Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə312/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   308   309   310   311   312   313   314   315   ...   507
Ə d ə b i y y a t

Altıağac Milli Parkı [Mətn] //Azsərbaycan Milli Ensiklopediyası : Azərbaycan.- Bakı, 2007.- S.81. 

Azərbaycan Respublikasının Altıağac Milli Parkının yaradılması haqqında: Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı, 31 avqust 2004-cü il [Mətn] //Azərbaycan.- 2004.- 4avqust.- S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.azecology.az


254

Tarixdə bu gün

Qubadlı rayonunun 

işğalı günü

1993

AVQUST

Qubadlı rayonunun 31 avqust 1993-

cü il tarixində ermənilər tərəfindən iş-

ğalından artıq 21 il ötür.

Qubadlı  rayonu  1933-cü  ildə  ya-

radılmışdır.  İnzibati  mərkəzi  Qubadlı 

şəhəridir.  İnzibati  bölgüsünə  1  şəhər, 

93  kənd,  31  inzibati-ərazi  dairəsi  aid 

idi.  Qubadlı  rayonu  şimaldan  Laçın, 

cənubdan Zəngilan, şərqdən Xocavənd 

və  Cəbrayıl  rayonları,  qərbdən 

Ermənistanla həmsərhəddir.

Qubadlının iqtisadiyyatının əsasını 

taxılçılıq,  heyvandarlıq,  tütünçülük, 

baramaçılıq və üzümçülük təşkil etmiş-

dir. Rayonda 27-si  mexanikiləşdirilmiş 

olan 31 süd-əmtəə ferması mövcud ol-

muşdur.  Rayonda  üzümün  ilkin  ema-

lı üzrə 2 zavod fəaliyyət göstərmişdi. 

Tam  gücü  ilə  işləyən  asfalt  zavodu 

təkcə  Qubadlıya  deyil,  eyni  zamanda 

qonşu  rayonlara  da  xidmət  etmişdir. 

Daş karxanası və mərmər sexi əhalinin 

tələbatını əsaslı şəkildə ödəmişdi. Qu-

badlıda  21  rabitə  müəssisəsi  var  idi. 

8  avtomat  stansiyası  quraşdırılmışdı. 

1950 nömrəlik həmin stansiyalar gecə-

gündüz xalqın xidmətində dururdu.

Ümumiyyətlə,  Qubadlı  rayonun-

da  62  idarə  və  müəssisə  fəaliyyət 

göstərmişdir.

Rayonun 33 səhiyyə müəssisəsində 

56 həkim və 511 orta tibb işçisi fəaliyyət 

göstərirdi. 4 xəstəxana, 5 həkim ambu-

latoriyası, 54 feldşer-mama məntəqəsi, 

4  əczaxana  əhalinin  sağlamlığının 

keşiyində durmuşdu. Rayon gigiyena-

epidemiologiya mərkəzi və profilaktik 

dezinfeksiya şöbəsi yüksək səviyyədə 

iş aparırdı.

Erməni  işğalçıları  Qubadlıda  94 

kənd və qəsəbəni, 205 mədəni-məişət 

obyektini,  12  tarixi  abidəni  yandır-

mış və talan etmişlər. İşğala qədər 33 

800  nəfər  əhalisi  olan  Qubadlıda  21 

orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 

7  məktəbəqədər  təhsil  müəssisəsi 

fəaliyyət  göstərir,  bu  təlim-tərbiyə 

və  təhsil  müəssisələrində  1280  nəfər 

müəllim  çalışırdı.  Qubadlının  işğa-

lı  zamanı  ermənilər  5  mindən  çox 

nadir  eksponat  saxlanılan  Qubadlı 

Tarix-diyarşünaslıq Muzeyini də talan 

etmişlər. 

IV  əsrə  aid  “Gavur  dərəsi”ndəki 

ibadətgah,  5-ci  əsrə  aid  “Qalalı”  və 

“Göyqala” abidələri, 14-cü əsrdə tikil-

miş “Dəmirçilər” türbəsi, Hacı Bədəl 

körpüsü,  Laləzar  körpüsü,  eləcə  də 

Əyin,  Yusifbəyli,  Seytas,  Qarağaclı, 

Xocamsaxlı kəndlərindəki digər tarixi 

abidələr hazırda işğal altındadır.

Rayonda 111 mədəni-maarif müəs-

sisəsi,  o  cümlədən  60  kitabxana,  10 

mədəniyyət  evi  və  28  klub,  6  avto-

klub olmuşdur. Qubadlı uğrunda gedən 

döyüşlərdə 54 nəfər şəhid olmuş, Qa-

rabağ  müharibəsində  isə  Qubadlının 

ümumilikdə  232  sakini  şəhid,  146-sı 

əlil olmuşdur.

20 ildir ki, rayonun 30 min əhalisi 

məcburi köçkün həyatı yaşayır.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin