253
10
illiyi
AVQUST
31
Tarixdə bu gün
Altıağac Milli Parkı
2004
Altıağac Milli Parkı Azərbaycan
Respublikası Prezidentinin 365 №-li
Sərəncamı ilə 2004-cü il 31 avqust
tarixində Xızı və Siyəzən rayonlarının
inzibati ərazilərində Altıağac Dövlət
Qoruğu əsasında yaradılmışdır.
Altıağac Milli Parkı 1990-cı ildə
yaradılmış Altıağac Dövlət Təbiət Qo-
ruğu və ona həmsərhəd olan dövlət
meşə fondu torpaqlarının bazasında
yaradılmışdır. Ərazisi 11035 hektar-
dır.
Milli Parkın yaradılmasında əsas
məqsəd Böyük Qafqazın cənub-şərq
yamaclarının təbii landşaftlarının, flo-
ra və fauna növlərinin qorunub saxla-
nılması, bərpası, təbii komplekslərin
mühafizəsinin gücləndirilməsi, eko-
loji monitorinqin həyata keçirilməsi,
eləcə də, tədqiqatlar, turizm və
istirahət (rekreasiya) üçün şəraitin ya-
radılması və əhalinin ekoloji cəhətdən
maarifləndirilməsidir.
Altıağac Milli Parkının adının
mənşəyi məsafə ölçü vahidi olan
“ağac” sözündən götürülmüşdür. Milli
Park Şamaxıdan altı ağac məsafəsində
yerləşdiyindən ona və kəndlərin birinə
Altıağac adı verilmişdir (bir ağac
təqribən 5-6 km-ə bərabərdir).
Milli Parkın ərazisində qonur dağ-
meşə, çürüntülü-karbonatlı dağ-meşə,
qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-
çəmən və s. torpaq tipləri yayılmışdır.
Altıağac Milli Parkının ərazisindən
Ataçay və onun bir sıra kiçik qolları
keçir. Ataçay öz başlanğıcını Dübrar
dağının 1870 metr hündürlüyündən
götürərək, Xəzər dənizinə tökülür.
Suyundan suvarma məqsədləri üçün
istifadə olunur.
Milli Parkın ərazisinin çox hissəsini
meşələr əhatə edir. Buradakı meşələri
əmələ gətirən əsas ağac növləri Qaf-
qaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı,
adi göyrüş, itiyarpaqlı ağcaqayındır.
Ərazidə yemişan, böyürtkən, əzgil,
qaratikan, itburnu kimi kol bitkiləri üs-
tünlük təşkil edir.
Altıağac Milli Parkının ərazisində
məməlilərdən cüyür, qonur ayı, çöl do-
nuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ,
canavar, quşlardan qırqovul, alabaxta,
bildirçin, çobanaldadan, çöl qartalı,
kəklik, qaratoyuq kimi növlərə rast
gəlinir. Burada adları Azərbaycanın
“Qırmızı Kitab”ına daxil edilmiş
qartalkimilərin müxtəlif növləri diqqəti
daha çox cəlb edir.
Altıağac Milli Parkının nəzdində
Vəhşi Təbiətin Bərpası Mərkəzi və Re-
abilitasiya Klinikası fəaliyyət göstərir.
Dostları ilə paylaş: