154
Bədənə düşmüş streptokok antigenlərinə qarşı anticisimlər əmələ
gəlir, o, streptokok antigenləri və komplimentlə (3-cü fraksiya ilə)
birləşərək immun komplekslər əmələ gətirir.
Bu immun komplekslər
qanda dövran edərək böyrək yumaqcıqlarının kapillyarlarının əsas
zarına və bir hissəsi yumaqcığın mezangiyasına çökür. İmmun
cisimciklərlə yanaşı zara immunoqlobulinlər, kompliment də çökür
və dənəli depozitlər (çöküntülər) əmələ gətirirlər.
Bakterial mənşəli antigenlərdən başqa immun komplekslərin
əmələ gəlməsində digər ekzogen antigenlər (dərman preparatları, yad
zülallar və s.) də iştirak edə bilər. İmmun
komplekslərin təsirindən
immun iltihab prosesi baş verir, çünki onlar allergik reaksiyaların
biokimyəvi mərhələsini stimulə edir, nəticədə iltihab proseslərinin
mediatorları olan bioloji aktiv maddələrin ifrazına səbəb olur.
Yumaqcıqların zədələnməsində komplimentin
parçalanma məhsul-
larının rolunu xüsusi qeyd etmək lazımdır, çünki onların parçalanma
məhsulları kapillyar divarında məhəlli dəyişikliklər əmələ gətirərək,
onların keçiriciliyini artırır. Eyni zamanda depozitlər olan yerə
neytrofillər axışır, onların lizosimal fermentləri endotelini, əsas zarı
və episitləri (padositləri) zədələyir, onları bir-birindən ayırır. Qanın
koaqulyasiya sistemində pozğunluqlar:
trombositlərin aqreqasiya-
sının artması, kinin-prostoqlandin sistemi aktivliyinin artması baş
verir. Nəticədə kapillyar divarına fibrinin çökməsi müşahidə olunur,
çünki trombositlərdən azad olmuş histamin hemokoaqulyasiyaya və
əsas zara fibrinin çökməsinə səbəb olur. Mezangiya və endotelinin
makrofaqal reaksiyası hesabına hüceyrələrin proliferasiyası baş verir
ki, bu da bədəndən immun cisimciklərin eliminasiyasına səbəb olur.
Bu proses səmərəli gedərsə xəstəlikdən sağalma baş verir.
Başqa
hallarda, yəni immun komplekslər miqdarı çox və əsas zarın
zədələnməsi dərin olduqda prosesin xronik hala keçməsi müşahidə
olunur.
Ümumiyyətlə, nefritin baş verməsində immunoloji iki mümkün
variant qeyd edilir: 1) qanda dövran edən immun komplekslər -
antigen-anticisim yumaqcıqlara
fiksə olunub böyrəyi zədəliyir; 2)
155
ekzogen anticisim komplekslərinin böyrəyi zədələməsi nəticəsində
böyrəyə qarşı autoanticisimlərin meydana gəlməsi müşahidə olunur.
Birinci variantda immun komplekslər podositlərin altına yığılır,
ikinci variantda isə kompliment və qlobulinlər əsas zarın hər yerinə
çökür.
Streptokokların qlomerulonefritin baş verməsində roluna gəldikdə
qeyd olunmalıdır ki, əsas zar və streptokok qılafı arasında
antigen
oxşarlığının olması immun proseslərin başlanma səbəblərindən biri
hesab olunur.
Qlomerulonefrit zamanı proteinuriyanın baş verməsi böyrək
yumaqcıqlarının əsas zarının keçiriciliyinin artması və onun elektrik
yükünün dəyişməsi (adətən, normada mənfi olur) ilə izah olunur.
Ödemlərin baş verməsi bir neçə faktorların təsirindən yumaqcıq
filtrasiyasının azalması, aldosteron və antidiuretik hormonun ifrazı-
nın artması nəticəsində böyrəklərin distal kanalcıqlarında natriumun
və suyun reabsorbsiyasının artması, damar divarı keçiriciliyinin yük-
səlməsi və qanın onkotik təzyiqinin azalması nəticəsində baş verir.
Qan təzyiqinin artmasını böyrəklərin işemiyası,
renin-angiotenzin-
aldosteron sisteminin aktivliyinin artması, hipervolemiya və böyrək
depressor faktorları sisteminin zəifləməsi ilə əlaqələndirmək olar.
Dostları ilə paylaş: