Diaqnostika. SYİ-nin diaqnozu ancaq sidik kulturasından bakte-
rial floranın ayrılması yolu ilə təsdiq olunur. Sidiyin əkilməsi üçün
ən çox istifadə olunan metod sidiyin orta porsiyasının götürülmə-
sidir. Sidiyin orta porsiyasında mikrobların sayının
>100 000 kolo-
186
niya/ml (
>100×10
6
/l) olması kəskin pielonefrit diaqnozunu 95%
hallarda təsdiq edir. Bəzi hallarda əkilmə üçün sidik qasıqüstü
punksionaspirasiya və ya sidik kisəsinin kateterizasiyası yolu ilə
götürülür.
Prostat vəzinin infeksiyasına şübhə olduqda ayrıca sidik və prostat
sekreti əkilir. Əvvəl I porsiya sidik götürülür (sidik kanalı kulturasını
aşkar etmək üçün), sonra II porsiya sidik sidik kisəsinin qasıqüstü
punksiyası yolu ilə alınır (sidik kisəsində olan mikroorqanizmləri
aşkar edilir), daha sonra III porsiya sidik və prostat şirəsi götürülür
(prostat vəzisindən kultura aşkar edilir). Bütün hallarda infeksiyanın
sidik yollarında lokalizasiyasının təyini böyük əhəmiyyət kəsb edir.
Müalicə. SYİ-nin müalicə taktikası böyrək və sidik yollarının
anatomik və funksional vəziyyətindən, onlar tərəfindən bu və
digər ağırlaşmaların olub-olmamasından urodinamikanın vəziyyəti
və pozğunluq dərəcəsindən asılı olaraq aparılır. İlk növbədə sidik
əkilərək mikroorqanizmlərin növü tapılır və onların antibiotiklərə
qarşı həssaslıqları təyin olunur. Bəzi mikroorqanizmlərin sidiyin
pH-nı dəyişdiyi nəzərə alınır. Çünki müəyyən antibiotiklər sidiyin
müxtəlif pH-na uyğun olaraq daha effektiv təsir etdiyi məlumdur. Bu
dərman preparatları sidiyin başqa pH səviyyələrində zəif
antibakterial effekt göstərir. Həmçinin istifadə olunan dərman
preparatlarının kombinasiyası zamanı onların bir-birinin təsirini
gücləndirib-zəiflətməsi də nəzərə alınır.
SYİ-nin müalicəsi zamanı həkimlərin əsas səhvi dərman
preparatlarının böyük dozada və uzun müddətə təyin etmələri olur.
Bu zaman həkim qarşısında duran əsas məsələ qısa, sadə, təhlükəsiz,
ucuz müalicə kursunu seçməklə, infeksiya yaradan mikroorqanizm-
ləri məhv etməkdir. Şübhəsiz ki, makroorqanizmin immun vəziyyəti,
başqa orqan və sistemlərin funksional qabiliyyəti, metabolik dəyişik-
liklər nəzərə alınmalıdır.
Hazırda ən müntəzəm istifadə olunan müxtəlif qrup antibiotiklər
cədvəl 12-də təqdim olunmuşdur.
187
Cədvəl 12
Dostları ilə paylaş: |