Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə371/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   367   368   369   370   371   372   373   374   ...   507
Ə d ə b i y y a t

Əliyev, V. Müəllim ha-

zırlığı prosesində peşə 

keyfiyyətlərinin formalaş-

dırılması yolları [Mətn]: 

pedaqoji e. n. a. dər. a. 

üçün təq. ed. dis.: 13.00.01.      

/V.Əliyev; Naxçıvan Dövlət 

Universiteti.- Naxçıvan, 

2004.-133 s.

Qocayev, Ə. 5 oktyabr- 

Müəllim günü [Mətn] 

/Ə.Qocayev //Bayramlar və 

tarixi günlər.-Bakı, 2006.- 

S.54.

Qarayeva, S.Müəllim ha-

zırlığı: müasir standartlar 

və günün tələbləri [Mətn] 

/S.Qarayeva //525-ci qəzet.-

2012.- 9 noyabr.- S.14-15.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.yeniazerbaycan.com

5


301

Tarixdə bu gün

Qurban Bayramı 

OKTY

ABR

Bütün müsəlman aləmində Qurban bayramı hər 

il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən 

başlayır və adətən üç gün davam edir. Dini qurban 

kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən 

əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Al-

lah (S.S.)İbrahim peyğəmbərə oğlu İsmayılı qur-

ban  verməyi  (onların  Allaha  imanını  yoxlamaq 

üçün) əmr etmişdir. İbrahim əsl dindar kimi Alla-

hın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayıl 

özü də qurban olmağa razılaşmışdır. Lakin uca Al-

lah bunu öz elçisinə rəva bilməmiş və qurbanlıq 

üçün ona bir qoç göndərmişdi. Buna görə də bu 

bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da 

demişlər.

İsmayıl  Qurbanında  kəsilən  heyvanlarda  bir 

sıra  şərtlər  vacib  sayılır.  Qurbanlıq  kimi  seçilən 

heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə ol-

malıdır. Nəsil artımında dişi heyvanların müstəsna 

rolu olduğuna görə qurbanlıq heyvanın erkək ol-

ması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına 

gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. La-

kin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha 

yaxşıdır.  Qurban  bayramında  kəsilən  heyvanın 

sağlam olması da vacib şərtdir. Əzalarında hər han-

sı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri 

olmayan,  axtalanmış  heyvanın  qurban  kəsilməsi 

İslamda  məsləhət  görülmür.  Kəsiləcək  qurbanlıq 

gözəgəlimli  olmalıdır.  Qurbanın  bir  hissəsindən 

din  xadimlərinə  pay  göndərilir,  bir  hissəsi  isə 

kasıblara  paylanır.  Hamıya  bərabər  pay  verilir, 

qurban  kəsən  özü  də  bərabər  pay  götürə  bilər. 

Ənənəyə  görə  dilənçi  və  kasıblar  bayram  günü 

ac qalmasınlar deyə bu gün  həmin mərasimlərə 

dəvət olunurlar.

Qurbanlığın şərtlərindən biri də budur ki, qur-

ban kəsmək yalnız buna imkanı olan varlı adam-

ların boynunda haqdır. İmkanı olmayan adama isə 

qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün 

borc pula heyvan almaq İslamda təqdir olunmur, 

çünki bu bayramın əsas mahiyyəti zənginlərlə im-

kansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı 

sevinməlidir: varlılar - Allaha xoş gedən əməli icra 

etdikləri  və  kasıbları  sevindirdiklərinə  görə,  ka-

sıblar isə - dünya nemətindən əldə etdiklərinə və 

başqalarından  gördükləri  mərhəmətə  və  qayğıya 

görə.

Çox  sevdiyi  övladını  Allah  yolunda  qurban 



verməyə  hazır  olması  peyğəmbərin  Allah  qarşı-

sında imanının, səmimiliyinin və mütiliyinin bariz 

sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu 

hadisə Allaha imanın, dərin etiqadın nümunəsidir. 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan 

ibarətdir ki, İslamda insanın Allah yolunda qurban 

kəsilməsi  qəbul  olunmur.  İslama  qədər  bir  çox 

dinlərdə  insanları  qurban  vermə  ayinlərinə  rast 

gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insa-

nı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın 

olduqlarını göstərirdilər. Qədim Çində də insanları 

tanrılara qurban vermək adəti var idi. Bu ölkədə 

təbii  fəlakətlərdən,  daşqınlardan  hifz  olunmaq 

üçün uşaqları suya atırdılar.

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra 

Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr 

tarixli  “Azərbaycan  Respublikasının  bayram-

ları  haqqında”  Qanuna  əsasən  Qurban  bayramı 

ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Qurbanlıq o deməkdir ki, insanlar Allahın xo-

şuna gələcək bir əməli icra edirlər.

Allah  kəsilən  bütün  qurbanlarımızı  qəbul  et-

sin!

5



302

Tarixdə bu gün


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin