162
MA
Y
Hüseyn Məmmədəli oğlu İbrahi-
mov 1919-cu il may ayının 23-də Nax-
çıvan MR-in Şərur rayonunun Şahtax-
tı kəndində anadan olmuşdur. Kənd
yeddiillik məktəbini bitirdikdən sonra
Naxçıvan Pedaqoji Texnikumunda,
Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsində (1953-1958)
təhsil almışdır.
Noraşen (indiki Şərur) rayon
Sədərək kənd orta məktəbində müəllim
kimi əmək fəaliyyətinə 1940-cı ildə
başlamış, Noraşen rayonunda bir sıra
ictimai vəzifələrdə çalışmışdır.
Ədəbi fəaliyyətə 1944-cü ildə
“Ədəbiyyat qəzeti”ndə çap olunan “O,
düşməndə qoymadı anasının qanını”
adlı ilk şeiri ilə başlamışdır. Bundan
sonra öz hekayələrini dövri mətbuatda
müntəzəm olaraq çap etdirmişdir.
“Qu quşları öləndə oxuyurlar”
əsərini və Hüseyn Cavidə həsr etdiyi
“Böhtan” romanını 1998-ci ildə başa
çatdırmışdır.
Əsərləri keçmiş SSRİ və bir çox xa-
rici ölkə xalqlarının dillərinə tərcümə
olunmuşdur. Yazıçı həm komediya,
həm də faciə janrında mükəmməl
əsərlər yaratmışdır. “Torpağın övlad-
ları” və “İtirilən sağlıq” pyesləri Cəlil
Məmmədquluzadə adına Naxçıvan
Dövlət Dram Teatrında tamaşaya qo-
yulmuşdur. Əziz Nesinin (Türkiyə),
Murad Sibainin (Suriya), Şixata
Ubeydin (Misir) və Abdulla Qəhharın
(Özbəkistan) bir sıra hekayələrini
Azərbaycan dilinə tərcümə etmişdir.
SSRİ yazıçılarının ikinci və üçüncü
qurultaylarında nümayəndə kimi işti-
rak etmişdir.
Azərbaycan KP Naxçıvan Vilayət
Komitəsi və Azərbaycan Yazıçılar İt-
tifaqı plenumuna dəfələrlə üzv seçil-
mişdir. Naxçıvan Ali Sovetinin (IV,
VII, VIII çağırış) deputatı, Naxçı-
van Ali Sovetinin Sədri (1963-1967)
olmuşdur. SSRİ “Bilik” cəmiyyəti
nümayəndə heyətinin tərkibində Fin-
landiya və Danimarka ölkələrinə
(1967), Azərbaycan mədəniyyət
işçiləri nümayəndə heyətinin rəhbəri
kimi İtaliya və Əlcəzair ölkələrinə
(1975) səfər etmişdir.
Naxçıvan MR Ali məclisinin
nümayəndə heyətinin tərkibində İran
İslam Respublikasında (1992, 1994,
1996) olmuşdur.
Azərbaycan ədəbiyyatının inkişa-
fındakı xidmətlərinə görə beş medalla,
1994-cü ildə anadan olmasının 75 illiyi
münasibətilə “Şöhrət” ordeni ilə təltif
edilmiş, 1998-ci ildə Azərbaycanın
Xalq yazıçısı adı verilmişdir.
Prezidentin fərdi təqaüdünə layiq
görülmüşdür (2002).
Hüseyn İbrahimov 2008-ci il aprel
ayının 10-da vəfat etmişdir.
Dostları ilə paylaş: