IV FƏSİL
BÖYRƏK VƏ SİDİK YOLLARININ XƏSTƏLİKLƏRİ
Diffuz qlomerulonefrit
Diffuz qlomerulonefrit – böyrəklərin infeksion-allergik, immuno-
kompleks xəstəliyi olub əsasən böyrək yumaqcıqlarının kapillyar-
larının zədələnməsi ilə müşayiət olunur. Klinik gedişinə görə kəskin
diffuz qlomerulonefrit, yarımkəskin diffuz qlomerulonefrit; xroniki
diffuz qlomerulonefrit (birincili – xroniki və ikincili – xroniki);
ocaqlı nefrit ayrılır. Qlomerulonefrit zamanı yumaqcıqlarla yanaşı
kanalcıqlar və interstisial toxumanın da zədələnməsi müşahidə olu-
nur, odur ki, bəzən bu xəstəlik nefrit adlandırılır.
Dostları ilə paylaş: