Yaradıcı heyət: Şahin Zülfüqarov



Yüklə 0.96 Mb.
PDF просмотр
səhifə1/9
tarix06.05.2017
ölçüsü0.96 Mb.
  1   2   3   4   5   6   7   8   9

 

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

1

Yaradıcı heyət: 



  Şahin  Zülfüqarov - sosioloji elmlər magistri, «Khatt Research» şirkətinin direktoru

  Tamilla Nağıyeva - Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti  dizayn kafedrasının dosenti, «Arqo  

PR» şirkətinin direktoru



  Toğrul Əfəndiyev - ekspert, tarix elmləri namizədi 

  Fərhad Abbasəli – ekspert, iqtisadi elmlər namizədi, «KHATT» şirkətlər qrupunun baş direktoru 

  Oktay Sadıxzadə - ekspert, siyasi elmlər namizədi, «Yaşıl Vətən» gənclər ekoloji QHT-nın sədri

Azərbaycanda gənclərin vəziyyətinə və problemlərinə həsr olunmuş bu analitik hesabat  ilk dəfədir ki, gənclər haqqında 

məlumatları özündə cəmləşdirir və onların problemlərini tam şəkildə əhatə edir. Hesabatın bu xüsusiyyəti onun uni-

kal nəşr olduğunu göstərir. Gənclər siyasəti həmişə dövlət tərəfindən yürüdülən siyasətin əsas seqmentlərindən 

biri olmuşdur.  Təsadüfi deyildir ki, Azərbaycanda son 10 il ərzində həyata keçirilən əsas dövlət proqramlarından 

bir neçəsi məhz elə gənclər siyasəti ilə bağlıdır. Bu günə hansı nəticələr əldə olunub, bu proqramlar nə dərəcədə 

özünü doğruldub, hansı irəliləyiş və həll olunmamış problemlər qalıb? – bütün bu suallara qısa cavabları hesabatda 

tapmaq mümkündür.

Hesabatda gənclərin vəziyyəti və dinamikasına aid situasiya əks olunmuşdur. Rəsmi statistik məlumatlar və al-

ternativ mənbələr əsasında Azərbaycan gənclərinin müxtəlif sahələr üzrə, yəni: təhsil, sağlamlıq, cinayətkarlıq, iş 

təminatı və işsizlik səviyyəsi, ölkənin ictimai – siyasi həyatında iştirakı  haqqında vəziyyəti nəzərdən keçirilmişdir. 

Bu bir sıra asılılıqların və meyllərin aşkar edilməsinə və gənclərin vəziyyətini daha da dəqiq qiymətləndirməsinə 

şərait yaratmışdır. 

Hesabatda  ilk dəfə olaraq Azərbaycanda gənc nəsilin vəziyyətinin səviyyəsini göstərən inkişaf indeksi hesablanmışdır. 

Hesablanmış indekslər gənclərin savadlılıq və təhsil səviyyəsini, sağlamlıq səviyyəsini və ümumiyyətlə  inkişaf  in-

deksini göstərir. 

Hesabat YUNESKO-nun Moskva bürosunun sifarişi əsasında hazırlanmışdır.

 

Bu nəşrdə əks olunan fikir və mövqelər ümumilikdə müəlliflərin rəyini əks etdirir və YUNESKO-nun  rəsmi mövqeyi 



ilə üst – üstə düşməyə də bilər. 

 

© YUNESKO-nun Moskva bürosu.  2007

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

2

MÜNDƏRİCAT



Ön söz 

Giriş 

I HİSSƏ 

Təhsil 

1.1  Təhsilin səviyyəsi ............................................................................................................  6

1.2   Kənd və şəhərlərdə orta təhsilin mümkünlüyü-müəllimlərin və işlək dövlət müəssisələrinin sayı  8

1.3   Ərazi təlabatlarına uyğun olaraq əlavə təhsilin alınması – texnikumların və digər xüsusi 

 

tədris müəssisələrin mövcudluğu ......................................................................................  11



1.4   Ali təhsil .........................................................................................................................  14

1.5   Texniki və humanitar savadlılıq .........................................................................................  19

1.6   Regionların iqtisadi inkişafı nəzərə alınmaqla ali təhsilin yerlərdə mümkünlük səviyyəsi .........  22

1.7   Xarici tələbələrin sayı .......................................................................................................  27

1.8   Xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı – istiqamət ölkələri .....................................  27

1.9   Maliyyə təminatı ..............................................................................................................  28

1.10  İnformasiya texnologiyaları, kompüter savadlılığı və texniki təhcizat ....................................  29

1.11  Elm ................................................................................................................................  32



II HİSSƏ 

Gənclərin məşğulluğu

2.1   Ölkələr üzrə məşğulluq ....................................................................................................  34

2.2   Regionlarda məşğulluq səviyyəsi və işsizliyin azalması istiqamətindəki tədbirlər ....................  40

2.3   Əmək miqrasiyası ............................................................................................................  45



III HİSSƏ 

Gənclərin məşğulluğu

3.1   Dövlətin gənclər siyasəti ..................................................................................................  50

3.2   Sosial istiqamət. Nigah, mənəvi sərvətlər ..........................................................................  52

3.3  Din, statistika, gənclərin münasibəti, ekstremizm , problemlər və nailiyyətlər .......................  56



IV HİSSƏ

Siyasi həyat

4.1   Gənclər təşkilatları ...........................................................................................................  57

4.2   Siyasətə, dövlət institutlarına münasibət, səsvermədə və ölkənin siyasi həyatında iştirak .......  57

4.3   Gənclərin problemləri .......................................................................................................  58



V HİSSƏ 

Cinayətkarlıq

5.1   Son üç il ərzində cinayətkarlığın statistikası .......................................................................  60



VI HİSSƏ

Sağlamlıq

6.1   Narktotiklər .....................................................................................................................  66

6.2   Tütün və spirtli içkilər ......................................................................................................  69

6.3   İnfeksion və xüsusi ağır xəstəliklər ....................................................................................  70

6.4   AIDS ..............................................................................................................................  72

6.5   Gənclərin reproduktiv sağlamlığı, ümumi statistika .............................................................  76

6.6   Azərbaycanda doğum və ölum ..........................................................................................  80 

VII HİSSƏ 

Gənclərin inkişaf indeksi

7.1   Ümumdaxili məhsul sosial-iqtisadi inkişafın göstəricisi kimi .................................................  81

7.2   Azərbaycan gənclərinin inkişaf əmsalı ...............................................................................  81

ƏLAVƏ ..................................................................................................................................  84 


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

3

Fiziki və mənəvi cəhətdən sağlam 



yeni nəsil Azərbaycanı gələcək 

günlərə aparacaq nəsil olacaqdır.



Azərbaycan  Respublikasının Prezidenti

 İlham Əliyev

ÖN SÖZ

Azərbaycan  son  əlli  il  ərzində  haqlı  olaraq  gənclər  və  uzun  ömürlülər  ölkəsi  sayılır.  Ölkə  əhalisinin 

2/3 hissəsini 35 yaşına qədər olan vətandaşlar təşkil edir. Bu faktor ölkənin daxili siyasətini müəyyən edir. 

Gənclər siyasəti dövlət siyasətində hər zaman öncül mövqelərdən birini tutmuşdur. Son on ildə realizə edilən 

Dövlət proqramının əsas tərkib hissələrindən biri gənclər siyasətidir. Ölkədə gənclər və idman nazirliyi uğurla 

fəaliyyət göstərir. 

Xüsusi Dövlət Proqramı- Azərbaycan gəncliyi adlı xüsusi proqram qəbul edilmişdir və bu sənəd gənclərin 

potensialının inkşafına istiqamətlənmiş bir sıra tədbirlərin kompleksini, gənclərin milli-mənəvi və vətənpərvər 

tərbiyyəsini və onun sağlamlığı üzrə qayğıları özündə əks etdirir. Proqram 2005-2009 illəri əhatə edir. Post-

sovet məkanının hər bir keçid cəmiyyətində olduğu kimi, Azərbaycan gəncliyi də xüsusi dövlət proqramları ilə 

uğurla dəf olunan bir sıra problemlərlə üzləşmişdir. 

Gəncliyin  ən  kəskin  problemlərindən  biri  məşğulluq  və  əmək  təminatı  problemidir.  Bu  problem  bütün 

qlobal  dövlət  layihələrində  öz  əksini  tapır  və  cənab  prezident  İlham  Əliyev  və  hökumət  tərəfindən  realizə 

edilən daxili siyasətin əsas hissəsi hesab edilir. Gənclərin fiziki tərbiyyəsinə xüsusi diqqət verilir. Paytaxtda 

və regionlarda müasir idman-olimpiya  kompleksləri ucaldılır. Gənclərin idman uğurları dəstəklənir və yalnız 

idman deyil, o cümlədən də mədəniyyət və elm sahələrində də gənclərin potensialının artırılması məqsədi ilə 

hər cür şərait yaradılır. 

Uğurlarla yanaşı yaxın zamanlarda öz həllini tapmalı olan bir sıra problemlər də mövcuddur. Bu sadala-

nan sahələrdən hər biri öz spesifik problemlərinə malikdir. Təhsil sahəsində əsas problemlərdən biri orta və ali 

təhsilin keyfiyyətidir. Daha bir aktual problem - gənc ailələrin mənzil-yaşayış sahəsi ilə təmin olunmasındadır. 

Düzdür, sonuncu problem, qismən də olsa, dövlət ipoteka proqramının reallaşmasında öz əksini tapmışdır. 

Lakin bu yalnız qismən baş vermişdir. Hökumət bu problemin həlli məqsədi ilə alternativ layihələr üzərində 

işləyir.  Narkomaniya  və  AIDS  xəstəliyinin  yayılması  da  aktual  məsələlərdən  biri  olaraq  qalır.  O  cümlədən, 

gənclərin  idarəetmə  orqanlarına  sosial  inteqrasiyası  və  onların,  dövlətin  daxili-siyasi  həyatında  iştitrakı 

məsələsi də əsas problemlərdən biri olaraq qalır. 

Bu  problemlərin  həlli  yaxın  illər  üçün  gənclər  siyasəti  strateqiyasının  əsas  prioritetidir.  Bütün  dövlət 

proqramları və yaradılan yeni qanunverici baza gənclərin vəziyyətinin yaxşılaşmasına istiqamətləndirilmişdir. 

Təklif  olunan  məruzə  gənclərin  vəziyyəti  haqqında  məlumatı  müxtəlif  qaynaqlara  istinad  edərək  özündə 

cəmləşdirir. Gənclərin vəziyyətinin bütün əsas tərəflərini eyni vaxt çərçivəsində əhatə edən cari məruzə bu 

yönümdə ilk məruzədir.



Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

4

«Azərbaycanda gənclərin vəziyyəti haqqında məruzə» YUNESKO-nun Moskva bürosunun təşəbbüsü ilə 



hazırlanmışdır. Məruzə yaxın illərə gənclər siyasəti ilə bağlı fəaliyyətin və strateqiyanın yenidən qurulması və 

qiymətləndirilməsi üçün bazis rolunu oynaya bilər və görülmüş işlərin yekunlarının qiymətləndirilməsi üçün 

əla indikatordur. 


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

5

GİRİŞ

Məruzə  YUNESKO-nun  Moskva  bürosunun  sifarişi  ilə    hazırlanmış  və  müasir  Azərbaycanda    gənclərin 

problemlərinə həsr olunmuşdur. Məruzə gənc nəslin inkşafı sferasındakı vəziyyəti əhatə edir. Məruzənin əhəmiyyəti, 

onun, gənclərin həyatındakı bütün vacib aspektləri əhatə etməsində və gənclər siyasəti tərəfindən həyata keçirilən 

bütün əsas problem və uğurları təsvir etməsindədir. Məruzə üçün əsas qaynaqlar müxtəlif dövlət idarə və müəssisələri, 

nazirliklər, statistika üzrə dövlət komitəsi tərəfindən alınmış informasiya və əhalinin son siyahıya alınması barədə 

məlumatlardan kompleksləşdirilmişdır. Alternativ mənbələr kimi son beş il ərzində həyata keçirilmiş layihələr və so-

sioloji tədqiqatlardan istifadə olunmuşdur. Mətbuatın və İnternet qaynaqların icması da həyata keçirilmişdir. Nəzər 

diqqətə təklif edilən məruzədə təhsil, sağlamlıq, məşğulluq, əmək təminatı, cinayətkarlıq, qeyri-sosial davranış və 

gənclər  həyatının digər problem və aspekləri öız əksini tapmışdır. 

Təhsil bölməsində savadlılıq üzrə statistika və ali tədris müəssisələrinə dövlət test imtahanlarının nəticələri 

təhlil edilir. Təhsilin çevrəsi, keyfiyyəti və mümkünlüyü ilə bağlı vəziyyət açıqlanır və təhsil prosesində imforma-

siya texnologiyalarının tətbiqi təhlil edilir. İkinci fəsil məşğulluq probleminə həsr olunmuşdur. Bu fəsildə məşğulluq 

statistikası göstərilir, MDB ölkələri üzrə göstəricilər müqayisə edilir, məşğulluq ilə bağlı problemlər nəzərdən keçirilir 

və işsizliyin aradan qaldırılması ilə bağlı tədbirlər təhlil olunurlar. Bu fəslin yazılmasında tədqiqat qrupu məlumat 

qıtlığı ilə üz-üzə gəlmişdir. Təklif olunan rəsmi statistika məhdud xarakter daşımış və işədüzəlmə bazarında vəziyyətin 

hərtərəfli qiymətlənləndirilməsini qeyri-mümkün etmişdir. O cümlədən, ekspertlərin ümumi rəyinə əsasən bu statis-

tika işsizlərin ümumi həcmini əks etdirməmişdir. Buna baxmayaraq, tədqiqat qrupu alternativ mənbələrdən istifadə 

edərək vəziyyəti daha dəqiq əks etdirməyə çalışmışdır.

Gənclərin sağlamlıq səviyyəsini təsvir edən fəsildə əsas aksent Azərbaycan üçün aktual olan narkomaniya 

və  AİDS    problemləri  üzərində  edilmişdir.  Məruzədə  ölüm  problemlərinə,  ölüm  səbəblərinə,  bədbəxt  hadisələr 

nəticəsində ölümə, doğum göstəricilərinə, reproduktiv sağlamlığa, uşaqlar və gənclər arasında ölüm hallarına xü-

susi diqqət ayrılmışdır.

Gənclər tərəfindən törədilən cinayətlər məsələsi nəzərdən keçirilərkən xüsusi diqqət narkotik maddələrin qey-

ri-qanuni dövriyyəsi ilə bağlı cinayətlərə verilmişdir. Məruzə əsasən natamam statistik göstəricilərə əsaslanmışdır 

ki, buda yaş qrupları üzrə dəqiq differensasiyanı qeyri-mümkün etmişdir. Məlumatın sorğunandığı hər bir müəssisə 

müxtəlif yaş qrupları üzrə öz statistik hesablamalarını apardığına görə göstəricilərin müqaisəsi prosesi bir qədər işi 

çətinləşdirmişdir. Tədqiqat qrupunun üzləşdyi daha bir çətinlik regionlar üzrə məlumatın qıtlığı ilə bağlı olmuşdur.  

Subyektiv  qiymətləndirmələrdən  uzaq  olmaq  məqsədi  ilə  məruzədən  birmənalı  şərhi  mümkün  olmayan 

müddəalar  çıxarılmışdır.  Müxtəlif  dəyərləndirmələr  və  nəticələrin  mövcud  olduğu  hallarda  tədqiqat  qrupu  ortaq 

mövqedən çıxış etmiş və mövcud olan bütün nəzər-nöqtələri əhatə etməyə çalışmışdır. 

«Azərbaycanda gənclərin vəziyyəti» adlı məruzə üzərində işləmiş «Khatt Research» şirkətinin yaradıcı kollek-

tivi  inkişaf  indeksinin  hesablanması  metodikası  üzrə  texniki  konsultasiyaya  görə  YUNESKO-nun  Moskva  büro-

suna,  habelə  Təhsilin  Monitorinqi  və  Statistikası  Mərkəzinin  rəhbəri  cənab  Mark  Aqranoviçə  öz  minnətdarlığını 

bildirir. Həmçinin cari məruzənin hazırlanmasında iştirak etmiş nazirliklərə, idarə və təşkilatlara, butun QHT-lərə və 

ekspertlərə öz dərin təşəkkürümüzü bildiririk. 


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

6

I   HİSSƏ



TƏHSİL

1.1 Təhsilin səviyyəsi

Bu və ya digər dövlətin sivil dövlət olmasından söhbət düşəndə, bu dövlətin gənclərə və yaşlı nəslə münasibəti 

əsas meyar kimi çıxış edir. Azərbaycanda son rəsmi statistikaya uyğun olaraq (2004-2006 cı illərin ortaq göstəriciləri), 

əhalinin 35,6 %-ni 15-34 yaşlarında olan gənclər təşkil edir. Bu böyük gənc kadr potensialına malik olma, təbii ki, 

təhsil səviyyəsinə olan qayğının artırılmasını tələb edir. 

Bu  gün  Azərbaycan  əhalisinin  ümumi  savadlılıq  səviyyəsi  98%  təşkil  edir.  Lakin    bu  göstərici  digər  MDB 

dövlətlərindəki  göstəricidən  hələ  də  geridir.  Təhsilin  səviyyəsi  haqqında  son  göstəricilər  1999-cu  ildə  əhalinin 

siyahıya alınmasının nəticələri üzrə toplanmışdır.



Cədvəl: 15-34 yaş həddində əhalinin təhsil səviyyəsi

(1999 ildə əhalinin siyahıya alınma göstəriciləri üzrə)

 

 



 

 

15-19   



 

 

20-24   



 

        25-29

Azərbaycan 

Respublikası  

100  0,8 

99,2  0 


100  0,5 

93,3  6,2 

100 

0,5 


88 

11,5


kişilər 

100  0,8 

99,2  0 

100  0,4 

93,4  6,2 

100 


0,4 

87,3  12,3

qadınlar  

100  0,9 

99,1  0 

100  0,6 

93,1  6,3 

100 


0,7 

88,7  10,6

Abşeron 

İqtisadi zonası  

100  0,8 

99,2  0,0 

100  0,5 

92,9  6,6 

100 

0,4 


89,3  10,3

kişilər 


100  0,8 

99,2  0,0 

100  0,5 

92,4  7,1 

100 

0,4 


88,2  11,4

qadınlar  

100  0,8 

99,2  0,0 

100  0,5 

93,5  6,0 

100 

0,5 


90,2  9,3

Gəncə-Qazax 

İqtisadi zonası 

100  0,7 

99,3  0,0 

100  0,4 

94,2  5,4 

100 


0,4 

90,0  9,5

kişilər 

100  0,7 

99,3  0,0 

100  0,4 

94,4  5,2 

100 


0,4 

89,8  9,8

qadınlar  

100  0,7 

99,3  0,0 

100  0,4 

93,9  5,6 

100 


0,5 

90,3  9,3

Şəki-Zaqatala 

İqtisadi zonası 

100  1,3 

98,7  0,0 

100  0,7 

95,1  4,2 

100 

0,6 


92,6  6,8

kişilər 


100  1,2 

98,8  0,0 

100  0,6 

95,2  4,2 

100 

0,5 


92,9  6,6

qadınlar  

100  1,4 

98,6  0,0 

100  0,8 

95,0  4,2 

100 

0,6 


92,4  7,0

Lənkaran 

İqtisadi zonası 

100  0,8 

99,2  0,0 

100  0,5 

97,1  2,3 

100 


0,6 

95,0  4,4

kişilər 

100  0,7 

99,4  0,0 

100  0,4 

96,1  3,6 

100 


0,4 

92,7  6,9

qadınlar  

100  1,0 

99,1  0,0 

100  0,7 

98,2  1,1 

100 


0,9 

97,2  1,9

Quba-Xaçmaz 

İqtisadi zonası 

100  1,4 

98,6  0,0 

100  0,9 

96,1  3,0 

100 

0,7 


94,6  4,6

kişilər 


100  1,5 

98,5  0,0 

100  0,8 

95,9  3,3 

100 

0,5 


94,5  5,0

qadınlar  

100  1,3 

98,7  0,0 

100  1,0 

96,2  2,8 

100 

1,0 


94,8  4,3

Cəmi


İbtidai 

Orta 


Ali 

Cəmi


İbtidai 

Orta 


Ali 

Cəmi


İbtidai 

Orta 


Ali 

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

7

 



 

 

 



15-19   

 

 



20-24   

 

        25-29



Aran 

İqtisadi zonası 

100  0,9 

99,1  0,0 

100  0,7 

95,7  3,7 

100 

0,7 


93,3  6,0

kişilər 


100  0,8 

99,2  0,0 

100  0,6 

95,6  3,8 

100 

0,5 


92,6  6,9

qadınlar  

100  1,0 

99,0  0,0 

100  0,7 

95,7  3,5 

100 

0,9 


94,0  5,1

Yuxarı Qarabax 

İqtisadi zonası 

100  1,8 

98,2  0,0 

100  0,8 

94,6  4,5 

100 


0,9 

89,0  10,1

kişilər 

100  1,8 

98,2  0,0 

 100  0,8 

95,4  3,8 

100 


0,5 

88,8  10,6

qadınlar  

100  1,9 

98,1  0,0 

100  0,9 

93,9  5,2 

100 


1,2 

89,1  9,8

Kəlbəcər-Laçın 

İqtisadi zonası 

100  1,0 

99,1  0,0 

100  0,9 

94,6  4,6 

100 

0,8 


91,1  8,1

kişilər 


100  0,7 

99,3  0,0 

100  0,6 

94,7  4,7 

100 

0,5 


90,2  9,3

qadınlar  

100  1,2 

98,8  0,0 

100  1,2 

94,5  4,4 

100 

1,1 


92,0  7,0

Yuxarı Şirvan  

İqtisadi zonası 

100  1,3 

98,7  0,0 

100  1,3 

96,2  2,6 

100 


1,2 

94,7  4,1

kişilər 

100  1,0 

99,0  0,0 

100  0,7 

95,5  3,9 

100 


0,5 

94,0  5,5

qadınlar  

100  1,6 

98,4  0,0 

100  1,8 

96,7  1,6 

100 


1,9 

95,4  2,8

Naxçıvan 

İqtisadi zonası 

100  0,7 

99,3  0 


100  0,3 

94,4  5,3 

100 

0,4 


90,8  8,8

kişilər 


100  0,7 

99,3  0 


100  0,2 

94,6  5,2 

100 

0,2 


89,9  9,9

qadınlar  

100  0,7 

99,3  0 


100  0,5 

94,2  5,3 

100 

0,5 


91,7  7,8

BMT-nin Uşaq Fondunun göstəricilərinə uyğun olaraq (YUNİSEF) Azərbaycanda 99% kişilər və  96% qadınlar 

savadlıdırlar. Ölkədə ibtidai təhsilin əhatə əmsalı kişilər arasında-93%, qadınlar arasında isə 92% təşkil edir.  Həm 

kişilər, həm də qadınlar üçün ibtidai məktəb siniflərində təhsil alma əmsalı 88%-ə bərabərdir. Orta təhsilin əhatə 

əmsalı Azərbaycanda kişilər üçün 81%, qadınlar üçün isə 79% təşkil edir.

Cəmi


İbtidai 

Orta 


Ali 

Cəmi


İbtidai 

Orta 


Ali 

Cəmi


İbtidai 

Orta 


Ali 

BMT-nin uşaq fondu (UNİCEF)  tərəfindən 2005-ci ildə Azərbaycan əhalisi 

arasında keçirilən sorğunun nəticələri (%) 

Kişilər

Qadınlar

savadlıdırlar

ibtidai təhsilin 

əhatə əmsalı

orta 

məktəblərdə 

dərsə gəlmə 

əmsalı

orta təhsilin 

əhatə dairəsi

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

8

1.2 Kənd və şəhərlərdə orta təhsilin 



mümkünlüyü-müəllimlərin və işlək dövlət 

müəssisələrinin sayı 

Bu gün ölkənin təhsil sistemində 4 541 məktəb fəaliyyət göstərir ki,  onlardan 4 529  - gündüz məktəbləridir. 

Bundan başqa axşam məktəbləri və məhdud imkanlı uşaqlar üçün xüsusi məktəblər də mövcuddur. Bütövlükdə 

respublikamızın məktəblərində 1 600 000 dən cox uşaq təhsil alır. Onların tərbiyyəsi və tədrisi ilə 177 738  təhsil 

işçisi məşğul olur. Ümumtəhsil məktəblərində qadın müəllimlərin ümumi payı, bütün müəllim heyətinin 70-90 %-

ni təşkil edir ki, bunlardan da 87%-i ali təhsillidir. Müəllimlərin sayı azalma meylinə malik olduğundan, (xüsusilə 

regionlarda  ibtidai  təhsil  işçiləri  arasında),  Təhsil  nazirliyinin  təklifi  əsasında  kənd  yerlərində  işləyən  müəllimlər 

üçün Nazirlər Kabineti bir sıra imtiyazlar müəyyən etmişdir. Bu imtiyazlar özünü əmək haqqına əlavələrdə, yaşayış 

sahəsi və ya ev tikilməsi üçün sahənin ayrılmasında əks etdirir. Belə ki, gənc mütəxəssis iş yerinə gəldiyi vaxt ona 

bir  stavka  həcmində  aylıq  əmək    haqqı  ödənilir.  Bundan  başqa,  şərti  maliyyə  vahidinin  10  misli  həcmində  ona 

kommunal xərcləri ödəmək üçün aylıq kompensasiya ödənilir. Əgər müəllim, rayon mərkəzindən 20 km uzaq olan 

məktəbdə işləyirsə, ona sadalananlardan başqa əlavə ödəniş də ödənir. 

Hal-hazırda  respublikada  34  internat  mövcuddur.  O  cümlədən,  özəl  sektor  formalaşır  və  özəl  məktəblər 

fəaliyyət göstərir. Belə özəl məktəblərə Odlar Yurdu Universitetinin nəznində fəaliyyət göstərən Oksford məktəbi, 

müstəqil «Müasir Təhsil kompleksi məktəbi», habelə «XXI əsr» məktəbi aiddirlər. Bundan başqa Beynəlxalq Uni-

versitetin nəznində orta ümumtəhsil məktəbi də mövcuddur. Özəl sektor məktəbləri, Azərbaycan Təhsil nazirliyinin 

təsdiq etdiyi tədris planına uyğun şəkildə işləyirlər. Bununla belə, özəl məktəblər Təhsil nazirliyinin tabeçiliyində 

deyillər. Məsələn, türk litseyləri «Çağ  öyrətim işlətmələri şirkəti» konserninə tabedirlər. Yerli özəl məktəblər maliyyə 

və idarəetmə məsələlərini müstəqil qaydada həll edirlər. Özəl məktəblərdəki təhsilin vəziyyəti isə Təhsil nazirliyinin  

nəzarəti altındadır. Nümunəvi məktəblərə misal olaraq,  Azərbaycan  sektoru arasında Sumqayıt şəhərinin texniki və 

təbii elmlər litseyini, «İstedad» litseyini, təbii-elmi yönümlü Sumqayıt şəhər gimnaziyasını, Bakı şəhərinin 287 saylı 

«Zəkalar» litseyini, Mingəçevir şəhərinin təbii-riyazi və humanitar yönümlü litseyini, rus sektorunun orta məktəbləri 

arasında isə Bakı şəhəri Səbail rayonunun 160 saylı orta məktəbini, Bakı şəhəri Avropa Litseyini və digər orta tədris 

ocaqlarını göstərmək mümkündür. 

İmtahan  fənnləri  üzrə  yüksək  nəticələr  göstərmiş  orta  təhsil  müəssisələri  arsında  kənd  məktəbləri  də 

vardır. Misal üçün, Qəbələ rayonunun Vandam kəndinin 1 saylı orta məktəbini və Tovuz rayonunun Bozalqanlı 

məktəbini göstərmək olar. Qəbul imtahanlarında xüsusilə yüksək göstəriciləri respublikanın müxtəlif regionlarında 

yerləşən özəl türk litseyləri və Bakı şəhərinin Yasamal rayonunun Avropa Litseyi göstərmişdi. 2004-cü ildə qaçqın 

məktəblərini bitirmiş və ali məktəblərə daxil olmaq məqsədi ilə sənəd vermiş abituryenlərin rayonlar üzrə sayı 

aşağıdakı kimidir: 

Ağdam rayonu 1064 nəfər, Fizuli rayonu 892 nəfər, Laçın rayonu 789,  Kəlbəcər rayonu 587, Şuşa, Xocalı və 

Xocavənd rayonlarından ümumilikdə 443, Cəbrail rayonundan 462 nəfər, Zəngilan rayonundan 388, Qubadlı rayo-

nundan 344 nəfər (ümumilikdə 4969 abituriyent),  onlardan 1021 nəfər tələbə olmuşdur (20,55 %) 

  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə