proliferativ və ya
membranoz-proliferativ dəyişikliklər təşkil edir.
Dostları ilə paylaş: