Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə92/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   88   89   90   91   92   93   94   95   ...   186
2. Fokal-seqmentar qlomeruloskleroz (FSQS) – bəzən işıq 
mikroskopiyası zamanı öndə qeyd olunan formadan az ayrılır, amma 
bəzi yumaqcıqlarda ayrı-ayrı kapillyar ilgəklərinin sklerozu aşkar 
edilir, VİÇ infeksiya venadaxili narkomaniyada inkişaf edə bilər. 
Klinik mənzərə davamedici proteinuriya və  ya  NS  ilə xarakterizə 
olunur, adətən eritrosituriya və arterial hipertenziya ilə müştərək 
olur. Gedişi proqressedici olub, proqnozu ciddidir. Bu  aktiv immu-
nodepressiv  terapiyaya cavab verməyən, qeyri-qənaətbəxş morfoloji 
formadır. 
3. Membranoz QN (membranoz nefropatiya) yumaqcıq 
kapillyarının divarının diffuz qalınlaşması ilə xarakterizə olunur, 
onlar parçalanır, ikiləşir, yumaqcığın bazal membranının epitelial 
tərəfinə massiv şəkildə immun komplekslər çökür. Xəstələrin 1/3-də  
məlum antigenlər – hepatit virusu B, şiş, dərman antigenləri ilə əlaqə 
olduğu aşkar edilir. Ona görə membranoz nefropatiyası olan xəstələri 
xüsusi ciddiliklə  şişə  və hepatit virusuna görə yoxlanması vacib 
sayılır. Xəstəlik kişilərdə daha tez təsadüf olunur, proteinuriya NS ilə 
xarakterizə olunur, 15-30% halda hematuriya və arterial hipertenziya 
müşahidə olunur. Xəstəliyin gedişi nisbətən, xüsusən qadınlarda 
qənaətbəxşdir, ancaq təsadüflərin yarısında XBÇ inkişaf edir. 
4. Mezangioproliferativ QN – ən çox təsadüf olunan morfoloji 
tipdir, qlomerulonefritin (başqa variantlardan fərqli olaraq) bütün 
kriteriyalarına, immun iltihabı  xəstəlik kimi cavab verir. Morfoloji  
olaraq mezangial hüceyrələrin proliferasiyası, mezangiumun geniş-
lənməsi, mezangiumda və endotelium altında immun komplekslərin 
çökməsi ilə xarakterizə olunur. Kliniki mənzərə proteinuriya və ya 
hematuriya, bəzi halda NS və hipertenziya ilə aşkar edilir. Xəstəliyin 
gedişi nisbətən qənaətbəxş sayılır. 
Mezangioproliferativ QN yumaqcıqlarda immunoqlobulin A çök-
məsi: İgA-nefrit, ya  Berje xəstəliyi (Burger)  xüsusi bir forma kimi 
ayrılır. Xəstəlik  əsas  əlamət olan hematuriya ilə başlayır, gənc 
yaşlarda, kişilərdə daha tez təsadüf olunur. 50% halda qızdırmalı 
respirator xəstəliyin birinci günü, hətta saatlarında residiv verən 


 
167
makrohematuriya baş verir. Proqnoz qənaətbəxşdir, amma NS və ya 
hipertenziya olduqda pisləşir. Bəzi ölkələrdə (məsələn, Yaponiyada) 
İgA – nefropatiya – ən çox, təsadüf olunan  qlomerulonefritdir. 
5. Mezangiokapillyar QN – mezangial hüceyrələrin güclü 
proliferasiyası, onların yumaqcığa genişlənməsi nəticəsində yumaq-
cığın xarakterik paylı şəklə düşməsi və bazal membranın ikiləşməsi 
baş verir. Bu forma virus C hepatit ilə əlaqəli ola bilər və həmçinin 
krioqlobulinemiya ilə əlaqədar müşahidə olunur. 
Proteinuriya və hematuriya xarakterikdir, hipertenziya  və NS da 
tez-tez təsadüf olunur. Bu variant QN-nın ağır forması sayılır, çünki 
müalicəyə pis cavab verir, daim proqress edən gedişə malik olub, 
XBÇ inkişaf edir. 
Sürətli proqressedən QN. Kəskin və xroniki QN başqa, az halda 
təsadüf olunan sürətli proqress edən QN (SPQN) (yarım kəskin) 
yumaqcıqda «ayparalarla» və sürətlə proqress edən  böyrək 
çatışmazlığı ilə xarakterizə olunur. SPQN infeksiyadan, üzvi 
həlledicilərlə  təmasdan  sonra meydana çıxa bilir, amma sistem 
vaskulit və qırmızı qurd eşənəyindən sonra xəstəlik daha tez-tez baş 
verir. Proqnoz çox ciddi olub, ancaq massiv immunodepressiv 
terapiya xəstəliyin qarşısını ala bilir. 
Bu formalar arasında keçid variantlar da müşahidə olunur. Bütün 
tiplərdə yumaqcıq dəyişiklikləri ilə yanaşı  kanalcıqlarda da epiteli-
nin distrofiyası, degenerasiyası, atrofiyası  və interstisiyada dəyişik-
liklər aşkar edilə bilər. Nefrotik sindrom zamanı proksimal kanalcıq-
larda genişlənmə, epitelinin ödemi, atrofiyası və yaxud nekrozu, də-
nəvər, hialin-damcı, yaxud vakuol distrofiya baş verir. 
Qlomerulonefritin terminal mərhələsində böyrəklərin ölçüləri 
xeyli azalmış, səthi dənəvər, qabıq maddə nazilmiş olur – ikincili 
büzüşmüş böyrək qeyd olunur. Histoloji tədqiqat zamanı yumaqcıq-
ların boşalması,  kanalcığın atrofiyası meydana çıxır. Zədələnməmiş 
yumaqcıqlarda kapillyar ilgəklərin hialinozu müşahidə olunur. Hər 
bir morfoloji tipə uyğun qlomerulonefritin klinik təzahürü aşkar 
edilir. 


 
168

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin