Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə197/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   193   194   195   196   197   198   199   200   ...   507
80 

illiyi


156

Milli ədəbiyyat

MA

Y

2

Yusif Mirəhməd oğlu Seyidov 1929-

cu  il  may  ayının  2-də  Naxçıvan  MR 

Şərur  rayonunun  Yengicə  kəndində 

anadan olmuşdur. Burada orta məktəbi 

bitirdikdən sonra 1944-1946-cı illərdə 

ikiillik  Naxçıvan  Müəllimlər  İnstitu-

tunda təhsilini davam etdirmişdir. Son-

ra,  1947-1952-ci  illərdə  Azərbaycan 

Dövlət  Universitetinin  fılologiya 

fakültəsində  təhsil  almışdır.  1952-

1955-ci illərdə dilçilik ixtisası üzrə as-

piranturada  saxlanmışdır.  1955-ci  ildə 

“Müasir Azərbaycan dilində feli bağla-

ma tərkibləri” mövzusunda namizədlik 

dissertasiyası müdafiə etmişdir. 

1955-1967-ci  illərdə  Bakı  Dövlət 

Universitetində Ümumi dilçilik kafed-

rasında müəllim, baş müəllim, dosent, 

1967-ci  ildən    professor  işləmişdir. 

1965-ci  ildə  “Müasir  Azərbaycan 

dilində  söz  birləşmələri”  mövzusunda 

doktorluq  dissertasiyası  müdafiə  et-

mişdir.  Universitetin  Azərbaycan  dili 

və onun tədrisi metodikası kafedrasına, 

əsası  qoyulduğu  ilk  gündən,  1965-ci 

ildən rəhbərlik etmişdir. Elmi-pedaqoji 

fəaliyyəti  ilə  yanaşı,  tənqidçi  və 

ədəbiyyatşünas kimi də çalışmış, döv-

ri mətbuatda müntəzəm çıxış etmişdir. 

İlk məqaləsi 1952-ci ildə “Azərbaycan 

müəllimi” qəzetində dərc olunmuşdur. 

Rus dilli məktəblər üçün “Azərbaycan 

dili”  dərsliyinin  müəllifıdir.  1965-ci 

ildən Yazıçılar Birliyinin üzvü olmuş-

dur.  1974-cü  ildə  Azərbaycan  Dövlət 

Mükafatı  laureatı  adına  layiq  görül-

müşdür. 


Y.Seyidovun 

elmi 


yaradıcılı-

ğı  çoxcəhətlidir.  Ancaq  qrammatika 

problemlərinin  tədqiqi  onun  fəaliy-

yətində əsas yer tutur. O, ölkəmizdə bu 

sahədə ən görkəmli mütəxəssislərdən - 

Azərbaycanşünas türkoloqlardan hesab 

olunur. 

Azərbaycan  dilçiliyində  sintaktik 

əlaqələrin elmi  əsaslarla  geniş  tədqiqi 

professor Yusif Seyidovun adı ilə bağ-

lıdır.  O,  türkologiyada  hamıdan  əvvəl 

tabesizlik  və  tabelilik  əlaqələrinin 

bütün  sintaktik  vahidlər  üzrə  (söz 

birləşmələrindən  mürəkkəb  cümləyə 

qədər)  təzahür  hallarını  müəyyən  et-

miş, bu sahədə bir sıra yeni elmi fikirlər 

irəli sürmüşdür. Bu qəbildən olan cid-

di  elmi-nəzəri  qənaətlər,  ilk  növbədə, 

Azərbaycan dilçilik elmini və ümumən 

türkologiyanı  yeni  elmi  müddəalarla 

zənginləşdirmişdir.

Görkəmli alim Dövlət mükafatı la-

ureatı,  “Əməkdar    elm  xadimi”  fəxri 

adına  layiq  görülmüşdür.  Prezident 

təqaüdçüsü idi. 60 ilə yaxın pedaqoji və 

elmi-tədqiqat işi ilə ardıcıl məşğul olan 

Y.Seyidov  dilçiliyin  nəzəri  və  tətbiqi 

problemlərinə  həsr    edilmiş  200-dən 

çox  elmi  əsərin,  o  cümlədən  30-dan 

çox  kitabın  (monoqrafiya,  dərslik  və 

dərs vəsaitlərinin) müəllifidir. 

Azərbaycanın  görkəmli  dilçi  alimi 

professor Yusif Seyidov 2013-cü il no-

yabr ayının 18-də vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin