276
Ə d ə b i y y a t
Abdullayev, R. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli inkişafına xidmət edir [Mətn] /R.Abdullayev
//Respublika.-2011.- 20 sentyabr.- S.6.
Abdullayev, R.Neftçilər Vətənimizin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacaqlar [Mətn] /R.Abdullayev //Xalq qəzeti.- 2011.- 20
sentyabr.- S.8.
Neftçilərin bayramı [Mətn] //Olaylar.- 2011.- 20 sentyabr.- S.4.
Tarixdə bu gün
Neftçilər Günü
1994
SENTY
ABR
Neftçilər Günü 1994-cü il sentyabr ayının 20-si
müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi,
mühüm bir gün oldu. Həmin gün xalqımızın ümum-
milli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlan-
mış və bütün dünyada “Əsrin müqaviləsi” adı ilə
tanınmış neft kontraktları imzalandı. Bu kontrakt-
lar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin
şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6
ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft
şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı.
Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın
əsasını qoydu, xarici sərmayədarların Azərbaycana
axınını sürətləndirdi. “Əsrin müqaviləsi” həm də
Azərbaycanda yeni neft-qaz kontraktlarının bağ-
lanmasına güclü təkan verdi. 1997-ci il noyabr
ayının 12-də “Çıraq-1” platformasında, 2005-ci
ilin fevralında isə “Azəri-Çıraq-Günəşli” yataqla-
rının Mərkəzi Azəri hissəsində ilkin neftin hasila-
tına başlandı.
“Əsrin müqaviləsi”nə ilkin qoşulan şirkətlər
bunlardır: “AMOKO”, “Yunokal”, “Pennzoyl”
(ABŞ), “Britiş Petroleum”, “Remko” (Bö-
yük Britaniya), “Statoyl” (Norveç), “LUKoyl”
(Rusiya), “Türk Petrolları” (Türkiyə), “Delta”
(Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə
“İtoçu” (Yaponiya), “Ekson”, “Amerada Hess”
(ABŞ) şirkətləri də qoşuldu. Azərbaycan Res-
publikasının Milli Məclisində ratifikasiya olun-
duqdan dərhal sonra neft-qaz əməliyyatlarının
idarə edilməsi və əlaqələndirilməsi məqsədi
ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
(ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyası-
nın əsas istiqamətlərindən biri Azərbaycan nefti-
nin və qazının dünya bazarına nəql edilməsindən
ibarətdir. Bu sahədə “Bakı-Tbilisi-Ceyhan”
Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanma-
sı və reallığa çevrilməsi mühüm rol oynayır. Bu
layihənin də baş memarı, onun bünövrəsini qo-
yan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən
cənab Heydər Əliyev olmuşdur. 1998-ci ildə
Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan
Prezidentləri “Bakı-Tbilisi-Ceyhan” ” Əsas İxrac
Boru Kəmərinin inşa edilməsi haqqında ilk sazış
imzaladılar. ATƏT-in İstanbul sammitində (1999,
18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı
ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə
prezidentləri tərəfindən layihənin dəstəklənməsinə
və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş
İstanbul Bəyannaməsi imzalandı. 2002-ci il av-
qustun 18-də Sənqəçal terminalında “Bakı-Tbilisi-
Ceyhan” Əsas İxrac Boru Kəmərinin təməli
qoyuldu. Bu böyük layihə artıq reallığa çevril-
mişdir. “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru
Kəməri dünyada bənzəri olmayan mühəndis qur-
ğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin
əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan
kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri
Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən
keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 mil-
yon barrel xam neft ötürmək qabiliyyətindədir.
Ümummilli lider Heydər Əliyevin bu layihənin
gerçəkləşdirilməsində
əvəzsiz
xidmətləri
qiymətləndirilərək “Bakı- Tbilisi-Ceyhan” Əsas
İxrac Boru Kəmərinə onun adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərmanı
ilə hər il sentyabr ayının 20-si Neftçilər Günü kimi
qeyd olunur.
Dostları ilə paylaş: |