316
60
illiyi
Siyavuş Kərimi
1954
NOY
ABR
Siyavuş Əşrəf oğlu Kərimi 1954-cü
il noyabr ayının 9-da Bakıda anadan
olub.
1961-1972-ci illərdə Bülbül adına
orta ixtisas musiqi məktəbində təhsil
almış və görkəmli tarzən Əhsən Dada-
şovun tar sinfini bitirmişdir.
1972-1977-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasında təhsilini
davam etdirmişdir.
1979-cu ildən başlayaraq, Rəşid
Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrının orkestrində solist mu-
siqiçi, Azkonsertin “Aşıqlar” ansamb-
lında bədii rəhbər, “AzTR” estrada sim-
fonik orkestrinin bədii rəhbəri, “Cəngi”
EFA musiqi rəhbəri, C.Cabbarlı adına
Azərbaycanfilm Kinostudiyasının Ra-
fiq Babayev adına musiqi studiyasında
bədii rəhbər vəzifəsində çalışmışdır.
2001-ci ildən Azərbaycan Milli
Konservatoriyasının (AMK) rektoru-
dur. AMK-nın Milli musiqinin tarixi və
nəzəriyyəsi kafedrasının professorudur.
Siyavuş Kərimi bir çox beynəlxalq
miqyaslı musiqi lahiyələrinin müəllifidir.
Azərbaycan-Norveç vokal musiqi
lahiyəsi (2001), Azərbaycan və Cənubi
Amerika musiqiçiləri ilə müştərək ya-
ratdıqları “Salam hola” Beynəlxalq
lahiyəsi (2002) onun rəhbərliyi ilə uğur-
la həyata keçirilmişdir.
Siyavuş K
ərimi
“Sarı gəlin”, “Sonuncu döyüş”, “Əlvida
cənub şəhərim”, “Girov” və s. bədii
filmlərə, 9 seriyadan ibarət “Heydər
Əliyev” televiziya filminə, 2 animasi-
ya filminə və 10-dan artıq teatr tama-
şasına musiqi bəstələmişdir. “Hamlet”
əsərinin musiqisinə görə “Qızıl Dərviş”
mükafatına (2003) layiq görülmüşdür.
2005-ci ildə “Azərbaycan Respub-
likasının Xalq artisti” fəxri adına layiq
görülmüşdür. 2007-ci ildə professor
elmi adı almışdır.
O, “Saz məktəbi” dərsliyinin
həmmüəllifi (A.Quliyev, M.Əliyevlə
birlikdə), iki cilddən ibarət “Azərbaycan
xalq
mahnıları”
məcmuəsinin
tərtibçisidir.
“Muğam
ensiklopediya”sının
“Azərbaycan xanəndələri” CD toplu-
sunda “Gənc xanəndələr” bölməsinin
səsyazısına rəhbərlik etmişdir.
Dostları ilə paylaş: