274
Ə d ə b i y y a t
Təhsilin inkişafında qəzetin
rolu [ Mətn] //Azərbaycan
müəllimi.- 2009.- 4 sentyabr.
Kərimova, S.“Azərbaycan
müəllimi” qəzetinin 80 yaşı
tamam olur: Bu illər ərzində
qəzet şərəfli bir inkişaf yolu
keçib [Mətn] /S. Kərimova
//Azərbaycan müəllimi.-
2013.- 18 oktyabr.- S.4.
İ n t e r n e t d ə
www.anl.az
www.edu.gov.az
az.wikipedia.org/
www.muallim.edu.az
Tarixdə bu gün
80
illiyi
“Azərbaycan müəllimi” qəzeti
1934
SENTY
ABR
1934-cü il sentyabr ayının 2-də
Azərbaycan Respublikasının mətbu
orqanları sırasına daha bir qəzetin
adı yazıldı: “Kommunist maarifi”.
Qəzetin nəşrində başlıca məqsəd ge-
niş maariflənmə proqramlarının həyata
keçirilməsinə kömək etmək, qazanıl-
mış uğurları təbliğ etmək, vəzifələri
həyata keçirmək yollarını göstərmək
idi. Qəzetin əməkdaşları “Əkinçi” ilə
başlanan milli mətbuatın ümumxalq
qəzeti olmaq ənənəsini davam və in-
kişaf etdirirdilər. Azərbaycan xalqı-
nın maariflənməsi, təhsil şəbəkəsinin
genişlənməsi, milli elmi-pedaqoji
kadrların hazırlanması kimi fəaliyyət
istiqamətlərini əhatə edən maarif
cəbhəsi, əslində, ziyalıların sahəsi
idi. Dörd il “Kommunist maarifi” adı
ilə nəşr olunan qəzet 1938-ci ildən
“Müəllim qəzeti” adı ilə abunə ka-
taloquna daxil edildi. Böyük Vətən
müharibəsi başlananadək Azərbaycan
məktəb tarixi, Azərbaycan maari-
fi, Azərbaycan müəllimləri ilə bağlı
müxtəlif janrlı yazılar dərc edən qəzet
nəşrini dayandırdı.
1946-cı ilin aprelindən qəzet yenidən
“Azərbaycan müəllimi” adı ilə nəşrə
başladı.
Zəngin təbiəti, yeraltı və yerüs-
tü sərvətləri ilə seçilən respublika-
da təhsil müəssisələrinin şəbəkəsi
genişlənir, yeni tədris binaları, əlavə
otaqlar inşa olunur, ayrı-ayrı rayon və
şəhərlərdə elmi-pedaqoji konfranslar
keçirilir, ayrı-ayrı məktəblərdə çalışan
müəllimlər yaradıcı işləri ilə tanınırdı-
lar.
“Azərbaycan müəllimi” bu nailiyyət-
ləri əks etdirən müxtəlif janrlı məqalələr
dərc edirdi. Bu gün Azərbaycanda pe-
daqoji və psixoloji, filoloji və başqa
elmlər sahəsində tanınmış alimlər üçün
qəzet ilk tribuna, onları ictimaiyyətə ta-
nıtmaqda bir vasitə olmuşdur.
“Azərbaycan müəllimi” qəzetində
akademik Mehdi Mehdizadə, görkəmli
alimlər Əhməd Seyidzadə, Mərdan
Muradxanov, Şövqi Ağayev, Nurəddin
Kazımov, Zahid Qaralov, Bəşir
Əhmədov, Misir Mərdanov, Əliheydər
Həşimov, Yəhya Kərimov, Əziz
Əfəndizadə, Hüseyn Əhmədov, Əkbər
Bayramov, Əbdül Əlizadə, Əjdər Ağa-
yev, xalq müəllimləri Zahid Şöyübov,
İsrafil Şükürov, əmək qəhrəmanları
Məsmə Atakişiyeva, Zərbəli Səmədov,
Məhər Quliyev, İsa Məmmədov və
başqaları çıxış ediblər. Bu insanların
müxtəlif məsələlər haqqında fikir və
mülahizələrinin geniş ictimaiyyətə çat-
dırılmasında “Azərbaycan müəllimi”
əhəmiyyətli rol oynayıb.
Müxtəlif illərdə qəzetə - Rüstəm Hü-
seynov, Ağəli Bədəlov, Mirabbas Asla-
nov, Şahin Səfərov, Məhəmməd Bahar-
lı rəhbərlik etmişlər. Qəzetin hazırkı
baş redaktoru Bayram Hüseynzadədir.
Qəzetin
yaradıcı
heyətinin
peşəkarlıq
səviyyəsi
də
xeyli
yüksəlmişdir. Hazırda qəzetin redak-
siyasında iki nəfər Azərbaycan Res-
publikasının Əməkdar jurnalisti çalışır,
kollektivin bir neçə üzvü “Tərəqqi”
medalına layiq görülüb. Bütün bunla-
rın nəticəsidir ki, hazırda “Azərbaycan
müəllimi” qəzeti ölkədə ən yüksək ti-
rajla nəşr olunan mətbu orqanlardan
biridir.
2