Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə335/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   331   332   333   334   335   336   337   338   ...   507
275

Ə d ə b i y y a t

Xəlilzadə, F. Əbədi 

şöhrətin işığı [Mətn] /Flora 

Xəlilzadə //Mədəni həyat.- 

2012.- №9.- S.5-8.

Qocayev, Ə. 18 sentyabr - 

Milli Musiqi Günü [Mətn]   

//Qocayev Ə. Bayramlar və 

tarixi günlər.- Bakı, 2006.- 

S.23.  

Rafiqqızı, N. 18 sentyabr 

-Milli Musiqi günüdür: 

Milli musiqimiz öz inkişaf 

zirvəsinə görə Üzeyir 

Hacıbəyova borcludur  

[Mətn]/Nisə Rafiqqızı         

// Olaylar.- 2010.- 17 sent-

yabr.- S.11

Zərbəliyev, C. Üzeyir mu-

siqisinin işığında. 18 sent-

yabr - Milli Musiqi Günü 

təntənəli şəkildə qeyd olun-

du [Mətn] /C.Zərbəliyev//

Mədəniyyət.- 2013.- 20 

sentyabr.- S.3.

www.anl.az

Tarixdə bu gün

Milli Musiqi Günü

1995

SENTY

ABR

18

Sentyabr  ayının  18-də Azərbaycan 

xalqının  dahi  oğlu,  musiqi  mədəniy-

yətimizin  korifeyi  Üzeyir  bəy 

Hacıbəylinin doğum günüdür. 

XX əsrin 70-80-ci illərində maest-

ro Niyazinin təşəbbüsü ilə həmişə bu 

günü  dahi  bəstəkarın  anadan  oldu-

ğu  gün  kimi  respublikamızda  xüsusi 

təntənə ilə qeyd edilirdi. Ötən əsrin 90-

cı illərində hər şeyin bir-birinə dəydiyi 

vaxtda  bu  ənənə  də  unuduldu.  Dahi 

sənətkarın  özfəaliyyət  səviyyəsində 

xatırlanması, həqiqətən, narahatlıq do-

ğururdu.  

Unudulmaz  Niyazinin  təşəbbüsü 

1995-ci ildə ulu öndər Heydər Əliyevin 

dahi bəstəkarın anadan olmasının 110 

illik yubileyi ərəfəsində imzaladığı 18 

sentyabrın  Milli  Musiqi  Günü  kimi 

qeyd  olunması  haqqında  fərmanı  ilə 

rəsmi status aldı. Bu nəcib qərar bütün 

insanların,  musiqisevərlərin  ürəyincə 

oldu. 


Ü.Hacıbəyli  bəstəkar,  alim,  ya-

zıçı,  publisist  və  siyasi  xadim  kimi 

çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə 

ilk operanın banisi kimi də məşhurdur. 

Məhz  onun  fədakar  əməyi  sayəsində 

Azərbaycan milli opera sənətinin tari-

xi Ü.Hacıbəylinin “Leyli və Məcnun” 

operası ilə başlandı. 

Bütün  ömrü  boyu  Azərbaycan 

mədəniyyətinə,  musiqisinə  xidmət 

edən bu unudulmaz şəxsiyyət 300-dən 

çox xalq mahnısını nota salmış, marş, 

kantata, fantaziya, mahnı və romanslar, 

kamera və xor əsərlərini yazmışdır. 

Azərbaycan  və  dünya  musiqi 

mədəniyyətinin  inkişafında  misil-

siz  xidmətləri  olmuş  Ü.Hacıbəylinin 

anadan  olmasının  100  illik  yubileyi 

YUNESKO-nun qərarı ilə beynəlxalq 

miqyasda qeyd olunmuşdur. 

Bu  gün  Azərbaycan  musiqi-

si  əsl  çiçəklənmə  dövrünü  yaşayır. 

Ölkəmizdə  davamlı  olaraq  keçirilən 

beynəlxalq musiqi  festivalları, müxtəlif 

müsabiqələr  bütövlükdə,  Azərbaycan 

mədəniyyətinin,  Azərbaycan  musiqi-

sinin  daha  geniş  miqyasda  təbliğinə 

xidmət edir. 

Üzeyir  Hacıbəylinin  taleyində 

ən  möhtəşəm  səhifə  bir  də  odur  ki, 

bəstəkar Azərbaycan Dövlət himninin 

müəllifidir. Bu gün Azərbaycan bayra-

ğı məhz həmin himnin sədaları altın-

da  dünyanın  ən  mötəbər  salonlarında 

ucalır,  səhərlərimiz,  həmçinin,  bütün 

tədbirlərimiz  bu  himnin  sədaları  ilə 

başlayır.

Ü.Hacıbəylinin  kimliyi  barəsində 

düşünərkən ilk növbədə, bu dahi insa-

nın öz sözləri yada düşür: “Bəşəriyyət 

tarixində elə şəxslər var ki, onlar özləri 

üçün  anadan  olmayıblar,  bəlkə  bütün 

xalqa və hətta ümuminsaniyyətə xeyir 

gətirmək  və  tərəqqisinə  səbəb  olmaq 

üçün yaranıblar. Bu cür adamlar nəinki 

sağlığında, bəlkə öləndən sonra da ca-

maata mənfəət verirlər”.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin