Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə386/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   382   383   384   385   386   387   388   389   ...   507
Ə d ə b i y y a t

Çalıquşu [Mətn]: roman 

/R.N.Güntəkin.-Bakı: 

Şərq-Qərb, 2006.- 373 s. 

Dodaqdan qəlbə [Mətn]: 

roman /R.N.Güntəkin.- 

Bakı: Şərq-Qərb, 2006.- 

280 s. 

Yarpaq tökümü [Mətn] 

/R.N.Güntəkin.-Bakı: 

Nurlan, 2006.- 129 s.

Baxşalıyeva, A. Dillərdə 

dastan “Çalıquşu”nun 

məğrur və yoxsul müəllifi 

- Rəşad Nuri Güntəkin 

[Mətn] /Aynur Baxşalı-

yeva //Mərkəz.- 2011.- 29 

sentyabr.- S.13.

İ n t e r n e t d ə

www.anl.az 

www.bizimsoz.wordpress.

com

www.az.wikipedia.org

25

Türk yazıçısı

8


315

8

90 

illiyi

Vəcihə Səmədova 

1924-1965 

NOY

ABR

Vəcihə Əli qızı Səmədova 1924-cü 

il noyabr ayının 24-də Bakıda anadan 

olmuşdur.

1939-1944-cü 

illərdə 


Əzim 

Əzimzadə  adına  Azərbaycan  Dövlət 

Rəssamlıq  Texnikumunda  təhsil  alan 

Vəcihə  xanım,  sonradan  V.İ.Surikov 

adına  Moskva  Dövlət  Rəssamlıq 

İnstitutunun  rəngkarlıq  fakültəsinə 

–  tanınmış  rus  rəssamı  Pavel  Kori-

nin  emalatxanasına  daxil  olmuşdur. 

O,  1951-ci  ildə  “Üzeyir  Hacıbəyov 

tələbələri  arasında”  adlı  diplom  işi-

ni  müvəffəqiyyətlə  müdafiə  etmiş-

dir.  Müəllimlərinin  təkidi  ilə  təhsilini 

daha  üç  il  aspiranturada  davam  et-

dirmişdir.  Sonradan  oxuduğu  insti-

tutda  dərs  demək  təklifi  alan  Vəcihə 

Səmədova vətənə qayıtmağı üstün tu-

taraq,  müstəqil  yaradıcılığa  başlamış-

dır. O, Azərbaycanın ilk pesəkar qadın 

rəngkarı olmuşdur.

Vəcihə Səmədova həmkarı və həyat 

yoldaşı  Lətif  Feyzullayevlə  birgə 

yaradıcılıq  ezamiyyətlərinə  çıxaraq 

Azərbaycanı  qarış-qarış  gəzmişdir. 

Bunun bəhrəsi olaraq “Kür qırağında”, 

“Mahnı”, “İntizarda”, “Toya hazırlıq” 

tematik tabloları, “Qoşqar yaylağında”, 

“Göygöl”, “Kəpəz”, “Kür sahillərində” 

silsilə  mənzərələri,  “Aktrisa  Leyla 

Bədirbəylinin  portreti”,  “Pambıqçı”, 

“Şamama Həsənovanın portreti”, “Ge-

oloq Minirə Məmmədbəylinin portre-

ti” kimi əsərlər yaranmışdır.

Vəcihə  Səmədova  eyni  zaman-

da,  əvvəllər  təhsil  aldığı  rəssamlıq 

texnikumunda  da  pedaqoji  fəaliyyət 

göstərmişdir. İstedadlı gənclərə sənətin 

sirlərini öyrətmişdir.

1962-ci ildə rəssamın Bolqarıstana 

yaradıcılıq ezamiyyətinin nəticəsi kimi 

Bakıda  onun  fərdi  sərgisi  açılmışdır. 

O, “Sofiyada bazar”, “Türk qızı”, “Tır-

novo”,  “Bayram”  və  böyük  ustalıqla 

işlənmiş digər tablolarla tamaşaçıların 

rəğbətini qazanmışdır.

Qısa ömür yolu keçən, fitri istedada 

malik olan Vəcihə xanım Səmədovanın 

fərdi sərgiləri dəfələrlə Bakıda, Mosk-

vada, Sofiyada uğurla nümayiş etdiril-

mişdir.  Onun  tablolarındakı  rəng  ça-

larları, milli kolorit, böyük ustalıq bu 

əsərlərin  dünya  muzeylərində  layiqli 

yer tutmasına səbəb olmuşdur. 

Görkəmli  Azərbaycan  rəssamı 

1965-ci ildə  “Azərbaycanın Əməkdar 

incəsənət xadimi” fəxri adına layiq gö-

rülmüşdür. 

Bakının  mərkəzindəki  Azərbaycan 

Rəssamlar  İttifaqının  yaraşıqlı  sərgi 

salonu  1965-ci  ildən  rəssamın  adını 

daşıyır.


Vəcihə Səmədova 1965-ci il oktyabr 

ayının 18-də Bakıda vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin