Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə309/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   305   306   307   308   309   310   311   312   ...   507
    Bu səhifədəki naviqasiya:
  • AVQUST
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.files.preslib.az


251

Tarixdə bu gün

Füzuli rayonunun 

işğalı

1993                              

 

AVQUST

23 avqust 1993-cü ildə ümumi sahəsi 1386 

km² 

hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 

kənd)  125368  hektar  ərazinin  erməni  bədxahları 

tərəfindən işğal olunmasından 21 il ötür.

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin 

adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu 

ildə yenidən təşkil olunmuş və Qaryagin adlandı-

rılmışdır.  1959-cu  ilin  aprelində  böyük  şairimiz 

Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi 

şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli 

rayonu adlandırılmışdır.

Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu 

ərazisində  müxtəlif  dövrlərdə  Qaraköpəktəpədə, 

Qarabulaq  kurqanlarında,  Günəştəpədə,  Quruçay 

sahillərində  və  digər  yerlərdə  tədqiqatlar  apa-

rılmış,  Azərbaycanın  qədim  kökə  sahib  olduğu 

sübut  edilmişdir.  1968-ci  ilin  yayında  mərhum 

arxeoloq-alim  Məmmədəli  Hüseynov  tərəfindən 

aşkar  olunmuş  preneandertal  –  Azıxantrop  ada-

mının alt çənəsinin sümükləri rayon mərkəzindən  

15 km aralı məsafədə yerləşən Azıx mağarasında 

tapılmışdır. Azərbaycan  arxeologiya  elminin  bö-

yük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli 

ərazisində vaxtilə qədim paleolit dövrünün möv-

cudluğunu aşkarlamışdı.

İşğaldan  əvvəl  rayonda  1  şəhər,  1  şəhər  tipli 

qəsəbə, 75 kənd, 70 kitabxana, 20 mədəniyyət evi, 

45 klub, xalq və dövlət dram teatrları, 685 çarpa-

yılıq  13  xəstəxana,  40  feldşer-mama  məntəqəsi, 

vərəm və dəri - zöhrəvi xəstəlikləri dispanseri, 20 

kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 

məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kol-

xoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər 

var idi.


Məhsuldarlıq baxımından kənd təsərrüfatına ya-

rarlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri 

olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, 

qoyunçuluq,  quşçuluq,  baramaçılıq  geniş  inkişaf 

etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, tikinti tresti, 

6  nəqliyyat  təşkilatı,  13  sənaye  müəssisəsi  və  s. 

fəaliyyət göstərirdi.

1988-ci ildən başlayan erməni təcavüzünə qar-

şı  mübarizədə  minlərlə  füzuli  sakini  döyüşmüş, 

yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düş-

müşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox 

itkin və şəhid verən Füzuli rayonunun əhalisi ol-

muşdur.  Füzulinin  1100-dən  çox  şəhid  və  itkini, 

113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.  

Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər 

uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qal-

mışdır. Müharibənin əsas ağırlığını Qacar, Divan-

nalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, 

Üçbulaq,  Arış,  Qoçəhmədli,  Cuvarlı,  Güzdək, 

Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, 

Xələfşə, Mollavəli kəndlərinin əhalisi  çəkmişlər. 

Hazırda 51 kənd və rayon mərkəzi erməni tapda-

ğı altında zillət çəkir, 55 min nəfərə yaxın füzulili 

köçkün həyatı yaşayır.

Rayonun  işğaldan  azad  olunmuş  ərazisində 

13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si 

işğaldan  azad  olunmuş  ərazidə  yeni  salınmış  və 

məcburi  köçkün  ailələri  müvəqqəti  olaraq  bura-

da yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər 

məcburi köçkün məskunlaşmışdır.

2006-2009-cu  illər  ərzində  rayonun  35  000 

hektardan artıq ərazisi ermənilər tərəfindən yandı-

rılmışdır.

Ümid edirik ki, işğal olunmuş torpaqlarımız ya-

xın zamanlarda erməni zülmündən azad ediləcək. 

Minlərlə  köçkün  öz  yurd-yuvalarına  qayıdacaq-

dır. O gün gələcək  ki, Füzuli rayonu yenidən öz 

əvvəlki qüdrətini, əzəmətini bərqərar edəcək.  




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin