Hemofiltrasiya Hemodializ apardıqda qandan əsasən kiçik molekulyar kütləyə
malik maddələr yaxşı təmizlənirlər. Belə ki, əgər kiçik kütləli mad-
dələrin, məsələn, sidik cövhərinin, kreatinin, sidik turşusunun (mü-
vafiq olaraq molekulyar kütləsi 60, 113, 168 daltondur) klirensi 60-
140 ml/dəqiqədirsə, böyük kütləli maddələrin (1500-5000 dalton)
klirensi 2-5 ml/dəq enir, odur ki, hemodializ bunları bədəndən
təmizləmir. Son zamanlar yüksək keçiriciliyə malik membranların
ixtira edilməsi qandan böyük kütləli zəhərli maddələri də (molekul-
yar kütləsi 1500-5000 dalton) xaric etmək imkanı vermişdir. Bu
membranların köməyi ilə aparılan əməliyyat hemofiltrasiya adlanır.
Hemofiltrasiya qanın maye hissəsinin və onda həll olmuş kiçik və
orta molekulların hidrostatik təzyiq nəticəsində yarımkeçirici memb-
randan ultrafiltrasiya olunmasıdır. Ayrılmış məhlulun yerinə xəstə-
nin orqanizminə Ringer məhlulu və yaxud başqa məhlullar yeridilir.
Hemofiltrasiya üçün yüksək hermetik və xüsusi membran ilə təchiz
olunmuş hemofiltrlərdən istifadə olunur. Əməliyyat zamanı trans-
membran təzyiq 500 mm civə sütununa çata bilər və ultrafiltrat 70-
80 ml/dəq sürətlə ayrılır. 4-5 saat davam edən hemofiltrasiya zamanı
bədəndən 18-20 l maye çıxarılır və bədənə o qədər əvəzedici məh-
lullar yeridilir.
Son illərdə hemofiltrasiyadan ürək çatışmazlığında və nefrotik
sindrom nəticəsində hiperhidratasiyanı aradan qaldırmaq üçün istifa-
də olunur. Bəzən hemofiltrasiya kəskin böyrək çatışmazlığı və zəhər-
lənmələrin müalicəsində də müvəffəqiyyətlə tətbiq olunur.