Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə372/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   368   369   370   371   372   373   374   375   ...   507
Dövlət Müstəqilliyi Günü

1994

OKTY

ABR

Azərbaycan  bir  əsrdə  iki  dəfə 

müstəqillik  əldə  etmək,  özünün  su-

veren  dövlətini  yaratmaq  imkanı  qa-

zanmışdı.  Təəssüf  ki,  birinci  imkan 

xarici  müdaxilə,  daxili  çəkişmələr 

və  beynəlxalq  təminatın  olmaması 

səbəblərindən itirilmişdi. 

1918-ci  ildə  qurulmuş Azərbaycan 

Xalq  Cümhuriyyəti  cəmi  23  ay  yaşa-

mışdı. İkinci tarixi imkan bir də 70 il 

sonra  yetişmiş,  Sovet  imperiyasının 

dağılması Azərbaycan xalqına öz milli 

müstəqilliyini bərpa etmək imkanı ver-

mişdi. 

1991-ci  il  oktyabr  ayının  18-də 

Azərbaycan  Respublikası  Ali  Soveti-

nin sessiyasında “Azərbaycanın dövlət 

müstəqilliyi  haqqında  Konstitusiya 

Aktı”  qəbul  olunmuşdur.  Bu  mühüm 

tarixi  sənədlə  xalqımız  uzun  illərdən 

bəri  həsrətində  olduğu  azadlığına  qo-

vuşmuş,  bununla  da,  Azərbaycanın 

tarixində  yeni  dövrün  başlanğıcı  qo-

yulmuşdu.

Azərbaycan Respublikasında 1991-

ci  il  dekabr  ayının  29-da  ümumxalq 

səsverməsi  keçirilmiş,  Azərbaycan 

xalqı  yekdilliklə  respublikanın  dövlət 

müstəqilliyinə tərəfdar çıxmışdı.

Müstəqilliyi      elan  edilmiş    Azər-

baycan    Respublikası  çox  mürəkkəb 

tarixi  şəraitdə  fəaliyyət  göstərməyə 

başlamışdı. Onun müstəqilliyini dünya 

dövlətləri tanımışdır. Azərbaycan Res-

publikasını ilk olaraq 1991-ci il noyabr 

ayının  9-da  Türkiyə  Cümhuriyyəti, 

sonra Rumıniya (11 dekabr 1991), Pa-

kistan  (13  dekabr  1991),  İsveçrə  (23 

dekabr  1991),  İran  (25  dekabr  1991), 

ABŞ (23 yanvar 1992), Rusiya (10 ap-

rel 1992) və b. dövlətlər tanımışdılar.

Azərbaycanın  BMT-yə  üzv  qəbul 

olunması  ilə  (2  mart  1992)  onun 

beynəlxalq  aləmdə  de-fakto  tanınma-

sına başlanmışdı. Lakin müstəqilliyini 

qazandıqdan  iki  il  sonra  xalqımız 

yenidən  onu  itirmək  təhlükəsi  ilə 

üzləşmişdi. Bir tərəfdən Ermənistan si-

lahlı qüvvələrinin təcavüzü nəticəsində 

geniş  miqyas  almış  Birinci  Qarabağ 

müharibəsi,  digər  tərəfdən  dövlət 

rəhbərliyində  olan  səbatsız,  səriştəsiz 

adamların  yeritdikləri  səhv  siyasət 

və  daxildə  gedən  siyasi  çəkişmələr, 

separatçılıq  hərəkatı  müstəqilliyin 

beşiyindəcə  boğulması  təhlükəsini 

reallaşdırmışdı.  Lakin  böyük  siyasi 

təcrübəyə malik olan Heydər Əliyevin 

ölkədə  hakimiyyətə  qayıdışı  ilə  bu 

təhlükə sovuşmuşdu.

1994-cü  ilin  15  oktyabr  tarixindən 

etibarən Azərbaycan Respublikası Pre-

zidentinin Fərmanı ilə 18 Oktyabr tari-

xi Dövlət Müstəqilliyi Günü kimi qeyd 

edilir.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin