Mehman ağayev


Kəskin diffuz qlomerulonefrit



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə86/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   82   83   84   85   86   87   88   89   ...   186
Kəskin diffuz qlomerulonefrit
 
 
Kəskin diffuz qlomerulonefrit (qlomerulonephritis acuta) qadınla-
ra nisbətən kişilərdə daha tez-tez təsadüf olunur, bütün yaş qrupların-
da təzahür edir, əsasən 40 yaşa qədər insanlarda daha çox (75-95%) 
təsadüf olunur.  
Etiologiya. Kəskin diffuz qlomerulonefrit adətən streptokokların 
törətdiyi kəskin infeksion xəstəliklərdən – angina, tonzillit, skarlati-
na, revmatizm, bakterial endokardit, kəskin respirator xəstəliklər, 
pnevmoniya, otit, dərinin streptokok mənşəli xəstəliklərindən sonra 
baş verir. Xəstəliyin baş verməsində əsasən A qrupu, XII tip, hemo-
litik streptokokların rolu qeyd olunmalıdır. Kəskin qlomerulo-
nefritin  əmələ  gəlməsində streptokokdan başqa mikroorqanizmlə-
rin, stafilokokların, pnevmokokların, virusların rolu qeyd olunur. 
Bəzən zərdabın yeridilməsi, yaxud vaksinasiyadan sonra qlomeru-
lonefritin baş verməsi müşahidə olunur (zərdab, vaksina nefriti). 
Xəstəliyin baş verməsində  bədənin həddən çox soyuması, bədən 
reaktivliyinin aşağı düşməsi və s. rolunu da qeyd etmək lazımdır. 
 
152


Bu zaman böyrəklərin qan təchizatı pozulur və  bədəndə gedən 
immunoloji proseslərin gedişinin dəyişilməsi baş verir. 
Patogenez.  Xəstəliyin simptomlarının meydana çıxması ilə keçi-
rilmiş infeksiya arasında 1-3 həftə latent dövr keçir. Bu dövrdə bədən 
reaktivliyi dəyişir, mikrob antigenlərinə qarşı anticisim əmələ gəlir.  
Qlomerulonefritin patogenezi hazırda immun pozğunluqlar ilə 
izah edilir (sxem I). 
             
Sxem I 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin