Ə d ə b i y y a t
Kazımzadə, A. Azərbaycan
kinosu: 1898-2002 [Mətn]:
2 сilddə /A.Kazımzadə;
Azərb. Resp. Mədəniyyət
Nazirliyi; elmi red.:
İ.Rəhimli, A.Salayev.- Bakı:
Nağıl evi, 2003.- C.1.-
239 s.
Ə d ə b i y y a t
Qaraca, B. Havada, qu-
ruda, dənizdə... : 5 avqust
Azərbaycan Hərbi Dəniz
Qüvvələrinin yaranma gü-
nüdür [Mətn] /B.Qaraca
//Azərbaycan.- 2013.- 4
avqust.- S.1.
www.anl.az
www.az.wikipedia.org
2
“Qars”, “Ərdahan” qayıqları, “Ast-
rabad”, “Göytəpə” poçt gəmiləri,
“Araz” hidroqrafik gəmisi və “Ba-
yıl” liman daşıyıcı gəmisindən ibarət
Azərbaycanın hərbi dəniz donanması
1918-ci ildə yaradılmışdır. Daha son-
ra Bakını tərk edən ingilis əsgərləri
özlərinin döyüş gəmilərinin və yar-
dımçı üzgüçü vasitələrinin bir hissəsini
Azərbaycana vermişlər. Demokratik
cümhuriyyətin süqutundan sonra do-
nanma Sovet Azərbaycanının Qırmızı
donanması adlandırılmış və 1920-ci
ilin yayında bu donanma Xəzər Dəniz
Qüvvələrinin tərkibinə daxil olunmuş-
dur.
Keçmiş SSRİ-nin Qırmızı bayraqlı
Xəzər Donanmasının Bakı və Mosk-
va arasında bölünməsi 1992-ci ildə
həyata keçirilmişdir. Hərbi gəmilərin
Azərbaycanın
balansına
qəbul
edilməsində HDQ-nın keçmiş koman-
danı, kontr-admiral Rafik Əsgərov
mühüm rol oynamışdır. 1992-ci ilin
iyul ayında Azərbaycan hərbi gəmiləri
ölkəmizin bayrağı altında reydə çıx-
mışlar. Hazırda Azərbaycanın Hərbi
Dəniz Qüvvələrinin şəxsi heyətinin
sayı 3000 nəfərdən çoxdur.
1996-cı ildə Ali Hərbi Dənizçilik
Məktəbi əsasında Dəniz Akademiyası
təşkil olunmuş və həmin ildə ulu öndər
Heydər Əliyevin fərmanı əsasında 5
avqust tarixi - Azərbaycanda Hərbi-
Dəniz Qüvvələri Günü kimi qeyd
olunmuşdur.
Dostları ilə paylaş: |