Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə201/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   197   198   199   200   201   202   203   204   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/Hikmət Ziya.- Bakı: 

Azərnəşr, 1992.- 295 s.

Təmsillər [Mətn] 

/H.Ziya.- Bakı: Gənclik, 

1985.- 144 s.

Krılov, İ.A. Təmsillər 

[Mətn] /İ.A.Krılov; tərc. 

H.Ziya.- Bakı: Gənclik, 

1982.- 80 s.

Əhmədov, T. Hikmət 

Ziya [Mətn] /T.Əhmədov        

//Azərbaycan yazıçıları 

(XX-XXI yüzillikdə): 

ensiklopedik məlumat ki-

tabı.- Bakı, 2011.- S.412. 

Fərəcov, S. Mahir 

təmsil ustası: Hikmət 

Ziya [Mətn] /S.Fərəcov          

//Mədəniyyət.- 2011.- 13 

may.- S. 13. 

Məmmədov, M. 

Hikmət Ziya [Mətn] 

/M.Məmmədov                 

//Mədəni-maarif.- 2009.- 

№7.- S.55. 

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

www.kinozal.az  

13

Şair, tərcüməçi


160

Milli ədəbiyyat

130 

illiyi

Salman Mümtaz

1884-1937 

MA

Y

 Salman Məmmədəmin oğlu Əsgərov 

(Salman  Mümtaz)  1884-cü  il  may  ayı-

nın 20-də Nuxa (indiki Şəki) şəhərində 

anadan olmuşdur. 

Kiçik yaşlarında ailəsi ilə birlikdə Orta 

Asiyanın  Aşqabad şəhərinə köçmüş, ib-

tidai təhsilini Xalxallı Mirzə Əsədullanın 

məktəbində  almışdır.  Ərəb,  fars  və 

urdu  dillərini  mükəmməl  öyrənmişdir. 

Onda,  klassik  Şərq  ədəbiyyatını  topla-

yıb  nəşr  etməyə  güclü  həvəs  oyanmış-

dır. Ticarətlə  məşğul  olsa  da,  Zaqafqa-

ziyanın  ictimai  mədəni  həyatı  ilə  ciddi 

maraqlanmış, burada çıxan qəzet və jur-

nalların,  xüsusən  “Molla  Nəsrəddin”in 

Türküstan, Ural və Sibir üzrə müvəkkili 

olmuş,  gülgü-satirik  məcmuənin  geniş 

yayılmasına çalışmışdır. 

1908-1909-cu illərdə “Molla Nəsrəd-

din”, “Zənbur”, “Tuti”, “Qardaş kömə-

yi”  jurnallarında,  “Günəş”,  “Səda”, 

“Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq 

söz” və s. qəzetlərində onun külli miq-

darda satirik şeiri, məqaləsi, məktubu və 

mənzum felyetonu dərc olunmuşdur. 

1918-ci ildə Bakı şəhərinə köçmüş və 

klassik ədəbi irsi toplayıb nəşr və tədqiq 

etməklə məşğul olmuşdur.  

1920-1930-cu  illərdə  Bakı  dövri 

mətbuatı  -  “Füqəra  füyuzatı”,  “Kom-

munist”,  “Maarif  və  mədəniyyət”, 

“Azərbaycanı  öyrənmə  yolu”  qəzet 

və  jurnalları  ilə  əməkdaşlıq  etmişdir. 

“Azərbaycan  ədəbiyyatı”  seriyasından 

“Ağa Məsih Şirvani”, “Molla Pənah Va-

qif”, “Nişat Şirvani”, “Qövsi”, “Qasım 

bəy Zakir”, “Mirzə Şəfi Vazeh” və s. ki-

tablarını nəşr etdirmişdir. 

1927-1928-ci  illərdə  Azərbaycan 

Dövlət  nəşriyyatında  Klassik  irs 

şöbəsinin  müdiri  işlədiyi  zaman  “Baba 

bəy  Şakir”,  “El  şairləri”  (iki  cilddə), 

“Aşıq  Abdulla”,  “Mehdi  bəy  Şəqaqi”, 

“Ağa  Bağır  Şirvani”,  “Mirzə  Nəsrulla 

bəy  Didə”  kitablarını  müqəddimə  və 

şərhlərlə nəfis şəkildə çap etdirmişdir. 

1926-1936-cı  illərdə  Azərbaycan 

Dövlət Muzeyində, sonralar SSRİ Elmlər 

Akademiyasının  Azərbaycan  Filialının 

Tarix, Dil, Ədəbiyyat və Sənət İnstitutun-

da  baş elmi işçi, kapitalizm dövrünədək  

Azərbaycan  ədəbiyyatı  bölməsinin  

rəhbəri,  Klassik  irs  söbəsinin  müdiri, 

elmi işçi vəzifələrində işləmişdir. 

1934-cü  ildə  Sovet  Yazıçıları-

nın  Birinci  Ümumittifaq  qurultayına  

nümayəndə seçilmişdir. 

1937-ci il oktyabr ayının 8-də,  cəza 

tədbirləri  dövründə  siyasi  dustaq  kimi 

həbs  edilmiş,  barəsində  ölüm  hökmü 

çıxarılmış və  1937-ci ildə (1941-ci ilin 

21 dekabrında) ölüm hökmü yerinə yeti-

rilmişdir. 1956-cı il noyabr ayının 16-da 

ölümündən sonra bəraət qazanmış, haq-

qında  olan  ittihamnamə  ləğv  olunmuş-

dur.

Salman Mümtazın yaradıcılığı ümum-



milli  lider  Heydər  Əliyev  tərəfindən 

yüksək qiymətləndirmiş və 13 sentyabr 

1996-cı  il  tarixli  Sərəncamı  ilə  Dövlət 

Ədəbiyyat və İncəsənət Arxivinə ədibin 

adı verilmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin