168
Dünya ədəbiyyatı
MA
Y
Aleksandr Sergeyeviç Puşkin 1799-
cu il may ayının 26-da (bəzi mənbələrdə
iyun ayının 6-da) qədim boyar nəslindən
olan ortabab dvoryan ailəsində doğul-
muşdur.
1817-ci ildə liseyi bitirən Puşkin Kol-
legiya katibi rütbəsi almış, Xarici işlər
kollegiyasına təyin olunmuşdur. 1817-
1820-ci illərdə yazdığı əsərlərdə gənc
şairin Peterburq həyatı, gərginləşən si-
yasi şərait, yetişməkdə olan dvoryan
inqilabçıları nəslinin görüşləri əksini
tapmışdır.
1820-ci ildə xidməti təyinat adı ilə
Rusiyanın cənubuna sürgün edilən Puş-
kin Qafqaz və Krımda olmuş, Kişin-
yovda və Odessada yaşamış, burada
dekabristlərdən V.F.Rayevski, P.İ.Pestel
və b. ilə görüşmüşdür. Cənub sürgünü
Puşkin romantizminin vüsət aldığı dövr-
dür. Yaradıcılığında mühüm yer tutan
üsyankar ruhlu “Qafqaz əsiri”, “Quldur
qardaşlar”, “Baxçasaray fontanı” poe-
malarında ilk dəfə olaraq Puşkinin azad-
lıq, məhəbbət, şəxsiyyət problemlərinə
fəlsəfi münasibət nəzərə çarpır.
1824-cü ilin iyul ayında şair xidmətdən
kənar olunaraq, Pskov vilayətinin Mi-
xaylovskoye kəndinə sürgün edilmişdir.
Puşkin orada hələ cənubda yazmağa
başladığı “Yevgeni Onegin” mənzum
romanının yeni fəsillərini və “Qraf Nu-
lin” satirik poemasını yazmış, Rusiya-
nın tarixini, salnamələrini öyrənmiş,
xalq mahnı və nağıllarını qələmə almış-
dır. Puşkinin yaradıcılıq təkamülündə
mühüm mərhələ olan “Boris Qodunov”
faciəsində realizm, xəlqilik və tarixilik
prinsiplərinin əsası qoyulmuşdur.
Puşkin Dekabristlər üsyanının məğlu-
biyyətindən sonra, 1926-cı il sentyabrın
8-də II çar I Nikolayla görüşmüş və çar
onu bağışladığını demişdir.
1830-cu ilin payızında Boldinoda
yaşayan Puşkin 50-yə yaxın müxtəlif
janrlı əsər yaratmışdır. 1831-ci ilin fev-
ral ayında evlənmiş, həmin ilin may
ayında Peterburqa köçmüş, Rusiya
tarixinə, o cümlədən I Pyotr dövrünə
və Puqaçov hərəkatına dair arxiv ma-
terialları, sənədləri öyrənmişdir. 1833-
cü ilin oktyabrında yenidən Boldinoya
qayıtmışdır. Puşkin orada “Dubrovski”
romanını, “Puqaçov tarixi”ni, “Tunc
atlı”, “Ancelo” poemalarını, “Qaratox-
maq qadın” povestini, bir sıra məşhur
nağıllarını yazmışdır.
Aleksandr Sergeyeviç Puşkin 1837-
ci il yanvar ayının 23-də dueldə yaralan-
mış və iki gündən sonra vəfat etmişdir.
Puşkin bəşər mədəniyyətinin ən
görkəmli nümayəndələrindəndir. Rus və
dünya mədəniyyətinin nailiyyətlərindən,
xalq yaradıcılığından bəhrələnən şair,
qısa bir dövr ərzində bir neçə ədəbi
mərhələni keçərək kamil realizmə gəlib
çıxmışdı. Puşkin rus ədəbi dilini yeni
yüksək zirvəyə qaldırmışdır.
Dostları ilə paylaş: