169
MA
Y
Ramiz Zöhrabov
1939
Ə d ə b i y y a t
Azərbaycan rəngləri: janr,
lad-məqam və melodik
xüsusiyyətlərin tədqiqi
[Mətn] /R.Zöhrabov.-
Bakı: Mars-Print, 2006.-
249 s.
Zərbi-muğamlar [Mətn]:
musiqi nəzəri tədqiqat
/R.Zöhrabov.- Bakı: Mars-
Print, 2004.- 405 s.
Həsənova, C. Muğam-
şünaslığın üfüqləri
[Mətn]: Ramiz Zöhrabov-
70 /C.Həsənova
//Mədəniyyət.- 2009.- 1
may.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.karabakh.az
Ramiz Fərzulla oğlu Zöhrabov 1939-
cu il may ayının 2-də Ərdəbil şəhərində
anadan olmuşdur.
1974-cü ildə sənətşünaslıq namizədi,
1990-cı ildə Azərbaycan Respubli-
kasının Əməkdar incəsənət xadimi,
1992-ci ildə professor, 1994-cü ildə
sənətşünaslıq doktoru, 1997-ci ildə
“Humay” mükafatına layiq görülmüş
Xalq artisti Ramiz Zöhrabov şifahi
ənənəli Azərbaycan professional mu-
siqi janrlarının nəzəri problemlərinə,
Azərbaycan bəstəkarlarının yaradı-
cılığına dair 20 kitabın, 350 elmi-
publisistik məqalənin, bir sıra müxtəlif
musiqi əsərlərinin müəllifidir. Onun
1983-cü ildə Moskvada, 1991-ci ildə
Təbrizdə nəşr edilən “Azərbaycan
təsnifləri” kitabını, “Azərbaycan zərbi-
muğamları” (1986), “Muğam” (1991),
“Bəstəkarlarımızın portreti” (Bakı,
1997) kitablarını misal göstərmək olar.
Bundan başqa, 1999-cu ildə Tehranda
nəşr edilmiş “Azərbaycan modal mu-
siqisi” kitabı, 2000-ci ildə Bakıda çap
edilmiş “Cahargah muğamının nəzəri
əsasları” kitabı da Azərbaycan musiqi-
şünaslıq elminin tədqiqində xüsusi yer
tutur.
Ramiz Zöhrabovun “Azərbaycan mu-
siqi ədəbiyyatı”, “Musiqi ədəbiyyatı”,
“Şifahi ənənəli Azərbaycan professi-
onal musiqisi” adlı dərslikləri də var.
Onun kitabları haqqında respublikamı-
zın və xarici ölkələrin alimləri yüksək
fikirlər söyləmiş, bu əsərlər musiqi-
şünaslığımızın böyük nailiyyəti kimi
qiymətləndirilmişdir. Bəstəkarın xalq
çalğı orkestri üçün “Bayram lövhələri”,
“Uşaq səhnələri”, “Ərdəbil lövhələri
suitaları, instrumental pyesləri Dövlət
Teleradio Verilişləri Şirkətinin fonduna
daxil edilmişdir. 1971-ci ildən televizi-
yada silsilə verilişlərin müəllifi və apa-
rıcısı olmuşdur.
O, 2009-cu ildə “Şöhrət” ordeni ilə
təltif olunmuşdur.
R.Zöhrabovun ilk dəfə olaraq,
görkəmli xanəndələrin ifasında 100
təsnifi nota alması və onun əsasında
təsniflərin
janr
xüsusiyyətlərinin
təhlilini aparması, o cümlədən, 9 zərbi-
muğamı xanəndə və sazəndə ansamblı-
nın ifasında partitura şəklində nota yaza-
raq, onların nəzəri əsaslarını öyrənməsi
sayəsində fəaliyyəti diqqətəlayiqdir.
Bəstəkar eyni zamanda, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademi-
yasında pedaqoji işlə məşğul olur. İndi-
ki musiqişünaslar nəslinin əksəriyyəti
Ramiz müəllimin tələbəsi olmuşlar.
Ramiz Zöhrabov, həmçinin bir çox
musiqişünasların diplom işlərinin, ma-
gistr və namizədlik dissertasiyalarının
elmi rəhbəri, doktorluq dissertasiya-
larının elmi məsləhətçisi olaraq, öz
tədqiqat metodikasını onlara aşılayır və
öz ardıcıllarını yetişdirir.
Xalq artisti, musiqişünas, peda-
qoq, ictimai xadim Ramiz Zöhrabov
bəstəkar kimi də qələmini sınamışdır.
Onun xalq çalğı alətləri orkestri üçün
süitaları, müxtəlif məzmunlu mahnı-
ları məşhur müğənnilər, uşaq xoru və
solistlər tərəfindən ifa olunmuşdur.
Ramiz Zöhrabov 20 ildən artıqdır
ki, Azərbaycan Bəstəkarlar İttifaqının
İdarə Heyətinin katibi vəzifəsində ça-
lışır.
Dostları ilə paylaş: