259
SENTY
ABR
5
10
Milli ədəbiyyat
70
illiyi
Hidayət Orucov
1944
SENTY
ABR
Hidayət Xuduş oğlu Orucov 1944-
cü il sentyabr ayının 5-də Zəngəzurun
Mığrı bölgəsinin Maralzəmi kəndində
doğulmuşdur. 1963-1968-ci illərdə
ADU-nun (indiki BDU) filologiya
fakültəsində təhsil almışdır.
Bir müddət kənddə müəllim, “So-
vet Ermənistanı” qəzetində ədəbi
işçi işləmiş, 1968-ci ilin iyul ayın-
da C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının direktoru
olmuşdur. Hidayət Orucovun poeziya,
publisistika, nəsr, tərcümə kitabları nəşr
edilmiş, pyesləri İrəvan və Azərbaycan
teatrlarında səhnəyə qoyulmuşdur.
1984-cü ildə Bakıya köçərək
“Gənclik” nəşriyyatının baş redaktor
müavini (mart 1984 - mart 1986), son-
ra baş redaktoru (1986-1992-ci illər)
vəzifələrində işləmişdir. “Gənclik”
nəşriyyatında onun baş redaktor ol-
duğu müddətdə 50 cildlik “Dünya
Uşaq Ədəbiyyatı Kitabxanası”nın
nəşri Azərbaycanın kitab mədəniyyəti
tarixində mühüm bir hadisədir.
Hidayətin təşəbbüsü və rəhbərliyi
ilə 15 cildlik “Azərbaycan folkloru”,
25 cildlik “Macəra və fantastika”, 17
cildlik “SSRİ Xalqları Ədəbiyyatı” ki-
tablarının, bir sıra mühüm seriyaların
nəşrinə də həmin illərdə başlanmışdır.
H.Orucov 150-dən çox məqalənin,
publisist qeydlərin müəllifidir. “Heydər
Əliyev və Azərbaycanda milli siyasət”
monoqrafiyası rus, ingilis, gürcü
dillərində də nəşr olunmuşdur.
Pyesləri hal-hazırda Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrın-
da, Səməd Vurğun adına Azərbaycan
Dövlət Rus Dram Teatrında və başqa
teatrlarda uğurla oynanılır.
Azərbaycan
Yazıçılar
Birliyi
Məclisinin və “Ədəbiyyat qəzeti”nin
redaksiya heyətinin üzvüdür.
1992-1993-cü illərdə Azərbaycan
Respublikası
Prezidentinin
millətlərarası münasibətlər üzrə mü-
şaviri olmuş, 1993-2005-ci illərdə
Azərbaycan
Respublikası
Milli
siyasət məsələləri üzrə Dövlət Müşa-
viri işləmişdir. 2005-2006-cı illərdə
Azərbaycan Respublikası Milli azlıq-
larla və Dini Qurumlarla İş üzrə Dövlət
müşaviri işləmişdir. 25 iyul 2006-cı
ildə Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri vəzifəsinə təyin edilmişdir. 31
may 2012-ci ildə həmin vəzifədən azad
edilmiş, 27 dekabr 2012-ci ildə ona
Azərbaycan Respublikasının fövqəladə
və səlahiyyətli səfir diplomatik rütbəsi
verilmiş və Azərbaycan Respublikası-
nın Qırğız Respublikasında fövqəladə
və səlahiyyətli səfiri təyin edilmişdir.
1970-ci ildə “Əməkdə igidliyə görə”
medalı, 1991-ci ildə “Azərbaycan Res-
publikasının Əməkdar incəsənət xadi-
mi” fəxri adına layiq görülmüşdür. Da-
ğıstan Respublikasının Fəxri Fərmanı,
Çuvaşıstan Respublikasının Paydulla
İskeyev adına Çuvaş Beynəlxalq ədəbi
mükafatı, 2002-ci ildə Gürcüstanın
“Ləyaqət”, 2004-cü ildə Azərbaycanın
“Şöhrət” ordenləri ilə təltif edilmişdir.
Dostları ilə paylaş: