167
Dünya ədəbiyyatı
MA
Y
Onore de Balzak 1799-cu il may ayı-
nın 20-də Tur şəhərində anadan olmuş-
dur. O, ilk təhsilini Tur şəhərində, sonra
Bandom kollecində almış, 1814-cü ildə
Paris hüquq məktəbində davam etdirmiş,
eyni zamanda Sorbonna universitetində
ədəbiyyatdan mühazirələr dinləmişdir.
Balzakın yaradıcılığı janr etibarilə
rəngarəngdir. İlk əsərlərindən olan, 1820-
ci ildə yazdığı “Kromvel” faciəsi J.Rasinin
yaradıcılığına təqliddir. Romantizmin
təsiri ilə yazılmış “Biraq varisi”, “Luzil-
yanlı Klotilda”, “Yüzyaşlı qoca” və s. ro-
manları zəif və melodramatikdir. Yaradıcı-
lığının ilk illərində gizli imzalarla yazdığı
əsərlərdən yazıçı sonralar imtina etmişdir.
Balzaka şöhrət qazandıran ilk əsər Bretan-
da əksinqilabi qiyamın yatırılmasına həsr
olunmuş “Şyanlar” tarixi romanıdır. Bun-
dan sonra Balzak əsas əsərlərini mühüm
tarixi-ictimai problemlərə həsr etmişdir.
O, 1834-cü ildən başlayaraq, Fransa-
nın burjua inqilabından sonrakı tarixini
əhatəli surətdə əks etdirən əsərlər yaz-
mağa başlamışdır. Balzak digər fransız
yazıçısı Gustav Flober ilə birgə Avropa
ədəbiyyatında realizm məktəbinin əsasını
qoymuşdur.
Qərbi Avropa realizminin zirvəsi Ono-
re de Balzak hesab edilir. Onun ən məşhur
əsəri – “Bəşəri komediya” və ya “İnsan
komediyası” (La Comédie humaine)
adlı epopeyada fransız həyatının bütün
sahələri 143 kitabda əks etdirilməli idi.
O, bütün gücünü sərf edərək 90 roman
və novella yazdı. Bu epopeyaya “Şaqren
dərisi”, “Yevgeniya Qrande”, “Qorio ata”,
“Sezar Biroto”, “İtirilmiş illüziyalar” və
s. romanlar daxildir.
Yazdığı yüzdən artıq roman və pyesləri
birlikdə “İnsan komediyası” (La Comédie
humaine) adı altında tanınır. Bu əsərlər
toplusu və ya seriyası 1815-ci Napoleon
Bonapart Fransasının süqutundan son-
rakı dövr fransız cəmiyyətinin, xüsusilə
də burjua təbəqəsinin komik-satirik
mənzərəsini canlandırır. Siyasi görüşləri
etibarilə mütləqiyyət tərəfdarı olsa da,
həyata obyektiv baxışı onu sənətin realist
yoluna çıxarmışdır. Balzak cəmiyyətdə
baş verən hadisələri olduğu kimi qələmə
almış, 19-cu əsrin I yarısında Avro-
pa ədəbiyyatında tənqidi realizmin ən
görkəmli nümayəndəsi olmuşdur. Balza-
kın yaradıcılığında burjua cəmiyyətinin
qanunauyğunluqları təhlil olunmuşdur.
“Bəşəri” komediyada burjua cəmiyyətinin
daxili aləmi, bu cəmiyyətdə pulun, alqı-
satqı prinsipinin hakim rolu, əxlaq nor-
malarının aradan qalxması, nəcib insa-
ni sifətlərin korlanması sənətkarlıqla
göstərilmişdir.
Balzak pyesləri bir qayda olaraq oxu-
cuda gülüş döğurmaqla yanaşı, aydın
ifadə olunmuş rəngarəng obrazlar və
pərdələrdəki hər bir səhnənin nəfis təsviri
tamaşaçıda xüsusi maraq oyadır.
XIX əsrin görkəmli fransız yazıçı-
dramaturqu Onore de Balzak 1850-ci il
avqust ayının 18-də Parisdə vəfat etmiş-
dir.
Dostları ilə paylaş: