Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə310/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   306   307   308   309   310   311   312   313   ...   507
23

Ərazisi: 1386 

• 

km² 

Əhalisi: 105000

• 

125368 hektar ərazisi işğal olunub

• 

İşğal tarixi: 23.08.1993

• 


252

AVQUST

23

Tarixdə bu gün

500 

illiyi

Çaldıran döyüşü

1514

İYUL

Çaldıran döyüşü - Səfəvilər və Osmanlılar ara-

sında 1514-cü il avqustun 23-də Çaldıran düzündə 

(Maku şəhəri yaxınlığında) baş vermişdir.

Ağqoyunluların  süqutundan  sonra  Səfəvilər 

qısa  zamanda  tarixi  Azərbaycan  torpaqlarını  və 

ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib, 

Asiyanın bir hissəsini, Xorasan və İraq kimi va-

cib  regionları  da  özlərinə  tabe  etdilər.  Qısa  za-

manda bu cür yüksəliş Səfəvilər dövlətinin Qərb 

sərhədlərində  yerləşmiş  və  sürətlə  böyüməkdə 

olan başqa bir türk mənşəli sülalənin maraqlarına 

zidd idi.

Hələ  Səfəvilərin  Ərdə

bil  hakimliyi 

dövründə 

onların  hakimiyyətə  gəlmələrində,  hərbi-siyasi 

qüvvə  kimi  meydana  çıxmalarında  Anadoludakı 

türk-qızılbaş tayfaları çox mühüm rol oynamışdı-

lar. Səfəvilərlə sıx əlaqəsi olan bu tayfalar Osmanlı 

ərazisində böyük təhlükə idi. Səfəvilərlə müharibə 

təqdirində Osmanlı imperiyası ərazisində yaşayan 

qızılbaşların arxada üsyan qaldıracağından çəkinən 

Sultan I Səlim (1512-1520) onlardan təqribən 40 

minini  edam  və  sürgün  etdirdi.  Beləliklə,  özünə 

arxadan müdafiəni təmin etdi.

Döyüşün  baş  tutmasında  Səfəvi  hökmdarı  I 

Şah  İsmayıl  və  Osmanlı  sultanı  I  Səlimin  bir-

birlərinə bəslədikləri münasibətlər də rol oynamış-

dır. Sultan II Bayazid Osmanlının genişlənməsinə 

çox  da  çalışmır,  ölkənin  daha  çox  mədəni  inki-

şafına  fikir  verirdi.  Ona  görə  də  Şərqdə  sürətlə 

güclənən  Səfəvilər  onun  üçün  təhlükəli  görün-

mürdü,  əksinə  gözəl  şair  olan  I  Şah  İsmayıl  və 

mədəniyyətə  böyük  maraq  göstərən  II  Bayazid 

arasında  isti  münasibətlər  formalaşmış,  1504-cü 

ildə isə Səfəviləri bir dövlət kimi tanımışdı. II Ba-

yazid həyatda ola-ola özündən böyük qardaşlarını 

öldürməklə hakimiyyətə gələn Bəyazidin üçüncü 

oğlu  sultan  I  Səlim  isə  ölkənin  coğrafi  cəhətdən 

genişlənməsini, babası Fateh Sultan Məhəmmədin 

yolunu  davam  etdirmək  istəyirdi.  Belə  olan  hal-

da I Səlim və I İsmayıl arasında münasibətlər çox 

kəskin  idi  və  bir-birlərinə  göndərdikləri  söyüşlü 

məktublar da  bunu təsdiqləyirdi.

Təqribən 300 top, tüfənglə silahlanmış yeniçəri 

dəstələri və s. qoşun növlərindən ibarət Osmanlı 

ordusu avqust ayında Səfəvilər dövlətinin ərazisinə 

soxuldu. Avqustun 23-də baş verən döyüşdə hər iki 

tərəf ağır itikiyə məruz qaldı. Osmanlı ordusunun 

sağ cinahında Anadolu bəylərbəyisi Sinan paşa, sol 

cinahında isə Rumeli bəylərbəyisi Həsən paşa ko-

mandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış top-

lar və yeniçəri dəstələri mərkəzdə yerləşdirilmişdi. 

Heç bir odlu silahı və topu olmayan qızılbaş ordu-

su sayca osmanlılardan xeyli az idi. Müharibəyə 

kifayət qədər hazırlaşmayan I Şah İsmayıl yaxın 

adamlarının  məsləhətinə  baxmayaraq,  düşməni 

qəflətən yaxalayaraq məğlubiyyətə uğratmaq üçün 

gözlənilmədən  hücum  etməkdən  boyun  qaçırdı. 

Səfəvi ordusunun sağ cinahında Durmuş xan Şam-

lı,  sol  cinahında  isə  Məhəmməd  xan  Ustaclı  ko-

mandanlıq edirdi. I Şah İsmayıl təkbətək döyüşdə 

Osmanlı pəhlivanı Əlibəy Məlquc oğlunu qılınc-

dan keçirdi. Lakin Osmanlı piyadasını geri oturdan 

qızılbaş süvarisi düşmən toplarının atəşinə məruz 

qaldı. Yaralanmış  I  Şah  İsmayıl  ölkənin  daxilinə 

doğru  çəkildi.  Məğlubiyyətə  uğrayan  qızılbaşlar 

Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn 

bəy Lələ Şamlı, Xadim bəy Xülafə, osmanlılar isə 

Həsən paşa, Məlquc oğlu, Üveys bəy, Süleyman 

bəy  kimi  sərkərdələrini  itirdilər.  Hücuma  keçən 

Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutdu.

Lakin  Osmanlı  ordusunda  müharibəni  davam 

etdirmək  əleyhinə  narazı  əhvali-ruhiyyə  yaradıl-

dığından sultan I Səlim Təbrizdə cəmi 6 gün qal-

dıqdan sonra şəhəri tərk etdi. Sultan I Səlim geri 

çəkilərkən bir neçə min sənətkar ailəsini İstanbula 

köçürdü. Döyüşdə həlak olanların sayı barəsində 

mənbələrdə  məlumatlar  ziddiyyətlidir.  Çaldıran-

dakı məğlubiyyət Səfəvilər dövlətinin hərbi-siyasi 

nüfuzuna ağır ziyan vurdu.

Tarix  boyu  düşmən  qabağında  yenilməyən 

türklər  həmişə  daxili  çəkişmələrin  qurbanları 

olublar.  Necə  deyərlər,  türkü  düşmən  deyil,  tür-

kün özü yenib və bu da sonda günümüzdə yaşanan 

faciələrimizə gətirib çıxarıb. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin