Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə212/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   208   209   210   211   212   213   214   215   ...   507
85 

illiyi

31

Bəstəkar

Musiqi.Opera.Balet 


171

Teatr.Kino

Rza Əfqanlı

1899-1973 

MA

Y

Rza  Rüstəm  oğlu  Əfqanlı  (Cəfər-

zadə) 1899-cu il may ayının 15-də İran 

Azərbaycanının Sərab şəhərində doğul-

muşdur.  1912-ci  ilin  yazında  Bakıya 

gəlmiş, 1916-cı ildə Pyatiqorska gedərək 

orada  çəkməçi  şagirdi  işləmişdir.  İki  il 

sonra rus ordusunda könüllü xidmət et-

mişdir.  1920-ci  ildə  Bakıya  dönən  Rza 

Əfqanlı  əvvəl  Sabunçu  qəsəbəsindəki 

dram  dərnəyində  aktyorluq  etmiş  və 

tezliklə Akademik Teatrın aktyoru Xəlil 

Hüseynovun  təşəbbüsü  ilə  Mərkəzi 

Dövlət  Səyyar  Teatrında  işləməyə  baş-

lamışdır. 

1923-cü  ildə  Milli  Dram  Teatrının 

truppasına işə götürülmüş və paralel ola-

raq  1926-cı  ildə  Bakı  Teatr  Məktəbini 

bitirmişdir. 

1929-cu ildə görkəmli rejissor və akt-

yor İbrahim İsfahanlının dəvəti ilə Tiflis 

Azərbaycan  Dövlət  Teatrında  işləməyə 

getmişdir. 

1933-1934-cü  il  teatr  mövsümündə 

Türkmənistan  Respublikasının  paytaxtı 

Aşqabaddakı  “Az  Millətlər  Teatrı”nda 

(“Natsmen”  Teatrı)  baş  rejissor  olmuş-

dur. 


1935-ci  ilin  əvvəllərində  yenə  Milli 

Dram Teatrının kollektivinə qayıtmışdır. 

Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim 

bəy  Haqverdiyevin  “Ağa  Məhəmməd 

şah  Qacar”  (Tavad  Orbeliani),  “Köhnə 

dudman”  (Bədəl),  “Baba  yurdunda” 

(İsgəndərzadə),  “Pəri  cadu”  (Qurban), 

“Dağılan tifaq” (Nəcəf bəy), Cəfər Cab-

barlının “Od gəlini” (Rəbi, Aqşin və El-

xan),  “Oqtay  Eloğlu”  (Oqtay),  “Sevil” 

(Balaş və Əbdüləli bəy), “1905-ci ildə” 

(General-qubernator),  “Aydın”  (Dövlət 

bəy), Vilyam Şekspirin “Otello” (Yaqo), 

“Hamlet”  (Horatsio),  “Kral  Lir”  (Ed-

mund),  Hüseyn  Cavidin  “Knyaz”  (An-

ton),  “Şeyx  Sənan”  (Platon  və  Şeyx 

Sənan),  Aleksandr  Şirvanzadənin  “Na-

mus” (Seyran), və s. tamaşalarında rollar 

oynamışdır. 

Rza  Əfqanlının  yaradıcılığında 

kino rolları ayrıca bir mərhələdir. Kino 

fəaliyyətinə  30-cu  illərdə  başlayan  akt-

yorun “Bakılılar“ filmindəki Cəfər obra-

zı uğurlu debüt idi və bu filmin ardınca 

o, “Kəndlilər“, “Yeni horizont”, “Qanun 

naminə”, “O olmasın, bu olsun”, “Dağ-

larda döyüş” və s. ekran əsərlərində ma-

raqlı obrazlar yaratmışdır.

O, 1963-cü ildə teatrdan haqsız ola-

raq uzaqlaşdırılmış, uzun illər işsiz qal-

mış (arada ancaq bir neçə filmə çəkilib), 

bir müddət Sumqayıt Dövlət Dram Teat-

rında aktyorluq etmişdir. 

Aktyor 1938-ci il dekabr ayının 4-də 

“Azərbaycan Respublikasının Əməkdar 

artisti”,  1943-cü  il  iyul  ayının  17-də 

“Xalq artisti” fəxri adları ilə təltif edil-

mişdir.  1948-ci  ildə  “Şərqin  səhəri” 

(Ənvər  Məmmədxanlı)  tamaşasındakı 

Fərhad roluna görə Stalin mükafatına la-

yiq görülmüşdür. 

Rza Əfqanlı 1973-cü il noyabr ayının 

9-da Bakıda vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin