Şəkil 15. Periton dializi.
А- məhlulun periton boşluğuna yeridilməsi;
Б – ekspozisiyadan sonra məhlulun çıxarılması.
Belə əməliyyatı xəstə evdə müstəqil şəkildə özü və ya qohumların
köməyi ilə aparır, yəni gündə 4-5 dəfə qarın boşluğundakı mayeni
yenisilə dəyişir. Məhlulun dəyişilməsi çox sadə əməliyyat olub 20
dəqiqə çəkir. Bu əməliyyatı aparmaq
üçün xüsusi bilik, təcrübə tələb
olunmur, amma gigiyenik və aseptik qaydalara riayət etmək lazım
gəlir. Bəzi xəstələr periton
dializinə üstünlük verirlər, çünki bu
zaman
özlərini daha sərbəst, azad hiss edirlər. Ölkəmizin ucqar
bölgələrində periton dializinin ƏBT kimi tətbiqi daha əlverişlidir.
Amma məhlulların bahalığı və həkimlərin informasiyasızlığı üsulun
yayılmasına mane olur.
Dostları ilə paylaş: