Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə211/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   207   208   209   210   211   212   213   214   ...   507
75 

illiyi

2

Alim, bəstəkar

Musiqi.Opera.Balet 


170

MA

Y

Oqtay Zülfüqarov

1929

Ə d ə b i y y a t

Musiqi [Mətn]: Ümumtəhsil 

məktəblərinin 6-cı sinfi 

üçün  dərslik  /O.Zülfüqarov, 

V.Xəlilov.- Bakı: Pedaqogika, 

2006.- 96 s.

Oxuyur “Aysel” [Mətn] 

/O.Zülfüqarov.- Bakı: Çaşı-

oğlu, 2003.- 148 s.

Xəlilov, V. Bəstəkar Oq-

tay Zülfüqarov [Mətn] 

/V.Xəlilov.- Bakı: Şur, 1997.- 

189, [2] s. 

Maestro Oqtay Zülfüqarov 

- 80 il [Mətn] /[ideya və 

prodüs. V.Mustafayev; Çingiz 

Mustafayev ad. Fond].- 

Bakı: ANS-PRESS, [2009].- 

43 s.

Əliyev, Y. Bəstəkarın yubi-

leyi Musiqi Kollecində qeyd 

olundu [Mətn] /Y.Əliyev        

//Azərbaycan müəllimi.- 

2009.- 22 may.- S.7. 

Qarayev, Ş. Uşaqların 

sevimli bəstəkarı [Mətn] 

/Ş.Qarayev  //Mədəniyyət.- 

2009.- 10 iyun.- S.11. 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Oqtay  Qədir  oğlu  Zülfüqarov 

1929-cu il may ayının 31-də anadan 

olmuşdur. 

Uşaqlıqdan  musiqiyə  həvəsi, 

yüksək  musiqi  duyumu  olan  Oqtay 

Zülfüqarov  1947-ci  ildə  A.Zeynallı 

adına Musiqi Texnikumunun violon-

çel sinfinə daxil olmuş, məşhur mu-

siqiçi A.Şvartsdan dərs almışdır. Bu 

dövrdə violonçel ifaçılığı ilə bərabər, 

bəstəkarlıqla da məşğul olmuş, vio-

lonçel üçün pyeslər və bir neçə mah-

nı yazmışdır. 

1949-cu  ildə  keçirilən  mahnı 

müsabiqəsində  laureat  olmuşdur. 

O,  1951-ci  ildə  Ü.Hacıbəyov  adına 

Azərbaycan  Dövlət  Konservatori-

yasının  simli  alətlər  şöbəsinə  -  vio-

lençel  sinfinə  daxil  olmuş,  1958-ci 

ildə  bəstəkarlıq  şöbəsində  təhsilini 

Q.Qarayevin  sinfində  başa  vurmuş-

dur. 

Oqtay  Zülfüqarov  bəstəkarlıq 



texnikasına  yiyələnərək  musiqinin 

müxtəlif  janrlarına  müraciət  etmiş-

dir. Violençel üçün pyeslər, trio, for-

tepiano  üçün  prelüdlər,  variasiyalar, 

“İntizar”  simfoniyası,  digər  simfo-

nik  əsərlərin,  “Şəngülüm,  Şüngü-

lüm,  Məngülüm”  operettası,  “Meşə 

nağılı”,  “Pişik  və  sərçə”  operaları, 

“Məlikməmməd”  nağılı  əsasında 

yazdığı “Sehirli alma” baleti və  digər 

əsərlərinin  qayəsini    uşaq  mövzusu 

təşkil  edir.  Bəstəkarın  300-ə  qədər 

uşaq mahnısı var. Bunlardan “Ovçu 

oğlan”,  “Dumbulumu  çalaram”, 

“Rəssam”,  “Kuklam”,  “Nə  əzizsən, 

vətən”, “Əziz ana, can ana” və baş-

qalarının  adını  çəkə  bilərik.  Adın-

dan  da  göründüyü  kimi,  bu  mahnı-

lar  müxtəlif  mövzuları  əhatə  edir. 

Körpələr  bu  mahnıları  oxumaqla 

ana,  vətən,  təbiət,  gözəllik,  məktəb, 

müəllim  və  s.  bu  kimi  mətləbləri 

daha  dərindən  mənimsəyə  bilirlər. 

Özü də bu mahnıları uşaqlara Oqtay 

müəllim özü öyrədir. 

O,  1958-ci  ildən  Azərbaycan 

Bəstəkarlar  İttifaqının  üzvüdür.  İtti-

faqın bütün tədbirlərində çox fəal iş-

tirak edir. Onun təklifləri, tövsiyələri 

gənc  bəstəkarlar  və  musiqişünaslar 

üçün çox dəyərlidir.

Uşaqların sevimli bəstəkarı 1967-

ci ildən rəsmlə, xalq sənəti (dekora-

tiv təsviri sənət) ilə ciddi məşğul ol-

mağa başlamışdır. Onun rəsmlərində 

simvolika  fantastika  ilə  birləşir. 

Bəstəkar  rəssamın  çoxcəhətli,  geniş 

fəaliyyəti  dövlət  tərəfindən  yüksək 

qiymətləndirilmişdir.  Oqtay  Zül-

füqarov  1972-ci  ildə  “Azərbaycan 

Respublikasının  Əməkdar  incəsənət 

xadimi”,  2000-ci  ildə  “Xalq  artisti” 

fəxri adına layiq görülmüşdür. 

2010-cu ildə isə anadan olmasının 

80 illiyi münasibəti ilə “Şöhrət” or-

deni ilə təltif edilmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin