Sidik yollarının infeksiyası (SYİ) geniş yayılmış bakterial infeksi-
ya olub ümumi iltihabi xəstəliklər arasında, xüsusən seksual aktiv
qadınlar arasında mühüm yer tutur. SYİ asimptomatik bakteriu-
riyadan tutmuş ağır sepsisə qədər, əksər hallarda, xəstəxanadaxili
mikroorqanizm ştammları ilə infeksiyalaşmış diabetli, immunodep-
ressant alan yüksək risk qrupu xəstələrdə müşahidə edilir.
Sidik yollarında sidik (qadınlarda sidik kanalının aşağı 1/3 başqa)
steril halda olur. Ona görə də SYİ bakteriyaların miqdarından asılı
olmayaraq, sidik yollarında çoxalmasına deyilir.