157
Milli ədəbiyyat
Məmməd Cəfər
1909-1992
MA
Y
Məmməd Zeynalabdin oğlu Cəfərov
1909-cu il may ayının 9-da Naxçıvan
şəhərində anadan olmuşdur.
1928-1932-ci illərdə Naxçıvan Pe-
daqoji Texnikumunu bitirmişdir. 1932-
1935-ci illərdə APİ-nin (indiki ADU)
dil və ədəbiyyat fakültəsində təhsilini
davam etdirməklə yanaşı, “Gənc işçi”,
“Maarif işçisi” qəzetlərinin redaksiya-
larında şöbə müdiri vəzifəsində
işləmişdir.
1938-1939-cu
illərdə
ədəbiyyat fakültəsinin dekanı, 1939-
1941-ci illərdə Bakı ikiillik Müəllimlər
İnstitutunda baş müəllim, 1941-1943-
cü illərdə ADU-nun Rus ədəbiyyatı
kafedrasında
dosent,
həmçinin
“Ədəbiyyat qəzeti” redaksiyasında
şöbə müdiri, 1943-1945-ci illərdə Quba
Müəllimlər İnstitutunda elmi işlər üzrə
direktor müavini, 1945-1949-cu illərdə
ADU-nun Rus ədəbiyyatı kafedrasın-
da dosent, eyni zamanda “Ədəbiyyat
qəzeti”nin redaktoru, 1949-1951-ci
illərdə ADU-nun filologiya fakültəsinin
dekanı, Azərbaycan EA Nizami adına
Dil və Ədəbiyyat İnstitutunda baş elmi
işçi, 1951-1953-cü illərdə ADU-nun
Rus ədəbiyyatı kafedrasının müdiri,
1959-1962-ci illərdə Azərbaycan EA
Nizami adına Dil və Ədəbiyyat İnstitu-
tunda Sovet ədəbiyyatı şöbəsinin, 1963-
1982-ci illərdə Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin müdiri, 1982-1984-cü illərdə
institutun direktoru, 1984-1987-ci
illərdə Azərbaycan EA İctimai elmlər
bölməsinin akademik katibi olmuş-
dur. 1987-ci ildən Azərbaycan EA
Əlyazmaları İnstitutunda baş elmi işçi
vəzifəsində çalışmışdır.
Ədəbi fəaliyyətə 1937-1938-ci
illərdə başlamışdır. O, çağdaş Azər-
baycan
yazıçılarının
yaradıcılığı
haqqında ədəbi tənqidi məqalələrin,
Azərbaycan ədəbiyyatının tarixi və
nəzəriyyəsinə həsr olunmuş əsərlərin,
rus ədəbiyyatına, Azərbaycan-rus ədəbi
əlaqələrinə dair tədqiqatların, aktual
ədəbi, estetik və pedaqoji problemlərə
aid araşdırmaların müəllifidir. 1957-
1960-cı illərdə çap olunmuş üçcild-
lik “Azərbaycan ədəbiyyatı tarixi”nin
müəlliflərindəndir. O, həm də bədii
yaradıcılıqla məşğul olmuş, “Əntiqə
adamlar” hekayə toplusunu çap etdir-
mişdir. 1939-cu ildən Azərbaycan Yazı-
çılar Birliyinin üzvü, 1961-ci ildən fi-
lologiya elmləri doktoru, 1963-cü ildən
professor, 1976-cı ildən Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvü,
1982-ci ildən Azərbaycanın Əməkdar
elm xadimi, Azərbaycan Respublikası
Dövlət mükafatı laureatı, “Azərbaycan
SSR EA Xəbərləri”nin (ədəbiyyat, dil və
incəsənət seriyası) baş redaktoru, “Dün-
ya ədəbiyyatının inkişaf problemləri
üzrə Respublika Əlaqələndirmə Şura-
sı”nın sədri idi. Qırmızı Əmək Bayrağı,
iki dəfə Şərəf Nişanı orden və medal-
larla təltif olunmuşdur.
Məmməd Cəfər 1992-ci il may ayı-
nın 11-də Bakıda vəfat etmiş, Fəxri Xi-
yabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: