166
Milli ədəbiyyat
MA
Y
Vəli Məmmədhüseyn oğlu Xuluf-
lu 1894-cü il may ayının 26-da Şam-
xor (indiki Şəmkir) rayonunun Xuluf-
lu kəndində anadan olmuşdur. İbtidai
təhsilini 1905-1907-ci illərdə mollaxa-
nada almışdır. 1912-ci ildə “Mədrəseyi-
Ruhaniyyə”ni bitirmiş, həmin məktəbdə
müəllim saxlanmışdır. Elə o vaxtdan da
gizli inqilabi işə qoşulmuş, 1919-cu
ildə RSDFP sıralarına daxil olmuşdur.
1921-1922-ci illərdə Gəncə quberniya-
sında qəza partiya komitəsinin katibi
işləmişdir. 1922-1927-ci illərdə Bakıda
ADU-nun Şərqşünaslıq fakültəsində
təhsilini davam etdirmiş, eyni zaman-
da yeni türk (Azərbaycan) əlifbası
komitəsində işləmişdir. Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi
katib, onun yenidən təşkili vaxtı isə Dil,
Ədəbiyyat və İncəsənət İnstitutunun di-
rektoru olmuşdur. 1927-ci ildə “El aşıq-
ları” toplusunu tərtib və çap etdirmişdir.
Yeni türk əlifbası komitəsinin üzvü və
yeni əlifbanın digər ölkə xalqları arasın-
da yayılması üzrə təlimatçı kimi onun
fəaliyyəti böyükdür. Bu münasibətlə
Qazaxıstan, Özbəkistan, Türkmənistan,
Tacikistan respublikalarında, Krımda,
Kazan və digər şəhərlərdə olmuşdur.
Zaqfederasiyanın 10 illiyində ictimai-
elmi və ədəbi xidmətlərinə görə Fəxri
tərifnamə və qızıl saatla təltif olunmuş-
dur.
Ədəbiyyatşünas, publisist 1931-
ci ildən professor, 1934-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Vəli Xuluflu 1938-ci ildə, repressiya
dövründə güllələnmişdir. Məzarının
yeri məlum deyil.
Dostları ilə paylaş: