Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə362/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   358   359   360   361   362   363   364   365   ...   507
İ n t e r n e t d ə

www.books.google.com

www.bsu.az

10

Şərqşünas


293

Coğrafiya.Geologiya

80 

illiyi

Məmməd Ağdamski 

1934 

OKTY

ABR

Məmməd  Əhməd  oğlu  Ağdamski 

1934-cü il oktyabr ayının 20-də Ağdaş 

şəhərində anadan olmuşdur. 

O,  tanınmış  və  qədim  şəcərəyə 

malik, 


xüsusən 

mədəni-maarif 

və  incəsənət  sahəsində  görkəmli 

şəxsiyyətlər  yetirmiş  Bədəlbəylilər  - 

Qacarlar nəslindəndir.

1956-cı ildə M.Ağdamski institutu 

bitirmiş, təyinatla “Balaxanıneft” Neft 

və Qazçıxarma İdarəsinə göndərilmiş, 

Balaxanı  sahəsində  2  saylı  mədəndə 

quyuların  tədqiqatı  üzrə  operator 

vəzifəsindən  başlamış,  qısa  müddət 

ərzində  usta  köməkçisi,  neftçıxarma 

ustası  vəzifəsinə  təyin  edilmiş,  son-

radan  bilavasitə  öz  peşə  ixtisası  üzrə 

geoloq  işləmişdir.  Sonrakı  dövrlərdə 

idarənin  geoloji  şöbəsində  geoloq 

vəzifəsinə  təyin  edilmiş,  1958-ci  ildə 

İdarənin neft mədəninə böyük geoloq 

vəzifəsinə göndərilmişdir. 

1963-cü  ildə  idarənin  geoloji 

şöbəsinin  rəisi,  1970-ci  ildə  İdarənin 

baş geoloqu, geologiya üzrə rəis müa-

vini vəzifələrinə irəli çəkilmişdir.

M.Ə.Ağdamski praktiki fəaliyyətlə 

yanaşı elmi araşdırmalarla da məşğul 

olmuş,  elmin  nailiyyətlərinin  istehsa-

lata  tətbiqi  sahəsində  fəal  iştirak  et-

mişdir.  Onun  rəhbərliyi  və  bilavasitə 

iştirakı ilə Balaxanı-Sabunçu-Ramana 

neft  yatağının  geoloji  quruluşunun 

dəqiqləşdirilməsi,  neft  ehtiyatlarının 

yenidən  hesablanması  istiqamətində 

böyük  işlər  aparılmış  və  maraq-

lı  yeni  məlumatlar  əldə  edilmişdir. 

Azərbaycan  Milli  Elmlər  Akademi-

yası,  “Azneft”  İB  və  “Balaxanıneft” 

NQÇİ tərəfindən birgə görülmüş işlər 

nəticəsində adıçəkilən yatağın neft eh-

tiyatları dəqiqləşdirilmiş, 1975-ci ildə 

SSRİ Mərkəzi Ehtiyatlar Komissiyası 

bu ehtiyatları təsdiq etmişdir. 

Beləliklə, 

Balaxanı-Sabunçu-

Ramana  neft  yatağının  sənaye  üsulu 

ilə  işlənməsindən  (1871-ci  il)  yüz  il 

keçdikdən  sonra  onun  geoloji  quru-

luşu  haqqında  yeni  məlumatlar  əldə 

edilmiş  və  yatağın  “a

sılı”  (visyçiy) 

yox, sərbəst, normal bloklardan ibarət 

olması müəyyənləşdirilmişdir. 

M.Ə.Ağdamski  respublikanın  neft 

və  qaz  sənayesinin  inkişafında  xü-

susi  xidmətlərinə  görə  “Azərbaycan 

Respublikasının  Əməkdar  geoloqu” 

(1982) fəxri adına layiq görülmüşdür. 

O, Azərbaycan Neftçi Geoloqlar Asso-

siasiyasının üzvüdür (1993). ARDNŞ-

nin Fəxri Fərmanı (2001), “XX əsrin 

tanınmış  neftçisi”  Beynəlxalq  Diplo-

mu (2003) ilə təltif olunmuşdur.

ADNA 


Geoloji 

Kəşfiyyat 

fakültəsinin Dövlət Attestasiya Komis-

siyasının sədri (2007), beş ixtiranın, on 

səmərələşdirici təklifin, iyirmidən çox 

elmi məqalənin müəllifidir. 

Hal-hazırda   ARDNŞ-ə  daxil  olan 

neftçıxarma  müəssisəsində  geoloq 

vəzifəsində çalışır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin