Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə366/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   362   363   364   365   366   367   368   369   ...   507
Ə d ə b i y y a t

Vəzir, M. Ramazanova 

Elmira Məmmədəmin 

qızı [Mətn] /M.Vəzir                

//Dəyişikliklərə cəsarəti 

çatan örnək xanımlar        

/Rasional İnkişaf uğrunda 

Qadınlar Cəmiyyəti 

(RİQC); red. B.Əhmədov, 

S.İsmayılova; tərc. 

F.Axundov.-Bakı: İlay, 

2008.-S.77-78. 

Ramazanova Elmira 

Məmmədəmin qızı [Mətn]   

//Mirzəyev, M. Neft haq-

qında nə bilirsiniz? /red. 

К.Kərimov, А.Hacıyev.-

Bаkı: МBМ, 2005.- S.75.

İ n t e r n e t d ə

www.anl.az

www.gender-az.org

www.science.gov.az

www.mir-azerbaydjana.az

2

Alim, mühəndis


296

Tarixdə bu gün

Prokurorluq işçiləri günü

1998

OKTY

ABR

Ümummilli  lider  Heydər  Əliyev 

oktyabr 

ayının 


1-ci 

gününün 


Azərbaycan  Respublikası  Prokuror-

luğu  işçilərinin  peşə  bayramı  günü 

kimi  qeyd  edilməsi  barədə  17  iyul 

1998-ci  il  tarixində  Sərəncam  imza-

lamışdır.  Bu  tarix  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  Nazirlər  Şurasının 

1  oktyabr  1918-ci  il  tarixli  qərarı  ilə 

Bakı  Dairə  Məhkəməsinin  tərkibində 

prokurorluq  orqanlarının  fəaliyyətə 

başlaması  ilə  əlaqədardır.  Məhkəmə 

orqanlarından  fərqli  olaraq,  bir  çox 

dövlətlərdə  prokurorluq  müstəqil  ins-

titut  kimi  xeyli  sonralar  yaranmışdır. 

Dövlət idarəetmə mexanizminin tərkib 

hissəsi  kimi  prokurorluğun  əsası  ilk 

dəfə XIV əsrin əvvəllərində Fransada 

kral  IV  Filip  tərəfindən  qoyulmuşdur. 

Onun vaxtında kral mənafelərinin pro-

kurorluq  tərəfindən  təmsil  edilməsi 

Qanunla (25 mart 1302) təsbit edilmiş-

di. Həm Qərb ölkələri, həm də Rusiya 

prokurorluqlarına bir örnək kimi təsiri 

olan Fransa prokurorluğunun təşkili və 

fəaliyyəti  haqqında  qanun  isə  1586-

cı  ildə  qəbul  olunmuşdur.  Müstəqil 

Azərbaycan dövlətində prokurorluq or-

qanlarının  yaranma  tarixi Azərbaycan 

Xalq  Cümhuriyyəti  dövrünə  (1918-

1920)  təsadüf  edir.  1918-ci  il  noyabr 

ayının 18-də Nazirlər Şurası tərəfindən 

“Azərbaycan  Məhkəmə  Palatası  haq-

qında  Əsasnamə”  təsdiq  edilmiş-

dir.  F.Xoyski,  X.Xasməmmədov, 

A.Səfikürdski,  T.Makinski  AXC-nin 

ədliyyə  nazirləri,  eyni  zamanda  baş 

prokurorları olmuşlar. AXC-nin süqu-

tundan  sonra  dövlət  orqanları  ilə  ya-

naşı, prokurorluq və istintaq orqanları 

da ləğv olunmuşdu. Sovetləşmənin ilk 

illərində  bütün  hakimiyyət  orqanları-

nın  fəaliyyətinə  nəzarət  funksiyasını 

həyata  keçirməli  olan  xüsusi  orqanın 

yaradılması  zəruriliyini  nəzərə  ala-

raq Azərbaycan  SSR  MİK-in  11  iyul 

1922-ci  il  tarixli  “Azərbaycan  SSR-

nin  dövlət  prokurorluğu  haqqında” 

Dekreti  ilə Azərbaycan  SSR-də  sovet 

prokurorluğunun  əsası  qoyulmuşdu. 

Xalq ədliyyə komissarları Ə.Qarayev, 

S.Çivanov,  B.Vəlibəyov,  B.Talıblı, 

H.Hacıyev,  A.Sultanova  və  başqaları 

həm də Azərbaycan SSR-in baş proku-

rorları olmuşlar. 1936-cı ilin iyul ayın-

da Azərbaycan SSR Prokurorluğu Xalq 

Ədliyyə  Komissarlığının  tərkibindən 

çıxarılaraq  birbaşa  SSRİ  Prokurorlu-

ğuna tabe edilməklə ayrıca qurum kimi 

fəaliyyətə  başlamışdır.  Kommunist 

partiyasının mütləq hakim olduğu So-

vet hakimiyyəti dövründə prokurorluq 

bu rejimə və partiya liderlərinə xidmət 

edən bir orqan olmuşdur. 

Ölkəmiz  müstəqilliyini  bərpa 

etdikdən  sonra Azərbaycan  Respubli-

kasının Prokurorluğu sinfi mənafelərə 

xidmət  edən  orqandan  qanunun  alili-

yinin,  insan  hüquq  və  azadlıqlarının 

təmin  olunmasına,  cinayətkarlıqla 

mübarizəyə, qanunçuluğun qorunması-

na xidmət edən orqana çevrilməklə si-

vil və demokratik inkişaf yoluna qədəm 

qoymuşdur. 2002-ci il sentyabr ayının 

19-da  qüvvəyə  minmiş  “Azərbaycan 

Respublikasının 

Konstitusiyasında 

dəyişikliklər  edilməsi  haqqında”  re-

ferendum  aktına  əsasən  prokurorluğa 

həm  də  qanunvericilik  təşəbbüsü  hü-

ququ verilmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   362   363   364   365   366   367   368   369   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin