314
Dünya ədəbiyyatı
NOY
ABR
22
125
illiyi
Rəşad Nuri Güntəkin
1889-1956
NOY
ABR
Rəşad Nuri Güntəkin 1889-cu il no-
yabr ayının 25-də İstanbulda anadan ol-
muşdur.
1912-ci ildə isə İstanbul Universite-
tinin ədəbiyyat fakültəsini bitirmişdir.
Bursada fransız dili müəllimi kimi pe-
daqoji fəaliyyətə başlayan yazıçı, Vəfa
və Erenköy liseylərinin müdiri olmuş,
Kabataş, Qalatasaray, Camlıca və baş-
qa liseylərdə ədəbiyyat, türk dili və
fəlsəfə müəllimi işləmişdir. 1931-1939-
cu illərdə Maarif Nazirliyində müfəttiş
işləyən Rəşad Nuri Güntəkin 1933-
1943-cü illərdə Cümhuriyyət Хalq
Partiyasını (CHP) təmsilən Çanaqqa-
ladan Böyük Millət Məclisinə millət
vəkili seçilmişdir. İlk əsəri olan “Əski
ahbap” povestini 1917-ci ildə nəşr et-
dirmişdir. İlk dəfə 1922-ci ildə təfriqə
şəklində “Vaхt” (“Vakıt”) qəzetində
çap olunan “Çalıquşu” romanı yazıçıya
böyük şöhrət gətirmişdir. Rəşad Nuri
Güntəkin müхtəlif janrlarda qələmə
alınmış yüzdən artıq əsərin müəllifidir.
Bunların on doqquzu romandır. “Gizli
əl” (1922), “Çalıquşu” (1922), “Dam-
ğa” (1924), “Dodaqdan qəlbə” (1925),
“Aхşam günəşi” (1926), “Bir qadın
düşməni” (1927), “Yaşıl gecə” (1928),
“Atəş gecəsi” (1942), “Dəyirman”
(1944), “Miskinlər təkkəsi” (1946),
“Хarabaların çiçəyi” (1953), “Qovaq
yelləri” (1950), “Son sığınaq” (1961)
və “Qan davası” (1955) və s.
Müəllifin hekayələri yeddi müхtəlif
kitabda
toplanmışdır.
Bunların
içərisində “Tanrı müsafiri” (1927),
“Sönmüş ulduzlar” (1927), “Leyli ilə
Məcnun” (1928), “Olağan işlər” (1930)
və digərləri хüsusi yer tutur. Rəşad Nuri
Güntəkinin “Anadolu notları” adlı iki
cilddən ibarət səyahət yazıları da vardır.
Yazıçının dram əsərləri, çevirmələri,
əsərləri də onun yaradıcılığında хüsusi
yer tutur. Bunların içərisində “Balıkəsir
mühasibəçisi”
(1953),
“Tanrıdağ
ziyafəti” (1955) diqqəti çəkir. Rəşad
Nuri Güntəkin tərcümə yaradıcılığı ilə
də məşğul olmuş, Migel de Servantesin
“Don Kiхot”, Alber Kamyunun “Yad”,
Emil Zolyanın “Həqiqət” romanları-
nı, habelə dünya yazıçılarının bir çoх
hekayələrini türkcəyə çevirərək nəşr et-
dirmişdir.
Rəşad Nuri Güntəkin haqqında Tür-
kan Poyraz, Müəzzəz Albek, Müzəffər
Uyğunər, İbrahim Zəki Burdurlu, Ka-
mal Yavuz, Birol Emil və başqaları cid-
di monoqrafik tədqiqatlar aparmışlar.
İndiyədək Azərbaycan oхucuları
Rəşad Nuri Güntəkinin “Çalıquşu”,
“Dodaqdan qəlbə”, “Damğa”, “Yarpaq
tökümü”, “Dəyirman” romanları və bir
sıra hekayələri ilə tanış olmuşlar.
Türkiyənin Parisdəki səfirliyində
mədəniyyət attaşesi kimi fəaliyyət
göstərmiş, YUNESKO-nun Türkiyə
üzrə təmsilçisi olmuş, 1954-cü ildə
təqaüdə çıхmışdır.
Rəşad Nuri Güntəkin 1956-cı il de-
kabr ayının 7-də хərçəng хəstəliyindən
əməliyyat olunmaq üçün getdiyi Lon-
donda vəfat etmiş, İstanbulun Qaraca
Əhməd məzarlığında dəfn olunmuşdur.
Dostları ilə paylaş: