158
Milli ədəbiyyat
Şamil Qurbanov
1934-2004
MA
Y
10
Ə d ə b i y y a t
Müəllimlər [Mətn]
/Ş.Qurbanov.- Bakı: Çaşı-
oğlu, 2003.- 368 s.
Nəriman Nərimanov
[Mətn ]: ömrünün son
illəri /Ş.Qurbanov.- Bakı:
Azərbaycan, 2003.- 376 s.
Şamil Qurbanov [Mətn]:
biblioqrafiya /tərt.
T.İ.Yusifova.- Bakı: Nurlan,
2001.- 100 s.
Məmmədov, S. Ağ saç-
ları ona çox yaraşırdı...:
Şamil müəllim əsl cəsarətli
ziyalı ömrü yaşadı [Mətn]
/S.Məmmədov //Şərq.-
2011.- 29 yanvar.- S. 14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.faxrali.com
Şamil Dünyamalı oğlu Qurbanov
1934-cü il may ayının 10-da Gürcüsta-
nın Bolnisi rayonunun Faxralı kəndində
anadan olmuşdur. 1955-1966-cı illərdə
ADU-nun (indiki BDU) filologiya
fakül-təsinin jurnalistika şöbəsində
təhsil almışdır. Əmək fəaliyyətinə
“Azərbaycan məktəbi” jurnalı redaksi-
yasında ədəbi işçi kimi başlamışdır. Bir
müddət universitetin Jurnalistika kafed-
rasında laborant işləmiş, sonra aspiran-
turaya daxil olmuş və 1965-ci ildə filo-
logiya elmləri namizədi adını almışdır.
1968-ci ildə yenidən universitetə qayıt-
mış və Azərbaycan dili və onun tədrisi
metodikası kafedrasında dosent işləmiş,
Azərbaycan dilindən dərs demişdir.
1971-ci ildə Rus ədəbiyyatı tarixi
kafedrasında rus ədəbiyyatından müha-
zirə oxumağa başlamışdır. 1973-cü
ildən Türk və Şərqi slavyan xalqları
ədəbiyyatı kafedrasında (o zaman SSRİ
xalqları ədəbiyyatı kafedrası adlanırdı)
dosent, professor işləmişdir.
1975-ci ildə doktorluq dissertasiyası
müdafiə etmişdir.
1989-cu ildən ömrünün sonunadək
filologiya fakültəsinin Türk və Şərqi
slavyan xalqları ədəbiyyatı şöbəsinin
müdiri olmuşdur.
Şamil Qurbanov Azərbaycan ədə-
biyyatında yeni səhifələr açmış, indiyə
qədər məlum olmayan və ya az məlum
olan şəxsiyyətləri üzə çıxarmışdır. Bun-
lardan Hüseyn Minasazov, Rəhimbəy
Məlikov, Məmməd Qarayev, Həmzətbəy
Qəbulov, Şirvanski, Sona xanım Axun-
dova, Kərim Yaycılı və başqaları.
Onun Əlibəy Hüseynzadə, Əhmədbəy
Ağaoğlu, M.Ə.Rəsulzadə haqqında da
dərin tədqiqat əsərləri vardır. Ən böyük
ədəbi xidməti Ömər Faiq Nemanzadə
və Şeyx Cəmaləddin Əfqani haqqında
tədqiqatlarıdır.
O, 22 kitabın, 300-dən çox məqalənin
müəllifidir. Məqalələri İran, İraq,
Türkiyə, Gürcüstan və s. ölkələrdə çap
olunmuşdur.
1995 və 2000-ci ildə majoritar yol-
la Bakı şəhərinin Nizami rayonundakı
12 saylı seçki dairəsindən Milli Məclisə
deputat seçilmişdir.
Ədəbi yaradıcılığa 1960-cı ildə
“Azərbaycan məktəbi” jurnalında çı-
xan “N.Vəzirovun yaradıcılığında
təlim-tərbiyə məsələləri” məqaləsi
ilə başlamış və dövri mətbuatda mün-
təzəm çıxış etmişdir. Ali məktəb
tələbələri üçün yazılmış “Rus sovet
ədəbiyyatı tarixi” (Bakı: Maarif, 1976)
dərsliyinin müəlliflərindən biri ol-
muşdur. Hüseyn Minasazovun, Ömər
Faiq Nemanzadənin və Rəhimbəy
Məlikovun seçilmiş əsərlərini tərtib və
nəşr etdirmişdir.
Şamil Qurbanov 2004-cü il yanvar
ayının 16-da vəfat etmişdir.
Dostları ilə paylaş: