165
Milli ədəbiyyat
MA
Y
İlyas Məhəmməd oğlu Əfəndiyev
1914-cü il may ayının 26-da Azər-
baycanın Füzuli şəhərində anadan olmuş-
dur. 1930-1933-cü illərdə burada ikinci
dərəcəli məktəbi bitirib orta məktəblərdə
dil və ədəbiyyat fənlərini tədris etmişdir.
1934-1938-ci illərdə Azərbaycan Pe-
daqoji İnstitutunda coğrafiya şöbəsində
qiyabi təhsil almışdır. O, 1938-1940-
cı illərdə “Yeni yol”, “Kommunist”
qəzetlərinin redaksiyalarında ədəbi işçi,
1940-1941-ci illərdə “Ədəbiyyat qəzeti”
redaksiyasında Tənqid şöbəsinin müdiri,
1941-1947-ci illərdə Azərbaycan Radio
Komitəsində Ədəbiyyat şöbəsinin mü-
diri, 1944-1945-ci illərdə Bakı Kinostu-
diyasında Ssenari şöbəsinin rəisi, 1946-
1947-ci illərdə “İnqilab və mədəniyyət”
jurnalı redaksiyasında Nəsr şöbəsinin
müdiri vəzifələrində işləmişdir. 1940-
cı ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü olmuşdur. 1952-1958-ci illərdə
Azərbaycan Yazıçılar İttifaqında nəsr
üzrə məsləhətçi, 1958-1961-ci illərdə
məsul katib kimi çalışmışdır. 1960-cı
ildə “Azərbaycan Əməkdar incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür.
Yazıçı ədəbi fəaliyyətə 1939-cu ildən
başlamışdır. İ.Əfəndiyevin “Berlində
bir gecə” adlı ilk hekayəsi 1939-cu ildə
“Ədəbiyyat qəzeti”ndə dərc olunmuş-
dur. “Söyüdlü arx” (1958), “Körpüsalan-
lar” (1960), “Dağlar arxasında üç dost”
(1963), “Sarıköynəklə Valehin nağılı”
(1978), “Geriyə baxma, qoca” (1980),
“Üçatılan” (1981) kimi romanları, bir çox
digər povest və hekayələri Azərbaycan və
rus dillərində dəfələrlə Bakıda nəşr edil-
mişdir. Eyni zamanda, əsərləri keçmiş
SSRİ xalqlarının dillərinə, ingilis, fran-
sız, alman, çex, slovak, bolqar, macar və
başqa dillərə tərcümə olunmuşdur.
Onun “İşıqlı yollarla” (1947), “Bahar
suları” (1948), “Atayevlər ailəsi” (1954),
“Sən həmişə mənimləsən” (1964), “Unu-
da bilmirəm” (1968), “Məhv olmuş
gündəliklər” (1969), “Mənim günahım”
(1970), “Mahnı dağlarda qaldı” (1971),
“Xurşudbanu Natəvan” (1981), “Büllur
sarayda” (1983), “Şeyx Məhəmməd Xi-
yabani” (1986), “Bizim qəribə taleyimiz”
(1988) və başqa pyesləri Azərbaycan
Dövlət Akademik Dram Teatrında, eləcə
də respublikanın teatr səhnələrində tama-
şaya qoyulmuşdur. İ.Əfəndiyev 1972-ci
ildə Azərbaycan Dövlət mükafatı lau-
reatı, 1974-cü ildə “Azərbaycanın Xalq
yazıçısı” fəxri adına layiq görülmüşdür.
O, 1949-cu ildə “Şərəf” nişanı, 1971-ci
ildə “Qırmızı əmək bayrağı”, 1974-cü
ildə “Oktyabr inqilabı”, 1994-cü ildə
“Şöhrət” ordenləri və bir çox medallarla
təltif olunmuşdur.
İlyas Əfəndiyev 1996-cı il oktyabr
ayının 3-də Bakıda vəfat etmiş, Fəxri Xi-
yabanda dəfn olunmuşdur.
Yazıçının xatirəsini əbədiləşdirmək
məqsədilə marka və zərflər buraxılmış,
xatirə lövhəsi, xatirə abidəsi, büstü qo-
yulmuşdur. Bakıda elitar gimnaziyaya
ədibin adı verilmişdir. Dünya sularında
“İlyas Əfəndiyev” gəmisi üzür.
Dostları ilə paylaş: