291
Fəlsəfə.Din
85
illiyi
Fuad Qasımzadə
1929-2010
OKTY
ABR
Fuad Feyzulla oğlu Qasımzadə
1929-cu il oktyabr ayının 22-də Bakı
şəhərində anadan olmuşdur.
1947-ci ildə Bakının 1 saylı orta
məktəbini bitirmiş, Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tarix
fakültəsinin fəlsəfə şöbəsinə qəbul
edilmiş və 1952-ci ildə oranı fərqlənmə
diplomu ilə bitirmişdir. Elə həmin il
universitet Elmi Şurasının qərarı ilə
fəlsəfə ixtisası üzrə aspiranturada sax-
lanılmışdır.
Əmək fəaliyyətinə 1953-cü ildə,
hələ Azərbaycan Dövlət Universite-
tinin aspiranturasında təhsil alarkən
başlayan Fuad Qasımzadə həyatını bu
təhsil ocağı ilə bağlayıb.
O, 1955-1967-ci illərdə burada
müəllim, baş müəllim, dosent və pro-
fessor vəzifələrində çalışıb, 1966-cı
ildən ömrünün sonunadək kafedra mü-
diri olub. Pedaqoji işlə yanaşı o, 1990-
1992-ci illərdə Azərbaycan Respubli-
kası Prezidentinin müşaviri vəzifəsini
tutub.
Fuad Qasımzadə 1958-ci ildə fəlsəfə
elmləri namizədi, 1966-cı ildə fəlsəfə
elmləri doktoru elmi dərəcələrini alıb.
O, 1989-cu ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 2001-ci
ildə isə həqiqi üzvü seçilib.
Alimin bədii-ictimai fikir tariximizin
görkəmli nümayəndələrinin yaradıcılı-
ğının fəlsəfi-estetik aspektlərinə həsr
olunmuş əsərləri elmi ictimaiyyətin
rəğbətini qazanıb. Məhəmməd Füzu-
li, İmadəddin Nəsimi, Abbasqulu ağa
Bakıxanov, Mirzə Fətəli Axundzadə
kimi şəxsiyyətlərin irsinə dair araş-
dırmaları ilə o, fəlsəfi fikir tariximizə
layiqli töhfələr verib. 60 il ərzində o,
Azərbaycan Dövlət Universitetində
müəllim kimi fəaliyyət göstərmişdir.
1968-ci ildə “Qəm karvanı, yaxud
zülmətdə nur Füzulinin dünyagörü-
şü” adlı monoqrafiyası çap edilmişdir.
Sonrakı illərdə onun Füzuli haqqında
20-dən çox elmi məqaləsi işıq üzü gör-
müşdür.
Fuad Qasımzadə 1989-cu ildə
AMEA-nın müxbir üzvü, 2001-ci ildə
həqiqi üzvü seçilmişdir. Akademik
Fuad Qasımzadə uzun müddət Bakı
Dövlət Universitetində müdafiə şu-
ralarının üzvü və sədri kimi fəaliyyət
göstərmişdir. Çox sayda aspirant və
dissertantların elmi rəhbəri kimi onla-
rın alimlik dərəcəsi almasına yardımçı
olmuşdur. Fuad Qasımzadə BDU-nun
texniki fakültələr üzrə fəlsəfə kafedra-
sının müdiri olmuşdur.
Akademik
elmi
yaradıcılığı
dövründə 30 kitab və 500-dən çox
elmi məqalə çap etdirmişdir. Fuad
Qasımzadənin əsas tədqiqat sahəsi
Azərbaycan fəlsəfə ictimai fikri, so-
sial fəlsəfə, ontologiya və idrak
nəzəriyyəsi, estetika olmuşdur.
Alimin çoxillik elmi və pe-
daqoji fəaliyyəti daim yüksək
qiymətləndirilmiş,
müstəqil
Azərbaycan Respublikasının ali mü-
kafatları olan “Şöhrət” və “İstiqlal”
ordenləri ilə təltif edilmişdir.
Fuad Feyzulla oğlu Qasımzadə
2010-cu il avqust ayının 3-də Bakı
şəhərində ağır xəstəlikdən sonra vəfat
etmiş, II Fəxri Xiyabanda dəfn edil-
mişdir.
Dostları ilə paylaş: