250
Tarixdə bu gün
Cəbrayıl rayonunun işğalı
1993
AVQUST
Sahəsi: 1049
km²
Əhalisi: 54430
İşğal tarixi: 23.08.1993
1993-cü il avqust ayının 23-də
Cəbrayıl rayonu işğalçı erməni silahlı
qüvvələri tərəfindən zəbt edilmişdir.
1994-cü il Horadiz əməliyyatı
zamanı Milli Ordunun hərbi silah-
lı qüvvələri şəhər mərkəzinə və
Xudafərin körpüsü istiqamətində
irəliləsə də, Cəbrayılın yalnız Cocuq
-Mərcanlı kəndi düşmən işğalından
azad olunmuşdu.
İşğaldan əvvəl rayonda 72 orta
və natamam orta məktəb, 3 musiqi
məktəbi, 12 mədəniyyət evi, 32 klub,
10 mədəni çadır və avtoklub, 78 ki-
tabxana, 3 daimi, 4 səyyar kinoqurğu
fəaliyyət göstərmişdi. Zəngin ekspo-
natları olan tarix-diyarşünaslıq mu-
zeyi olmuşdu. Əhaliyə 210 çarpayılıq
mərkəzi xəstəxana və ümumi çarpayı
sayı 245 yer olan kənd xəstəxanaları,
Dağ Tumas, Quycaq, Balyand
kəndlərində 11 həkim, 52 feldşer -
mama məntəqəsi xidmət göstərirdi.
Cəbrayıl rayonunda respublika
və rayon əhəmiyyətli 120-dək tari-
xi memarlıq abidəsi, qiymətli ağac
növlərindən ibarət meşələr, böyük eh-
tiyata malik yeraltı sərvətlər, qeyri-adi
flora və faunası ilə seçilən Diridağın
özünəməxsus təbiət guşələri, mineral
maddələrlə zəngin su mənbələri erməni
işğalçıları tərəfindən dağıdılaraq məhv
edilmişdir.
Ümumiyyətlə, döyüşlərdə 180,
atəşkəs dövründə isə 16 nəfər həlak
olmuş, 14 nəfər polis, 60 nəfər mül-
ki şəxs dünyasını dəyişmiş, 90 nəfərə
yaxın isə əsir və itkin düşmüşdür.
Cəbrayıllılar içərisində 180 nəfərə ya-
xın Qarabağ müharibəsi əlili statusu
almış, 6 nəfər isə “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görül-
müşdür. Cəbrayıllılar arasında 351
nəfər şəhid ailəsi var.
2006-2007-ci illər ərzində erməni
işğalçıları tərəfindən rayonun 16 min
hektardan artıq ərazisində yanğınlar
törədilmişdir.
Ölkənin 58 bölgəsinə səpələnən
cəbrayıllılar daha çox Beyləqan, İmiş-
li, Sabirabad, Saatlı, Biləsuvar rayon-
larında məskunlaşmışlar.
Biz inanırıq ki, qələbə uzaqda de-
yil. Ali baş komandanın yürütdüyü
uzaqgörən siyasət, apardığı danışıq-
lar nəticəsində torpaqlarımız işğaldan
azad olacaq, bütün həmvətənlərimiz
öz yurd-yuvalarına dönəcəklər.
Dostları ilə paylaş: |