Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə368/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   364   365   366   367   368   369   370   371   ...   507
Ə d ə b i y y a t

Qocayev, Ə. 1 oktyabr-

Beynəlxalq ahıllar günü 

[Mətn] //Qocayev Ə. 

Bayramlar və tarixi günlər.-

Bakı, 2006.- S.53.

Beynəlxalq Ahıllar Günü 

[Mətn] //Olaylar.- 2009.-     

2 oktyabr.- S.12.

Kamalqızı, R. Dünən 

Beynəlxalq Ahıllar Günü 

idi: Ahıllar dövlət qayğısı ilə 

əhatə olunur [Mətn] //Səs.- 

2010.- 2 oktyabr.- S.10.

İ n t e r n e t d ə

www.anl.az

www.azadliq.org

1


298

Tarixdə bu gün

Xocavənd rayonunun işğalı günü

1992 

OKTY

ABR

Ərazisi:   1458 km²

Əhalisi:   41725

İşğal tarixi: 02.10.1992

Xocavənd 

rayonunun 

erməni 


qəsbkarları tərəfindən işğalından 22 il 

ötür.


Azərbaycan Respublikasının 26 no-

yabr 1991-ci il tarixli Qanununa əsasən 

Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  ləğv 

edilmiş,  Martuni  şəhəri  Xocavənd 

şəhəri,  Martuni  rayonu  Xocavənd  ra-

yonu  adlandırılmışdır.  Hadrut  rayonu 

isə ləğv edilərək ərazisi Xocavənd ra-

yonunun tərkibinə verilmişdir.

Ərazisi alçaq dağlıq və düzənlikdən 

ibarət olan Xocavənd rayonunun ümu-

mi  sahəsi  1458 

km²


,  əhalisi  41725 

(o  cümlədən  azərbaycanlılar-10.648) 

nəfər  olmuşdur.  Rayonda  1  şəhər 

(Xocavənd şəhəri-rayon məkəzi), 2 iri 

qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 

kənd vardı. 

Olduqca  əlverişli  coğrafi  mövqeyə 

və şəraitə malik Xocavənd rayonu Ağ-

dam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qu-

badlı, Laçın, Şuşa, Xocalı rayonları ilə 

həmsərhəddir. 

Qədim  yaşayış  məskənlərindən 

sayılan  Xocavəndin  ərazisi  təbii 

sərvətlərlə - tikinti materialları və fay-

dalı qazıntılarla, meşə zolaqları və şi-

rin  su  ehtiyatları  ilə  zəngindir.  Dəniz 

səviyyəsindən  900  metr  hündürlükdə 

yerləşən, uzunluğu 190 metr olan Azıx 

mağarası Xocavəndin Füzuli rayonuna 

yaxın, Azıx kəndinin 1 kilometr cənub-

şərqində yerləşir. 

1988-ci  ilin  fevralından  başlayan 

Qarabağ  müharibəsində  Xocavənd 

rayonu  145  şəhid  vermiş,  3600  uşaq 

zərər çəkmişdir. 

2  oktyabr  1992-ci  il  tarixində 

Xocavənd  rayonu  Ermənistan  Silahlı 

Qüvvələri  tərəfindən  işğal  olunmuş-

dur. 

İşğal  nəticəsində  Xocavənddə 



71  arxeoloji-memarlıq  abidəsi,  41 

klub,  40  kitabxana,  12  ziyarətgah,  10 

məktəbəqədər müəssisə, 21 səkkizillik 

məktəb məhv edilmişdir. İşğal altında 

olan  Xocavəndin  ərazisi  bütövlükdə 

ekoloji  terrora  məruz  qalmış,  Azıx 

mağarasını  ermənilər  silah  anbarına 

çevirmişlər. 

Rayonun  ərazisində  yerləşən  və 

ümumi  sahəsi  25,5  min  hektar  olan 

meşədəki  palıd  ağacları  qırılaraq  da-

şınmış,  Xonaşen  çayının  kənarlarında 

bitən  təbii  meşə  isə  tamamilə  məhv 

edilmişdir.  Xocavəndin  Yelli  Gədik 

sahəsində  Füzuliyə  gedən  yolun  sağ 

və sol tərəflərində avtomobil yollarının 

mühafizəsi məqsədilə əkilən ağaclar da 

kəsilmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   364   365   366   367   368   369   370   371   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin