292
Mədəniyyət.Maarif.Elm
75
illiyi
Aida İmanquliyeva
19
39-1992
OKTY
ABR
Aida Nəsrulla qızı İmanquliye-
va 1939-cu il oktyabr ayının 10-da
Bakı şəhərində anadan olmuşdur. O,
1957-ci ildə Bakı şəhərinin 132 saylı
orta məktəbini qızıl medalla bitirmiş,
S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinə (indiki BDU) daxil ol-
muşdur.
1962-ci ildə universitetin şərq-
şünaslıq fakültəsinin ərəb filologiya-
sı bölməsini bitirəndən sonra həmin
universitetin Yaxın Şərq xalqları və
ədəbiyyatı tarixi kafedrasının aspi-
rantı olmuş, daha sonra keçmiş SSRİ
EA Asiya xalqları İnstitutunun aspi-
ranturasında təhsil almışdır.
1966-cı ildə namizədlik dissertasi-
yasını müdafiə edən Aida İmanquliye-
va Azərbaycan EA Şərqşünaslıq İns-
titutunda işə başlamışdır. Kiçik elmi
işçi (1966), baş elmi işçi (1973), ərəb
filologiyası şöbəsinin müdiri (1976-cı
ildən), elmi işlər üzrə direktor müa-
vini (1988-ci ildən) və 1991-1992-ci
illərdə Azərbaycan EA Şərqşünaslıq
İnstitutunun direktoru vəzifələrində
çalışmışdır.
1989-cu ildə Aida xanım
İmanquliyeva Tbilisi şəhərində
müvəffəqiyyətlə doktorluq dissertasi-
yası müdafiə etmiş, ilk azərbaycanlı
qadın-ərəbşünas elmlər doktoru ol-
muş, tezliklə bu ixtisas üzrə professor
adı almışdır.
Üç
monoqrafiya
(“Mixail
Nuaymə” və “Qələmlər birliyi”.-
M., 1975;
“Cübran Xəlil Cübran”.-
B., 1975; “Yeni ərəb ədəbiyyatının
korifeyləri”.- B., 1991) və 70-dən
artıq elmi məqalənin müəllifi olan
Aida İmanquliyeva Şərq filolo-
giyası sahəsində yazılmış bir çox
elmi əsərlərin redaktoru olmuşdur.
Azərbaycan EA Şərqşünaslıq İnsti-
tutunda fəaliyyət göstərən “Asiya və
Afrika xarici ölkələri ədəbiyyatları”
ixtisası üzrə müdafiə şurasının üzvü,
sədr müavini və sədri olmuşdur.
Professor Aida
İmanquliye-
va Azərbaycan şərqşünaslıq elmi-
ni dəfələrlə yaxın və uzaq xarici
ölkələrdə (Moskva, Kiyev, Poltava,
Sankt-Peterburq, Halle və s.) təmsil
etmişdir.
Aida İmanquliyeva rəhbərlik et-
diyi Ərəb filologiyası şöbəsində qısa
müddətdə 10-dan artıq namizədlik
dissertasiyası müdafiə edilmişdir.
Görkəmli şərqşünas Ümumittifaq
Şərqşünaslar Cəmiyyətinin Rəyasət
Heyətinin, Şərq ədəbiyyatlarının
tədqiqi üzrə Ümumittifaq Koordina-
siya Şurasının və Yazıçılar Birliyinin
üzvü olmuşdur.
O, uzun illər pedaqoji fəaliyyətlə
məşğul olmuş, ADU-da ərəb filologi-
yası fənnindən mühazirələr oxumuş-
dur.
Aida İmanquliyeva 1992-ci il sent-
yabr ayının 19-da vəfat etmişdir.
Dostları ilə paylaş: