dializatora təmizlənmək üçün daxil olur. Bu zaman xəstənin qanının
müəyyən hissəsi (200-300 ml) bədəndən xaricdə olur,
zərərli maddə-
lərdən təmizlənir, fasiləsiz olaraq dövr edir və sonda damarlara qayıdır.
Standart olaraq dializ proqramı adətən həftədə 3 dəfə 4-5 saat davam
edir və bu proqram hemodializ və ya periodik hemodializ adlanır. Əksər
xəstələr həftədə 3 dəfə xüsusi şöbələrə - hemodializ mərkəzlərinə gələ-
rək bu əməliyyatı ambulator qəbul edirlər. Xəstə düzgün göstərişlə
hemodializə seçilirsə o, illərlə və ya 10 illərlə müalicə ala
bilir və diali-
zin köməyi ilə dolğun bir həyat yaşayır. Əgər xəstə ona tövsiyə olunan
rejimə əməl edirsə və tibbi məsləhətləri yerinə yetirirsə iş qabiliyyətini
saxlayır (şəkil 16).
Xəstələr razı olduqda 3-6 ay dializ müalicəsindən sonra böyrək
transplantasiyasına göndərilirlər. Bu dövrdə xəstələrin vəziyyəti yaxşı-
laşır, onlar reabilitasiya və hərtərəfli müayinə olunurlar. Dializsiz böy-
rəkköçürmə ancaq təşkilati işlər yaxşı qurulduqda aparıla bilər.
Şəkil 16. Hemodializ.
Proqram hemodializə göstərişlər. XBÇ zamanı proqram hemo-
dializə (PH) göstərişlər:
1.
Kreatinin böyrək klirensi 10-15 ml/dəq/1,73 m
2
az;
2.
Sidik cövhərinin böyrək klirensi 7 ml/dəq/1,73 m
2
az;
141
142
3.
Qanda kreatinin səviyyəsi 600-700 mk mol\l yüksək;
4.
Qanda kaliumun səviyyəsinin 6,5 mmol/l yüksək;
5.
Aşağıdakı kliniki əlamətlərin birinin olması:
-
uremiya simptomları;
-
su-duz mübadiləsinin nəzarətdən çıxması;
-
qan təzyiqinin nəzarət olunmaması;
-
proqressiv arıqlama;
-
ağır asidoz.
Proqram hemodializə nisbi əks göstərişlər:
1.
Bədxassəli şişlər;
2.
UİX, miokard infarktı, ürək çatışmazlığı;
3.
Xroniki hepatitin
dekompensasiya mərhələsi, qaraciyər sirrozu;
4.
Ağciyərin obstruktiv xəstəlikləri, aktiv vərəm;
5.
Baş beyin damarlarının
zədələnməsi;
6.
Psixiki xəstəliklər (şizofreniya, epilepsiya, psixoz və s.);
7.
Qan xəstəlikləri (aplastik anemiya, leykoz);
8.
Aşağı intellekt səviyyəsi, sosial reabilitasiyaya marağın olma-
ması (alkoqolik, narkoman, evsiz avaralar);
Dostları ilə paylaş: