358
Akademik
Riyaziyyat.Fizika.Astronomiya
80
illiyi
Arif Mehdiyev
1934
DEKABR
Arif Şəfaət oğlu Mehdiyev 1934-cü
il dekabr ayının 19-da Bakı şəhərində
anadan olmuşdur. Moskvada Rabitə
Elektrotexnika İnstitutunu bitirmişdir.
Təbii obyektlərin parametrlərini
təyin etmək üçün məsafə və kontakt
ölçmələrin texnologiyasının, məsafə
zondlaşmasının üsullarının və tex-
nikasının inkişafı sahəsində mühüm
nəticələr əldə etmişdir.
1984-1990-cı illərdə Azərbaycanda
keçirilmiş “Günəş” adlı çox səviyyəli
peykaltı eksperimentlərin elmi əsaslarını
hazırlamış və bu eksperimentlərin apa-
rılmasından iştirak etmişdir.
Bu eksperimentlərdə “Soyuz -11”
orbital stansiyasından təyyarə və ver-
tolyotda yerləşən laboratoriyalarından
və yerüstü ölçmələrdən alınmış eyni-
vaxtlı zondlaşma verilənləri
istifadə
olunmuşdur. Çoxspektral təyyarə və
kosmik təsvirlərin əsasında tematik in-
terpretasiya və kartlaşma üçün müva-
fiq proqram təminatı, metodologiyanın
bəzi aspektlərini inkişaf etdirib.
140-dan artıq çap olunmuş elmi işin
müəllifidir. 85 əsəri xaricdə nəşr olun-
muşdur. 19 müəlliflik şəhadətnaməsi,
11 patenti var. Yerin kosmosdan
tədqiqinin texniki vasitələrinin işlənib
hazırlanmasının elmi prinsiplərini
müəyyənləşdirmişdir.
Yaratdığı avtomatlaşdırılmış yerüstü
məlumat ölçü kompleksləri Yerin pey-
kaltı tədqiqinin elmi-texniki bazasının
təminatlılığını təşkil edir.
Sualtı obyektlərin, boru kəmərlərinin
və kommunikasiyaların aşkar edilməsi
və vəziyyətinə nəzarət edən avtonom
hidroakustik informasiya sisteminin
yaradılması və istifadəyə verilməsinə
görə 1990-cı ildə Azərbaycan Respub-
likası Dövlət mükafatına layiq görül-
müşdür.
Uzun illərdir ki, hərbi təyinatlı
məlumat ölçü komplekslərinin yara-
dılması üzrə elmi-tədqiqat və təcrübi
konstruktor işləri görür. Elmi-Tədqiqat
Aerokosmik İnformatika İnstitutunu
yaratmış və direktoru olmuşdur.
Hazırda Ali Attestasiya Komissiya-
sının sədridir.
Fizika-riyaziyyat elmləri doktoru,
professor, Azərbaycan EA-nın həqiqi
üzvüdür.
Arif Mehdiyev Azərbaycan elminin
inkişafında xidmətlərinə görə “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
Dostları ilə paylaş: